Məhkəmə qərarları › İş №2(011)-4151/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4151/2023

11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4151/2023 11.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh X2 qarşı pul tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 2018-ci ilin sentyabr ayından borclu olduğu 18000 (on səkkiz min) manat məbləğində pulun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş hər ilə görə 5% olmaqla, cəmi 3629 (üç min altı yüz iyirimi doqquz) manat 50 (əlli) qəpik faizinin və həmin məbləğdən faydalandığına görə məhkəmə qərarının çıxarıldığı gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsinə uyğun olaraq borc məbləğinin faizinin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, əvvəlcədən tanıdığı X3 23 sentyabr 2018-ci il tarixdə ona qısa müddətə 26500 manat məbləğində borc pul aldıqdan sonra verdiyi vədə əməl etməyərək borcunu qaytarmadığından iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək 16000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilmişdir, qətnamədən Bakı Apellyasiya Məhkəməsinə verdiyi apellyasiya şikayəti qismən təmin edilərək cavabdehdən 18000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilmişdir, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilmiş, kassasiya instansiyası instansiyası məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli, 2(103)- 3964/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası ilə əlaqədar olaraq məhkəmə tərəfindən Xətai rayon İcra şöbəsinə icra sənədi daxil olmuş və xx.xx.2023-cü il tarixdə qətnamə icra edilərək cavabdeh tərəfindən borc məbləği tam ödənilmişdir, göründüyü kimi, öhdəliyə vaxtında əməl edilməmiş, 2018-ci ilin sentyabr ayında qısa müddətə alınmış borc pul məbləği vaxtında qaytarılmamış, bununla bağlı məhkəməyə müraciət edilmiş, məhkəmə qərarına əsasən 2022-ci ilin fevral ayında ödənilməyə başlanmış borc məbləği 2023-cü ilin mart ayının sonunda tam icra edilmiş, nəticədə borclu X3 tərəfindən ona xeyli ziyan dəymişdir, borcun ödənilməsini gecikdirdiyinə görə gecikdirilmiş məbləğin faizi ona ödənilməlidir, belə ki, o, 2018-cü ilin sentyabr ayından borclu olduğu 18000 manat məbləğdən fevral 2022-ci il tarixə qədər heç bir ödəniş etmədiyinə görə həmin məbləğin hər bir ilə görə 5%-i olmaqla, 3 il 6 ay üçün cəmi 17,5 %-ni (5:12x42=17,5), yəni 3150 (18000:100x17,5=3150) manatı, 2022-ci ilin fevral ayından 2022-ci ilin dekabr ayına qədər 18000 manatdan 8000 manat ödədiyindən qalıq məbləğ olan 10000 manata görə 10 ay üçün cəmi 4,17%-ni (5:12x10=4,17), yəni 417 (10000:100x4,17) manatı, dekabr 2022-ci il tarixdən 28 mart 2023-cü il tarixə qədər 10000 manatdan 5000 manat ödədiyindən qalıq məbləğ olan 5000 manata görə 3 ay üçün cəmi 1,25 %-ni (5:12x3=1,25), yəni 62,5 (5000:100x1,25) manatı, cəmi 3629,5 manatı ona ödəməlidir. İndeksasiya ilə bağlı əvvəl məhkəməyə müraciət etmişdir, hazırkı tələbi indeksasiya ilə bağlı deyil. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil yazılı etiraz təqdim edərək, həmçinin etiraza uyğun izahat verərək bildirdi ki, iddia tələbi əsassızdır, iddiaçıya olan borc tam olaraq ödənilmiş və notarial qaydada ərizə verərək bununla əlaqədar gələcəkdə iddia və tələbinin olmayacağını bildirmişdir, eyni zamanda iddiaçı həmin ərizədə faiz və ya digər tələblərinin olması ilə bağlı hər hansı qeyd-şərt qoymamışdır, faiz borcu əsas borca daxil olduğundan iddiaçının hazırkı tələbi əsassızdır, ona görə də iddia tələbi rədd edilməlidir. Sonda Vəkil iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Bekə ki, iş materiallarında olan İddiaçı (borc verən) və X3 (borc alan) arasında bağlanmış xx.xx.2018-ci il tarixli Müqaviləyə əsasən, İddiaçı X2 20000 (iyirmi min) manat pul verir, Cavabdeh xx.xx.2019-cu il tarixədək borcu İddiaçı qaytarmağı öz üzərinə götürür, əks təqdirdə İddiaçı hüquq mühafizə orqanlarına müraciət edə bilər. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-5630/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh X1 16000 (on altı min) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, iddia tələbini qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5343/21 saylı Qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 oktyabr 2020-ci il tarixli, 2(103)-3964/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)- 5630/2020 saylı qətnaməsi “cavabdeh X1 16000 manat alınaraq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilmiş, cavabdeh X1 18000 manat (on səkkiz min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan **********845 saylı, xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3964/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən X3 tərəfindən ona ödənilməli olan 18000 (on səkkiz min) manat məbləğində zərərin tam ödənildiyini, gələcəkdə bununla bağlı heç bir şikayəti, iddiası və tələbinin olmayacağını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, X3 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən 58 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh 18000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir, cavabdeh tərəfindən borc ödənilmişdir, cavabdeh tərəfindən ona ödənilməli olan 18000 manat məbləğində zərərin tam ödənildiyini, gələcəkdə bununla bağlı heç bir şikayəti, iddiası və tələbinin olmayacağı barədə iddiaçı xx.xx.2023-cü il tarixdə notariat qaydada ərizə imzalamışdır. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini istisna edən digər hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı, cavabdeh tərəfindən ona ödənilməli olan borcun tam ödənildiyini, gələcəkdə bununla bağlı heç bir iddia-tələbinin olmayacağını yazılı surətdə ifadə etmişdir ki, bu da öhdəliyini icrasının başa çatdığını təsdiq etməklə iddia tələbinin əsaslılığını aradan qaldırır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən, öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Həmin Məcəllənin 529.4-cü maddəsinə əsasən, borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi rədd edildiyindən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı cavabdeh X2 qarşı “cavabdeh X1 2018-ci ilin sentyabr ayından borclu olduğu 18000 (on səkkiz min) manat məbləğində pulun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş hər ilə görə 5% olmaqla, cəmi 3629 (üç min altı yüz iyirimi doqquz) manat 50 (əlli) qəpik faizinin və həmin məbləğdən faydalandığına görə məhkəmə qərarının çıxarıldığı gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsinə uyğun olaraq borc məbləğinin faizinin tutularaq ona ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar