Məhkəmə qərarları › İş №2(011)-4219/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4219/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4219/2024 30.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ:

1. xx.xx.2024-cü il tarixdə İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən Cavabdeh 1280 manat məbləğindıə pul vəsaitinin və 34 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Eyni zamanda xx.xx.2024-cü il tarixdə İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən Cavabdeh 2600 manat məbləğindıə pul vəsaitinin və 46 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3.Tətbiq edilən hüquq: 43.2. bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3. hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.

Məhkəmənin mövqeyi:

4. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın icraatında olan İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul tələbi” barədə 2(011)-4230/2024 saylı mülki işə birləşdirilməlidir.

5. Belə ki, iş materiallarından aydın olur ki, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 09 aprel 2024-cü il tarixli qərardadı ilə həmin iddia ərizəsi hakim Samirə Eyvazovanın icraatına qəbul edilmişdir. İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən iddia ərizəsi isə məhkəmənin 09 aprel 2024-cü il tarixli qərardadı ilə hakim Əminə Abbasovanın icraatına götürülmüşdür.

6. Məhkəmə hesab edir ki, hakim Əminə Abbasovanın icraatında olan 2(011)- 4230/2024 saylı mülki iş üzrə iddia tələbi 2(011)-4219/2024 saylı iş üzrə iddia tələbi ilə əlaqəli olduğundan, həmçinin gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması, ədalət mühakiməsinin düzgün və səmərəli həyata keçirilməsi üçün hazırki 2(011)-4219/2024 saylı mülki iş, hakim Əminə Abbasovanın icraatında olan 2(011)-4230/2024 saylı işə birləşdirilməlidir.

7. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏRARA ALDİ:

1. İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair 2(011)-4219/2024 nömrəli mülki iş, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul” tələbinə dair 2(011)- 4230/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. 2.2(011)-4219/2024 nömrəli mülki iş üzrə icraata xitam verilsin.

3. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar