Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4118/2024 13.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yanında qalan yetkinlik yaşına çatmamış xx.xx.2014-cü il təvəllüdlü X2 üçün onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi gündən hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2013-cü il tarixdə İsmayıllı rayon Qeydiyyat Şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikah dövründə xx.xx.2014-cii il təvəllüdlü X11 doğulmuşdur. Cavabdehlə bir müddət mehriban yaşadılar. Lakin aralarında narazılıqların artması onların tamamilə başqabaşqa adamlar olmaqlarını sübut etdi. İddiaçı Cavabdeh İddiaçı qarşı İsmayıllı Rayon Məhkəməsində nikahın pozulması tələbinə dair iddia qaldırmışdır. İddia tələbi İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(037)-681/2015 saylı qətnaməsinə əsasən təmin edilərək nikah pozulmuşdur, birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X11 yetginlik yaşına çatana qədər Cavabdeh hər ay 100 manat alimentin tutulması qət edilmişdir. Cavabdehlə ayrıldıqdan sonra qızı onun himayəsində qalmışdır. Qızını özü saxlamışdır və Cavabdeh məhkəmənin təyin etdiyi alimenti gecikdirmə ilə ödəyir. Qızının maddi cəhətdən təmin olunması üçün çətinlik çəkir. Çünki onun gündəlik təlabatını, sağlamlığı və ümumiyyətlə cəmiyyətə layiqli bir insan kimi yetişməsi üçün kifayət qədər vəsait tələb olunur. Bütün öhdəliklər onun üzərində qalmışdır. Halbuki, qızının saxlanılması üçün onun tələbatını ödəmək bir valideyin kimi cavabdehin də üzərinə düşür. İndi həmin miqdarda olan pula qızı saxlamaq və onun təlabatını ödəmək çox çətindir. Qızının tələbatını ödəməyə çətinlik çəkir. Cavabdehin isə imkanı çatır ki, alimenti artıq miqdarda ödəsin. Cavabdeh İsmayıllı rayonunda biznes ilə məşğuldur atasına aid bir neçə mağazaları var və həmin mağazaları işlədir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X9 məhkəmə iclasında iddiaya etiraz edərək, cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsinin məzmununa uyğun izahat vermişdir və iddianın təmin edilməməsini xahiş etmişdir. O bildirmişdir ki, cavabdehin sonrakı nikahından da övladı dünyaya gəlmişdir və onun himayəsindədir. Cavabdehin iddiaçıya aylıq 235 manat məbləğində aliment ödəməyə maddi imkanı yoxdur. İddiaçı uşağını saxlaya bilmirsə uşağını saxlanılması üçün cavabdehin himayəsinə versin. Cavabdeh məhkəməyə iddia ərizəsinə dair etiraz ünvanlayaraq, bildirmişdir ki, İddiaçı onun İsmayıllı şəhərində biznes fəaliyyəti ilə məşğul olmasını qeyd etməsinə baxmayaraq, atasına aid bir neçə mağazanın olması və həmin mağazaların onun tərəfindən idarə edilməsi kimi fikirlər həqiqətə uyğun deyil. Onun İsmayıllı şəhərində biznes fəaliyyəti ilə məşğul olmağı, atasına aid bir neçə mağazanın olması və həmin mağazaların onun tərəfindən idarə edilməsi kimi fikirlər səsləndirməsi həqiqəti əks etdirmir. Belə ki, onun və atasının biznes fəaliyyəti ilə məşğul olmaqları alimentin artırılmasına heç bir bağlılığı yoxdur. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2 (037)-1681/2015 saylı qətnaməsinə əsasən xx.xx.2013-cü il tarixdə İsmayıllı Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış nikah pozulmuşdur, övladı xx.xx.2014-cü il təvəllüdlü X11 anası Zümrüd Şirəliyvanın himayəsində saxlanılmışdır və uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün aliment müəyyən edilərək qətnamə qəbul olunmuşdur. Ötən dövr ərzində məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği alimenti ödəmişdir. Övladı Zəhra İddiaçı himayəsinə verilsə də sonuncu işlədiyindən iddiaçının valideyinlərin himayəsində saxlanılır. Hazırda övladının hansı şəraitdə böyüdünü mənəvi inkişafına fiziki və psixi sağlamlığına, eləcə də tərbiyə və təhsili ilə bağlı məsələlərdən heç bir xəbəri yoxdur. Ötən dövr ərzində İddiaçı daimi iş yerinin olması, qazancının müntəzəm olduğundan aliment məbləği Zəhranın adına bankda açılmış hesaba köçürülür və orada saxlanılır. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq və onun ailə vəziyyətini, yəni yenidən ailə quraraq həmin nikahdan övladının olmasının nəzərə alınmasını, aliment məbləğinin 235 manat deyil, daha aşağı məbləğdə müəyyən olunması barədə qətnamənin qəbul oluması xahiş edilmişdir. Cavabdeh nümayəndəsi X9 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, o, xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər ay 150 manat aliment ödəməyə razıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(107)-1038/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh və cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir, iş üzrə İsmayıllı Rayon Mhkəməsinin 26 avqust 2015-ci il tarixli 2(037)-681/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır qət edilmişdir. Həmin qətnamədən görünür ki, İsmayıllı Rayon Mhkəməsinin 26 avqust 2015-ci il tarixli 2(037)-681/2015 saylı qətnaməsi ilə Cavabdeh və cavabdeh X10 arasında xx.xx.2013-cü il tarixdə bağlanılmış nikahın pozulması, xx.xx.2014-cü il təvəllüdlü X6 anası X5 yanında saxlanılması, xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 manat məbləğində sabit pul şəklində alimentin tutularaq X7 ödənilməsi qət edilmişdir. İş materiallarında olan MŞB/9/2024-00266 nömrəli xx.xx.2024-cü il tarixli Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 03 fevral 2016-cı il tarixdə 08 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X6 “valideynləri” qrafasında atası “Cavabdeh”, anası isə “İddiaçı” göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan, yetkinlik yaşına çatmamış uşaq isə iddiaçının yanında qaldıqlarından, iddiaçı uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görünlsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 6-cı maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra, AM) 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 58.2-ci maddəsinə əsasən valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. AM-in 75.1 -ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarında həmçinin göstərilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşağını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşaqlarını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən artırılmalıdır. Azərbaycan Respublikası AM-nin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İş materiallarından göründüyü kimi, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Məhkəmə, təyin edilmiş alimentin miqdarının artırılması ilə bağlı iddia tələblərinin əsaslı olması ilə razılaşsa da, daha əvvəl hər ay 100 manat məbləğində tutulmalı olan alimentin miqdarının hər ay üçün 135 manat artırılaraq 235 manat məbləğində müəyyən edilməsini əsaslı hesab etmir. Belə ki, cavabdehin maddi və ya ailə vəziyyətində alimentin miqdarının hər ay 135 manat artırılmasına əsas verən dəyişikliyin baş verməsi iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə həm iddiaçının, həm aliment ödənilməli olan uşağın, həm də cavabdehin diqqətəlayiq maraqlarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və iddiaçının yanında yaşayan uşaq üçün ödənilməli olan alimentin məbləği 100 manat məbləğindən artırılaraq 200 manat miqdarında müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarın 8.14-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikan MPM-nin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda — iddianın qiyməti bir il ərzində artırılmış ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki halda isə iddiaçının iddia ərizəsini məhkəməyə təqdim edərkən, dövlət rüsumunu ödənilməsindən azad olunması nəzərə alınmaqla, məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 32 (otuz iki) manat məbləği cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-681/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X2 üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 200 (iki yüz) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-4118/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4118/2024
13.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver