Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4207/2021 25.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarınının artırılması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladı 07.05.2007-ci il təvəllüdlü Hüseynin və 31.01.2010-cu il təvəllüdlü Zeynəbin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə hər ay 175 manat məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İ.A. Babayeva iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə 06.01.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 07.05.2007-ci il təvəllüdlü Hüseyn və 31.01.2010-cu il təvəllüdlü Zeynəb doğulmuşlar. Aralarındakı nikah məhkəmə qaydasında pozulmuş, uşaqları onun himayəsində saxlanılmışdır. Xətai rayon Məhkəməsinin qətnaməsi ilə uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 103 manat, cəmi 206 manat məbləğində alimentin müəyyən edilmişdir, lakin uşaqları tək başına saxlamaq ona çətindir, uşaqların gündəlik tələbatlarını ödəyə bilmir, uşaqlar böyüdükcə xərcləri də xeyli artmışdır, həmçinin 2021-ci il üçün uşaqlara görə yaşayış minimumunun da miqdarı artaraq 175 manat kimi müəyyən edilmişdir, uşaqları saxlamaq üçün onun maddi imkanı kifayət etmir, ona görə də hesab edir ki, məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment miqdarı artırılaraq V.Y. Dadaşovdan hər ay hər uşağa görə 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində aliment onun xeyrinə tutulmalıdır. Sonda İ.A. Babayeva iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh V.Y. Dadaşov məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 29.04.2011-ci il tarixdə verilmiş AZ-İİ 671164 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 31.01.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası X4r. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 24.10.2007-ci il tarixdə verilmiş AZ-İİ 003822 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 07.05.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası X4r. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 19.03.2014-cü il tarixli, 2(011)-1603/2014 saylı Qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində 06.01.2006-cı il tarixdə bağlanmış 30 saylı nikah qeydinin ləğv edilməsi, nikah pozulduqdan sonra 07.05.2007-ci təvəllüdlü X5 və 31.01.2010-cu il təvəllüdlü X3 anaları X2 yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 13.03.2014-cü il tarixli, 2(011)-1598/14 saylı icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, 13.02.2014-cü il tarixdən hesablanmaqla Cavabdeh 07.05.2007-ci təvəllüdlü X5 və 31.01.2010-cu il təvəllüdlü X1 18 yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 103 manat, cəmi 206 manat məbləğində alimentin X2 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında nikah pozulmuş, birgə nikahdan iki uşaq doğulmuşdur, onlar iddiaçının himayəsindədir, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş hər ay hər uşağa görə 103 manat miqdarında aliment məbləği bu məqsədlə yetərli deyil və aliment məbləğinin artırılması tələbi uşaqların əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1598/14 saylı 13.03.2014cü il tarixli qətnaməsi əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, onların mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları nəzərə alaraq cavabdehdən hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-сi il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat təşkil edir. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 07.05.2007-ci təvəllüdlü X5 və 31.01.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu 500 manatdan çox olduğundan, həmçinin aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1598/14 saylı 13.03.2014-cü il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 07.05.2007-ci təvəllüdlü X5 və 31.01.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4207/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4207/2021
25.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver