Məhkəmə qərarları › İş №2(011)-4229/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4229/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4229/2025 16.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı cavadeh Cavabdeh 9200 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 01 aprel 2024-cü il tarixində iddiaçıya məxsus olan “Toyato Prius” rnarkalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomaşınımı 32 (otuz iki) ay müddətinə hər ay 400 (dörd yüz) manatdan ödəmək şərtilə almışdır. Cavabdeh iddiaçıya məxsus olan “Toyato Prius” markalı ** DZ *** dövlət marka nişanlı avtomaşınını alarkən 32 (otuz iki) ay müddətinə hər ay 400(dörd yüz) manatdan pul ödəməyi öz üzərinə götürdüyünü və hər ay həmin 400 manat pulu iddiaçının adına olan karta ödəməyi, ödəmədiyi halda isə məhkəmə yolu ilə həmin ödənişin onun vəsaitindən çıxılmasına razılıq verdiyini bildirmişdir. Cavabdeh bu barədə həm öz dəst- xətti ilə qəbz yazmış, həm də müqavilə imzalayaraq iddiaçıya vermişdir. Cavabdeh həmin qəbz və müqaviləyə əsasən iddiaçıya 12.800 manat pul ödəməli idi. Lakin Cavabdeh bu vaxta kimi iddiaçıya 3000 manat pul ödəmiş, qalan 9800 manat pul isə ödənilməmiş qalmışdır. Pulu istəyəndə isə hər dəfə bir bəhanə gətirməkdə davam edir. İddiaçı məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İşin halları xx.xx.2024-cü il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nə əsasən X2 “Toyato Prius” markalı ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı satmışdır. Sonuncu həmin avtomobili xx.xx.2024-cü il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nə əsasən 8000 manata X1. Tərəflərin izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir ki, İddiaçı avtomobili satmamışdan əvvəl Cavabdeh vermişdir. Sonuncu isə avtomobilin alqı-satqısı barədə razılaşaraq, avtomobilin alqı-satqısından əldə edilmiş vəsaiti götürmüş, lakin İddiaçı verməmişdir. Bunun əvəzində o, üzərinə öhdəlik götürmüşdür ki, avtomobilə görə 32 ay müddətində 400 manat ödəniş edəcəkdir. Cavabdehin öhdəliyi vaxtlı-vaxtında icra etmədiyinə görə, hal-hazırda onun iddiaçıya 9200 manat məbləğində borcu var. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 6. Mülki qanunvericiliyin prinsipləri 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir., kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 220. Qətnamənin məzmunu: 20.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxsn izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Cavabdeh məhkəmə iclasında iddianı tam şəkildə etiraf etmiş, eyni zamanda iddiaçıya 9200 manat məbləğində borcu olduğu və iddianın qəbul etdiyinə dair yazılı ərizə vermişdir. Məhkəmə qeyd edir ki, mülki işin məhkəmə araşdırması zamanı cavabdehin hazırkı iddianın etirafının qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarının və qanunla qorunan mənafeyini pozduğu müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tə iddianın etirafı məhkəmə tərəfindən qəbul edilməli, Cavabdeh İddiaçı xeyrinə 9200 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə tərəflərin izahatlarını mülki iş üzrə təqdim edilmiş sübutlarla məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 9200 (doqquz min iki yüz) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar