Məhkəmə qərarları › İş №2(011)-4200/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4200/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4200/2021 01.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı cavabdeh GL Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kredit və girov müqaviləsinin ləğvi, girov əmlakın geri qaytarılması tələbinə dair” ilkin iddia ərizəsi və GL Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh QSC arasında 27.01.2020-ci il tarixdə bağlanılmış GL/000/20/226634 saylı kredit və girov müqaviləsıinin etibarsız hesab edilərək ləğv edilməsi, cavabdeh tərəfindən ona artıq yazılmış əsas və faiz məbləğlərinin silinməsi və onun müqavilə üzrə cavabdehə girov qoyduğu ümumi qiyməti 21000 manat olan 15 adda qızıl-zinət əşyalarının girovdan azad edilib ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. GL QSC-nin nümayəndəsi X1 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək cavabdeh İddiaçı arasında bağlanmış 27.01.2020-ci il tarixli, GL/000/20/226634 saylı lombard kredit müqaviləsinin ləğv edilməsi, 27.01.2020-ci il tarixli GL/000/20/226634 saylı lombard kredit müqaviləsi üzrə 10684.43 manat əsas, 4808.50 manat faiz, 9510.85 manat dəbbə pulu olmaqla ümumilikdə 25003.78 manat pulun tutulmasını, tələbin lombarda girov qoyulmuş 5273 ABŞ dolları dəyərində olan qızıl-zinyət əşyalarına yönəldilməsi, qızıl-zinyət əşyalarının hərracda satılmaqla əldə edilən pulun hesabına borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 01.10.2021-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri tərəflər lazımi qaydada məlumatlanmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamış, ilkin iddia tələbi üzrə İddiaçı 30.09.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işin təxirə salınmasını, ilkin iddia tələbi üzrə Cavabdeh QSC-nin nümayəndəsi C.F.Mahmudov isə məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, tərəflərin iştirakı olmadan işə baxılmalı və 259.0.6-cı maddəsi tətbiq olunmaqla ilkin və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanmalıdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.06.2021-ci il tarixli 2(011)-4200/2021 saylı qərardadından görünür ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan 25.08.2021-ci il tarixli 9/4665 saylı rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Belə ki, ilkin iddia tələbi üzrə cavabdeh məhkəmənin 01.10.2021-ci il tarixli iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etsə də, məhkəmə iclasında iştirak etməməsinin üzürlü səbəbləri və ya mümkünzülüyü barədə sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin ilkin iddia tələbi üzrə iddiaçı ekspert rəyinin surəti ilə tanış olub münasibətini bildirməsi üçün məhkəmə iclasını 15 gün sonraya təxirə salınmasını xahiş etsə də, rəy 14 sentyabr 2021-ci il tarixində xəbərnaməli poçt vasitəsilə tərəflərə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.3-cü maddəsinə əsasən, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. Həmin Məcəllənin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, tərəflər göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən və gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü məhkəməyə bildirmədiklərindən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədiklərindən, ilkin və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31.03.2011-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müracıət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.6-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmalı olduğundan, tərəflərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat tərəflərə aid edilməli, onlardan 100 manat məbləğində pul müştərək qaydada alınaraq Məhkəmə ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185, 259, 260, 264-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kredit və girov müqaviləsinin ləğvi, girov əmlakın geri qaytarılması tələbinə dair” ilkin iddia ərizəsi və Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin X2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələrii baxılmamış saxlansın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pul məbləği İddiaçı və Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən müştərək qaydada tutularaq Məhkəmə ekspertizası Mərkəzinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar