Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4122/2024 20.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9700 manat (doqquz min yeddi yüz manat) məbləği və gecikdirilmiş müddət üzrə illik bank faizi pulu tutularaq iddiaçıya ödənilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılması və cavabdehin iddiaçını aldadaraq 9700 manat (doqquz min yeddi yüz manat) məbləğində pul vəsaitini ələ keçirməsi barədə aidiyyəti prokurorluğa xəbər verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci ildə Bakı şəhəri 50 sayılı notariat ofisində kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən "Borc verən”( İddiaçı) 9700 manat (doqquz min yeddi yüz manat) məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə borc vermişdir. Həmçinin "Borc alan” (Cavabdeh) krediti xx.xx.2021-ci il tarixinədək bütöv şəkildə “Borc verənə”(İddiaçı) qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişdir. Cavabdeh öhdəlikdən yayındığından mövcud iddia tələbi irəli sürülür. Aşağıdakı hüquq normalarına əsasən və iddia ərizəsində göstərilən işin faktiki hallarına əsasən hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən 9700 manat (doqquz min yeddi yüz manat) məbləği və gecikdirilmiş müddət üzrə illik bank faizi pulu cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməlidir. Birincisi, Tərəflər arasında bağlanmış kredit müqavilənin 2-ci bəndinə görə cavabdeh (Borc alan) krediti xx.xx.2021-ci il tarixinədək bütöv şəkildə iddiaçıya (Borc verənə) qaytarmağı öhdəsinə götürmüşdür, lakin üzərindən 3 (üç) il keçmiş cavabdeh hələdə borcu geri qaytarmamışdır. İkincisi, borcun qaytarılması ilə bağlı cavabdehə dəfələrlə bildirilsə də hər dəfə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Üçüncüsü, müqavilənin 9-cu bəndinə görə tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Bununla əlaqədar olaraq cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərə baxmayaraq ödəmədiyindən tərəflər arasında heç bir uzlaşma olmamış və buda işin məhkəmə qaydasında həll olunmasına zərurət yaratmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddiaçıdan borc almışdır və borcu olduğunu bilir, lakin məbləğ həmin məbləğdə olmamışdır, borcundan 3500 manat məbləğində pulu iddiaçının kart hesabına köçürməklə ödəmiş, əlavə 2000 manatdan çox pulu da əlbəəl vermişdir. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. İddiaçı, məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Bununla belə, onun nümayəndəsi-vəkili ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə, cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli Kredit müqaviləsindən görünür ki, Borcverən İddiaçı Əülfət oğlu, Borcalan Cavabdeh 9700 manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsilə borc verir, borcalan krediti xx.xx.2021ci il tarixinədək qaytarmağı öhdəsinə götürür, tərəflər krediitn faizsiz verilməsini şərtləşdirilər. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən İddiaçı Əülfət oğluna məxsus kart hesabına ümumilikdə 3500 manat məbləğində ödənişlər edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı Əülfət oğlu tərəfindən 117 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı Əülfət oğlu ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə yazılı formada – notariat qaydada kredit müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan 9700 manat borc almış, cavabdeh həmin krediti xx.xx.2021-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh öhdəliyini tam icra etməmiş, ödəməli olduğu borc məbləğinin 3500 manatını iddiaçının kart hesabına qaytarmışdır, qalan məbləği isə qaytarmamışdır. Bununla belə, cavabdehin müqavilə öhdəliklərini istisna edən hallar, o cümlədən onun hərəkətlərində cinayət tərkibinin olmasına dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdehin iddiaçıdan kredit müqaviləsi əsasında 9700 manat borc alması, həmin məbləği müqavilədə nəzərdə tutulmuş müddətdə borc verənə qaytarmağı öhdəsinə götürməsi, lakin həmin müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada yerinə yetirməməklə, borcun ancaq 3500 manatlıq hissəsini qaytarması, qalan məbləği qaytarmaması sonuncunun hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün hüquqi əsas yaratmışdır və iddia tələbi qismən təmin edilməli, iddiaçıya qaytarılmamış 6200 manat məbləği cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, iddia tələbinin qalan hissəsinə münasibətdə qeyd edir ki, 9700 manat məbləğində pul vəsaitinin qaytarılmaması halları ilə bağlı cavabdehin hərəkətlərində hər hansı inzibati xəta və ya cinayət aşkar edilmədiyindən iddia tələbinin həmin hissədə təmin edilməsi də mümkün deyilş Məhkəmə, cavabdehin “2000 manatdan çox pulu əlbəəl verməsi” barədə dəlillərinə münasibətdə qeyd edir ki, bu hal sübutetmə yükü ilə bağlıdır, cavabdeh həmin məbləğin ödənilməsinə dair sübut etmə vəzifəsi daşıyır. Bununla belə, o bu hallara dair hər hansı sübut təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 6200 manat tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, dövlət rüsumuna görə ödənilmiş 82 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanunun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda, 390 manat + 100.000 iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi həddində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6200 (altı min iki yüz) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82 (səksən iki) manat alınaraq İddiaçı Əülfət oğluna verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə İddiaçı Əülfət oğlunun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4122/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4122/2024
20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver