Məhkəmə qərarları › İş №2(011)-4158/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4158/2022

30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4158/2022 30.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehdən 2893 manat və dövlət rüsumu olaraq ödənilmiş 48,53 manat ümumilikdə 2941,53 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə borc müqaviləsi bağlanmışdır. Müqaviləyə görə, cavabdeh iddiaçıdan 2893 manat pulu 1 il müddətinə qaytarmaq şərtilə borc almışdır. xx.xx.2021-ci il tarixdə 2893 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh aldığı borc pulu qaytarmamışdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdır ki, 3 fevral 2021-ci il tarixdə cavabdehə 2893 manat borca pul vermişəm. Bununla əlaqəli aralarında sadə yazılı formada borc müqaviləsi bağlanılmışdır. Borc müqaviləsi 1 il müddətinə bağlanılmaqla cavabdeh tərəfindən imzalanmışdır. Belə ki, cavabdeh 1 il müddətinə qədər yəni 3 fevral 2022-ci il tarixə qədər götürdüyü borcu qaytaracağını öhdəsinə götürmüşdür. Borc faizsiz şəkildə sadəcə aralarında olan daxili inama əsasən verilmişdir. Cavabdehi uzun müddətdir ki, tanıdığından və anası ilə tanış olduğundan borcu verən zaman cavabdehin gələcəkdə borcu problemsiz şəkildə qaytaracağını düşünmüşdür. Lakin borcun qaytarılması vaxtı bitməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən imtina edir. Bununla əlaqəli dəfələrlə ona zəng etmiş lakin pulumu qaytarmaq cəhdlərinin heç bir nəticəsi olmur. Bununla da artıq hüquqlarını məhkəmə qaydasında bərpa etmək niyyətindədir. Cavabdehin qeydiyyat ünvanına uyğun olaraq Xətai Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə göndərilməmişdir. Məhkəmə ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd edilən maddi hüquq normalarının mənasından da aydın olur ki, borc müqaviləsi o halda bağlanmış hesab edilir ki, borc verən özünə məxsus olan pula mülkiyyət hüququnu borc alana keçirmiş (vermiş) olsun. Həmçinin, Məcəllənin 740.2-ci maddəsində qanunvericilik borc müqaviləsinin forması ilə bağlı imperativ bir qaydada da müəyyən etmişdir ki, məbləği üç min manatdan çox olan müqavilə yalnız yazılı olduqda, bağlanmış sayılır. İş materiallarına əlavə edilmiş tərəflərin imzaladıqları yazılı sənəddən görünür ki, onlar arasında borc münasibəti yaranmışdır. İş materiallarına əlavə edilmiş həmin yazılı sənəddə məzmunca daha geniş şərtlər əks olunmasa da, yazılı borc müqaviləsinin bir çox elementlərini özündə əks etdirir. Belə ki, sənədi imzalayan tərəflərin adı, borcun məbləği və qaytarılma müddəti sənəddə qeyd edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının borc verməsini təsdiq edən sözügedən sənəd borc müqaviləsi hesab edilə bilər. Bu hal tərəflər arasında borc müqaviləsinin bağlanmasını, iddiaçının cavabdehə 2893 manat borc verməsini və cavabdehin də həmin pulu qəbul edərək qaytaracağı barədə öhdəlik götürməsinin işin mübahisəsiz halı kimi müəyyən edilməsinə əsas verir. Şərh edilən halları, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında borc müqaviləsinin bağlanması baş tutmuş, iddiaçı öhdəliyini icra edərək razılaşdırılmış pul məbləğini cavabdehə verməklə, həmin pula olan mülkiyyət hüququnu da cavabdehə vermişdir. Lakin cavabdeh öhdəliyini pozaraq razılaşdırılmış müddət başa çatsa da, pulu qaytarmamaqla öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, 2893 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi ödənilmiş 48,53 manat dövlət rüsumunun tələb edilməsi hissəsində də təmin olunmalıdır. Belə ki, iddiaçının tələb etdiyi həmin pul vəsaiti ona dəymiş maddi ziyanla bağlıdır. İddiaçı hüququnu müdafiə etmək uçun 48,53 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 48,53 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 2893 manat məbləğində borc və 48,53 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildikdən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar