Məhkəmə qərarları › İş №2(011)-4078/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4078/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4078/2025 03.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7000 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 90 manat pulun tutulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisində borc müqaviləsi imzalanmışdır, həmin müqavilənin 1-ci bəndinə əsasən iddiaçı cavabdehə 7000 manat məbləğində borc vermişdir. Cavabdeh xx.xx.2025ci il tarixədək borcu tamamilə qaytarmağı öhdəsinə götürmüşdür. Hal-hazırda müqavilədə göstərilən məbləğ cavabdeh tərəfindən ödənilməmiş olaraq qalır. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, cavabdehə yük maşının alınması üçün borc vermiş, cavabdeh borcu qaytarmadığı üçün notarial qaydada borcunu etiraf etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə yazaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün baxış iclasının təxirə salınmasını xahiş etmiş, lakin ərizəyə heç bir sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə baxış iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri 52 saylı Notariat Ofisində bağlanılmış xx.xx.2024-cü il tarixli mövcud borcun etirafı haqqında müqavilədən görünür ki, Cavabdeh İddiaçı 7000 manat məbləğində borcu olduğunu bəyan və etiraf etmiş, müqavilə ilə etiraf etdiyi borcu xx.xx.2025-ci il tarixdədək borcu bütöv şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iş materiallarında olan notarial qaydada bağlanmış mövcud borcun etirafı haqqında müqavilə ilə Cavabdeh İddiaçı 7000 manat məbləğində borcu olduğu və etiraf etdiyi borcu xx.xx.2025-ci il tarixdədək ödəməli olduğu təsdiq olunur. Odur ki, həmin məbləğin qaytarılması ilə bağlı sübutetmə yükü cavabdehin üzərinə düşmüşdür. Lakin cavabdeh borcun qaytarılmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər içərisində borcun qaytarılmasını və ya borcun etirafı haqqında müqavilənin etibarsızlığını təsdiq edən sübutlar aşkar edilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, 7000 manat borc məbləğinin cavabdeh tərəfindən qaytarılması təsdiq olunmur və öhdəliyin icra vaxtı başa çatdığından iddaçı həmin məbləği tələb etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7000 manat tutularaq İddiaçı ödənilsin. 90 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar