Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-423/2025 25.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh1 qarşı "xxxx" MMC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “əşyaların sahibsiz elan edilərək, bankın mülkiyyətinə verilməsi və həmin əşyaların saxlanılması üçün ödənilmiş xidmət haqqının tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh1 qarşı “əşyaların sahibsiz elan edilərək, bankın mülkiyyətinə verilməsi və həmin əşyaların saxlanılması üçün ödənilmiş xidmət haqqının tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 23 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (hazırkı adı İddiaçı ASC) illik 25 faizlə 36 ay müddətinə 24000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu, Masazır kəndi, C.Cabbarlı küçəsində yerləşən 6 otaqlı, 146.7 kv.metr ümumi, 106.7 kv.metr yaşayış, 40.0 kv.metr yardımçı sahədən və istifadədə olan 0.02 ha torpaq sahəsindən ibarət 3D nömrəli fərdi yaşayış evi 25 iyun 2015-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. Borclu Cavabdeh1 kredit müqaviləsi üzrə borc öhdəlyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Bank tərəfindən borcun tutulması və tutmanın Cavabdeh1 mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-166/2022 saylı 08 fevral 2022-ci il tarixli qətnaməsi ilə Bankın iddia tələbi təmin edilərək, 23 iyun 2015-ci il tarixdə "xxxx" X5 ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin vaxtından əvvəl xitam verilməsi, kredit müqaviləsinin təminatı kimi 25 iyun 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və Cavabdeh1 məxsus Abşeron rayonu, Masazır kəndlə C.Cabbarlı küçəsində yerləşən 6 otaqlı, 146.7 kv.metr ümumi, 106.7 kv.metr yaşayış 40.0 kv.metr yardımçı sahədən və istifadədə olan 0.02 ha torpaq sahəsindən ibarət 3D nömrəli fərdi yaşayış evində yaşayanların hüquqlarına xitam verilməklə evdən çıxarılması, Cavabdeh1 "Nikoyl'' İKB-nin qarşısında 23 iyun 2015-ci il tarxili kredit müqaviləsindən irəli gələn 22351.57 ABŞ dolları əsas borc, 20999.20 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları dəbbə pulu, 2067.52 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 45468.29 ABŞ dolları həcmində borc məbləğinin və iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun, bildirişin dövlət qeydiyyatına alınması ilə bağlı ödənilmiş 10 manat, xidmət haqqı kimi ödənilmiş 20 manat məbləğində pulun cavabdehdən tutulması və Cavabdeh1 məxsus Abşeron rayonu, Masazır kəndi, C.Cabbarlı küçəsində yerləşən 6 otaqlı, 146.7 kv.metr ümumi, 106.7 kv.metr yaşayış, 40.0 kv.metr yardımçı sahədən və istifadədə olan 0.02 ha torpaq sahəsindən ibarət 3D nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması qət edilmişdir. xx.xx.2022-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən İddiaçı ASC (əvvəlki adı "xxxx" İKB ASC olan Abşeron rayonu, Masazır kəndi, C.Cabbarlı küçəsində yerləşən 6 otaqlı, 146.7 kv.metr ümumi, 106.7 kv.metr yaşayış, 40.0 kv.metr yardımçı sahədən ibarət 3D nömrəli fərdi yaşayış evini əldə etmişdir. Əmlaka dair İddiaçı ASC-nin (əvvəlki adı "xxxx" İKB ASC olan) mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış verilmişdir. Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(012)-166/2022 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Abşeron rayonu, Masazır kəndi, C.Cabbarlı küçəsində yerləşən 6 otaqlı, 146.7 kv.metr ümumi, 106.7 kv.metr yaşayış, 40.0 kv.metr yardımçı sahədən və istifadədə olan 0.02 ha torpaq sahəsindən ibarət 3D nömrəli fərdi yaşayış evin boşaldılaraq banka təhvil verilməsi zamanı həmin mənzildə Cavabdeh1 məxsus olan əşyaların bir qismi onun tərəfindən təhvil alınmadığından müvəqqəti saxlanılması üçün Banka təhvil verilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli akta əsasən Abşeron rayonu, Masazır kəndi, C.Cabbarlı küçəsində yerləşən 6 otaqlı, 146.7 kv.metr ümumi, 106.7 kv.metr yaşayış, 40.0 kv.metr yardımçı sahədən və istifadədə olan 0.02 ha torpaq sahəsindən ibarət 3D nömrəli fərdi yaşayış evində olan Cavabdeh1 məxsus 2 ədəd kreslo, 1 ədəd divan, 1 ədəd güzgülü kamod, 1 ədəd “Ariston” markalı soyuducu, 1 ədəd “Bosch” markalı paltaryuyan maşın, 1 ədəd jurnal stolu, 2 ədəd tumba, 4 hissədən ibarət yataq dəsti (çarpayı), 1 ədəd çarpayı, 1 ədəd 6 qapılı dolab, 1 ədəd böyük xalça, 2 ədəd döşək, 2 ədəd bağlamada geyimlər, 1 ədəd maqnitofon kolonkası, 2 ədəd pərdə, 4 ədəd boş plastik setka, 1 ədəd plafon, 2 ədəd modem, 1 ədəd mətbəx şkafı, 1 ədəd yuyuxu hövzə, 1 ədəd mətbəx stolu, 1 ədəd paltar setkası, kiçik stol, ayaqqabı dolabı İddiaçı ASC tərəfindən təhvil alınmışdır. Bundan sonra qeyd edilən əşyalar müvəqqəti saxlanılması üçün Bank tərəfindən Yük Taksisi.AZ MMC şirkətinə təhvil verilmişdir. İddiaçı ASC ilə Yük Taksisi.AZ MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli malların anbarda saxlanılması müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan əşyaların müvəqqəti saxlanılması üçün Bank tərəfindən Yük Taksisi.AZ MMC şirkətinə aylıq ödənişlər edilir. Bundan sonra həmin əşyaların təhvil alması barədə Bank tərəfindən Cavabdeh1 qızma bir neçə dəfə yazılı və şifahi müraciət olunmasına baxmayaraq, Cavabdeh1 əşyaları təhvil götürməyərək, qəbul etməkdən imtina etmişdir. Cavabdeh1 uzun müddət keçməsinə baxmayaraq, əşyaları təhvil almamış və bunun nəticəsində Bank əşyaların saxlanılması üçün xidməti haqqı ödəyərək, əlavə xərcə düşmüşdür. Qeyd edilənlərdən göründüyü kimi Cavabdeh1 əşyaları götürməyərək, onlardan imtina edir. Odur ki, Cavabdeh1 məxsus 2 ədəd kreslo, 1 ədəd divan, 1 ədəd güzgülü kamod, 1 ədəd “Ariston” markalı soyuducu, 1 ədəd “Bosch” markalı paltaryuyan maşın, 1 ədəd jurnal stolu, 2 ədəd tumba, 4 hissədən ibarət yataq dəsti (çarpayı), 1 ədəd çarpayı, 1 ədəd 6 qapılı dolab, 1 ədəd böyük xalça, 2 ədəd döşək, 2 ədəd bağlamada geyimlər, 1 ədəd maqnitofon kolonkası, 2 ədəd pərdə, 4 ədəd boş plastik setka, 1 ədəd plafon, 2 ədəd modem, 1 ədəd mətbəx şkafı, 1 ədəd yuyucu hövzə, 1 ədəd mətbəx stolu, 1 ədəd paltar setkası, kiçik stol, ayaqqabı dolabı sahibsiz elan edilərək, həmin əşaylara dair sərəncam verilməsi üçün İddiaçı ASC-nin mülkiyyətinə verilməsi zərurəti yaranmışdır. Bundan başqa qeyd edilən əşyaların müvvəqəti saxlanılması üçün Bank tərəfindən Yük Taksisi.AZ MMC şirkətinə hal-hazıradək 5541.28 manat məbləğində edilmiş aylıq ödənişlər və həmin əşyalar sahibsiz elan edilərək, İddiaçı ASC-nin mülkiyyətinə verilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək çəkiləcək xərclər və ödənişlər Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh1 məxsus olan 2 ədəd kreslo, 1 ədəd divan, 1 ədəd güzgülü kamod, 1 ədəd “Ariston” markalı soyuducu, 1 ədəd “Bosch” markah paltaryuyan maşın, 1 ədəd jurnal stolu, 2 ədəd tumba, 4 hissədən ibarət yataq dəsti (çarpayı), 1 ədəd çarpayı, 1 ədəd 6 qapılı dolab, 1 ədəd böyük xalça, 2 ədəd döşək, 2 ədəd bağlamada geyimlər, 1 ədəd maqnitofon kalonkası, 2 ədəd pərdə, 4 ədəd boş plastik setka, 1 ədəd plafon, 2 ədəd modem, 1 ədəd mətbəx şkafı, 1 ədəd yuyucu hövzə, 1 ədəd mətbəx stolu, 1 ədəd paltar setkası, kiçik stol, ayaqqabı dolabı sahibsiz elan edilərək, "Yelo Bank” ASC-nin mülkiyyətinə verilməsi, əşyaların müvvəqəti saxlanılması üçün Bank tərəfindən Yük Taksisi.AZ MMC şirkətinə 5541.28 manat məğləğində edilmiş aylıq ödənişlərin və həmin əşyalar sahibsiz elan edilərək İddiaçı ASC-nin mülkiyyətinə verilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanədək saxlanılması üçün ediləcək ödənişlərin və 75.41 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar, hazırki məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə ilə müraciət edərək, məhkəmə iclaslarının iştirakları olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X15 iddianı müdafiə edərək, izahatında bildirmişdir ki, tərəflərindən analoji iddia ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilmiş, həmin məhkəmə iddianı rədd etmiş, lakin həmin qətnamədən apellyasiya şikayətinə baxan Bakı Apelyasiya Məhkəməsi iddialarını qismən təmin etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-166/2022 saylı 08 fevral 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ASC-nin cavabdeh İsmayılova (Rüstəmova) Rita Məcid qızına qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və sair” tələblərinə dair iddiası qismən təmin edilmiş, İsmayılova (Rüstəmova) Rita Məcid qızından 22351,57 ABŞ dolları məbləğində əsas, 20999,20 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində dəbbə pulu, 2067,52 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 45468,29 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ASC-yə ödənilməsi, tutmanın İsmayılova (Rüstəmova) Rita Məcid qızına məxsus Abşeron rayonu, Masazır kəndi, C.Cabbarlı küçəsində yerləşən 6 otaqlı, 146,7 kv.metr ümumi, 106,7 kv.metr yaşayış, 40,0 kv.metr yardımçı sahədən və istifadədə olan 0,02 ha torpaq sahəsindən ibarət 3D nömrəli fərdi yaşayış evinə yönəldilməi, həmin əmlakın ilkin satış qiymətinin 55200 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına İsmayılova (Rüstəmova) Rita Məcid qızının İddiaçı ASC-yə olan borcunun ödənilməsinin təmin edilməsi, əmlakın satışından əldə ediləcək vəsaitin borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada İsmayılova (Rüstəmova) Rita Məcid qızından tutularaq İddiaçı ASC-yə ödənilməsi, əmlaka tutma yönəldikdən və o, açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdeh İsmayılova (Rüstəmova) Rita Məcid qızının həmin evə istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdehin həmin evdən çıxarılması və evin boşaldılaraq, İddiaçı ASC-yə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 146.70 kv/m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə 13 dekabr 2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X9, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, tələbkar İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X10, hal şahidi Qarabağ rayonu, Lökbatan qəsəbəsində yaşayan X7, hal şahidi Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan X3 iştirakları ilə tərtib edilmiş 22 may 2023-cü il tarixli aktın surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-166/2022 saylı 08 fevral 2022-ci il tarixli icra sənədinin icrası məqsədi ilə icra sənədində göstərilən boşaldılması nəzərdə tutulmuş ünvan 2 ünvanında yerləşən evə gəlmişlər, daha əvvəl orada faktiki yaşayan şəxslər tərəfindən boşaldılaraq və onların evdən çıxdığı məlum olmuşdur. Evdə baxış keçirilərkən evin birinci mərtəbəsində borclu X11 məxsus əşyaların olduğu aşkar edilmişdir. Borclunun qızı və etibarnamə üzrə nümayəndəsi X16 ilə telefon əlaqəsi saxlanılaraq əşyaları götürməsi təklif olunmuşdur. O, isə əşyaları götürməkdən imtina etmişdir. Ona əşyaların üçüncü şəxsin saxlancına veriləcəyi bildirilmişdir. Bundan sonra evin giriş-çıxış qapılarının açarları dəyişdirilmişdir. Baxış zamanı aşkar edilmiş əşyalar saxlanca verilməsi üçün 166 Yükdaşıma xidməti vasitəsilə saxlanc yerinə göndərilmişdir. Həmin əşyalardan başqa evdə hər hansı qiymətli əşya pul vəsaiti, qızıl-zinət əşyaları aşkar edilməmiş, ev tam boşaldıldıqdan sonra İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X14 təhvil verilmişdir. İş materiallarında olan 01 mart 2022-ci il tarixli 38/22 saylı malların anbarda saxlama müqaviləsindən görünür ki, “Tapşıran” İddiaçı ASC ilə “Saxlayıcı” "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən Saxlayıcı (anbar sahibi) sifariş əsasında Tapşıranın ona verdiyi daşınar əşyaları özünə məxsus anbarda saxlamağı, Tapşıran isə bunun müqabilində bu Müqavilə ilə müəyyən olunmuş qayda və müddətdə saxlama haqqı ödəməyi öhdəsinə götürür. Tərəflər bu Müqavilə üzrə saxlanca verilmiş malları “Saxlayıcı”nın Abşeron rayonu, Xırdalan şəhəri., Bakı-Quba maqistral-12A avtomobil satış salonu, 5000 kv.m. ünvanında yerləşən saxlanc anbarında saxlamaq barədə razılığa gəlirlər. Anbarda 1 m2 sahə->( İm x İm x 1.65 m) olaraq nəzərə alınır. Hündürlüyü 1.65 metrdən çox olan malların qalıq hissəsi əlavə m2 kimi hesablanır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, 01 mart 2022-ci il tarixdə “Tapşıran” İddiaçı ASC ilə aralarında 38/22 saylı malların anbarda saxlama müqaviləsi bağlanılmışdır. Həmin müqavilə əsasında “Saxlayıcı” (Cəmiyyət) sifariş əsasında “Tapşıran”ın ona verdiyi daşınar əşyaları özünə məxsus anbarda saxlamağı, “Tapşıran” isə bunun müqabilində saxlama haqqını ödəməyi öhdələrinə götürmüşlər. Belə ki, sözügedən müqavilə çəçivəsində 22 may 2023-cü il tarixdə İddiaçı ASC-nin borclusu olan Cavabdeh1 evində yerləşən əşyalar şirkətin Abşeron rayonu, Xırdalan şəhərində yerləşən anbar sahəsinin 32 kv.m-lik hissəsinə yerləşdirilmişdir. Tərəflər arası 1 kv.m görə saxlama xərci 13 manat məbləğində müəyyən edilmiş və aylıq saxlama xərci 416 manat təşkil etmişdir. Qeyd edilən əmlakın saxlanılmasına görə 30 aprel 2024-cü il tarixə qədər İddiaçı ASC tərəfindən Cəmiyyətə toplamda 5541,28 (ƏDV daxil) məbləğində saxlanc xərci ödənilmişdir. Müqavilə üzrə saxlama xidmələrinin icra edilməsi hazırda davam etməkdədir. İş materiallarında olan 22 may 2023-cü il tarixli X1 surətindən görünür ki, tapşıran İddiaçı ASC ilə saxlayıcı "xxxx" MMC 01 mart 2022-ci il tarixli 38/22 saylı müqaviləsinə əsasən anbar xidmətini 32 m2 – 120 manat olması barədə razılığa gəlmişlər. İş materiallarında olan İddiaçı ASC-nin X12 ünvanladığı xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC tərəfindən cavabdehin özünə məxsus əşyaların mənzilin boşaldılması zamanı İddiaçı ASC-yə müvəqqəti saxlanılması üçün verilmiş əşyaların təhvil alınması xahiş olunmuş və əks halda qanunvericiliyin tələbinə əsasən cavabdehə məxsus olan əşyaların sahibsiz elan edilməsi və həmni əşyaların müvəqqəti saxlanılması üçün bank tərəfindən "xxxx" MMC-yə ödənilmiş pul məbləğinin tutulması ilə bağlı tərəflərindən məhkəməyə müraciət olunacağına dair xəbərdar edilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin hesabına 10 iyul 2023-cü il tarixdə 2813,12 manat, 20 iyul 2023-cü il tarixdə 141,60 manat, 25 iyul 2023-cü il tarixdə 467,28 manat, 25 iyul 2023-cü il tarixdə 2813,12 manat, 05 sentyabr 2023-cü il tarixdə 2940,56 manat, 02 oktyabr 2023-cü il tarixdə 255,79 manat, 04 noyabr 2023-cü il tarixdə 3160,47 manat, 25 dekabr 2023-cü il tarixdə 2869,76 manat, 26 yanvar 2024-cü il tarixdə 2869,76 manat, 26 fevral 2024-cü il tarixdə 2869,76 manat, 08 aprel 2024-cü il tarixdə 2869,76 manat, 21 may 2024-cü il tarixdə 2544 manat məbləğində pul ödənişləri etmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-37/2024 saylı, 20 may 2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ASC-nin cavabdeh X13 qarşı qarşı “əşyaların sahibsiz elan edilərək bankın mülkiyyətinə verilməsi və həmin əşyaların saxlanılması üçün ödənilmiş xidmət haqqının tutulması” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4738/2024 saylı, 25 noyabr 2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-37/2024 saylı, 20 may 2024-cü il tarixli qətnaməsi qismən, yəni əşyaların müvvəqəti saxlanılması üçün edilmiş aylıq ödənişlərin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia qismən təmin edilmiş, cavabdeh X4 2022-ci ilin iyul ayından başlayaraq 2024-cü ilin may ayına kimi, yəni 23 ay üçün, hər ay 72 manat olmaqla cəmi 1656 manatın alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması, iddia qismən təmin edildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ümumilikdə ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun 25 manatının cavabdeh X4 tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir və məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi çıxış edir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, çəkişmə prinsipi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, ədalət mühakiməsinin həyata keçirilməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərar). Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında məhkəmə qərara almışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 184.2 185.1 185.3 maddələrinə əsaslandırmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş analoji iddia ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-37/2024 saylı 20 may 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinə baxan Bakı Apelyasiya Məhkəməsinin qətnaməsindən görünür ki, həmin məhkəmə mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 184.2, 185.1, 185.3, 431.1-ci maddələri ilə yanaşı saxlama müqaviləsi ilə bağlı münasibətləri tənzimləyən 822-830-cü maddələri tətbiq etmişdir. Halbuki məhkəmə hesab edir ki, iddianın qaldırılması borclunun yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinin icrasından sonra həmin yaşayış sahəsində qalan borclunun daşınar əmlakının sahibsiz elan edilməsi, həmin əmlaka dair mülkiyyət hüququnun əldə edilməsi və həmin əmlakın saxlanılması ilə bağlı tələbkarın çəkdiyi xəclərin borclu-cavabdehdən tutulması ilə bağlı olduğundan iddiaya Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normaları ilə yanaşı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinin icrası qaydasını müəyyən edən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 181.4-ci maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. 181.7-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxs mülkiyyətçisi olmayan əmlaka, mülkiyyətçisi məlum olmayan əmlaka və ya mülkiyyətçisinin imtina etdiyi və ya qanunda nəzərdə tutulmuş digər əsaslarla mülkiyyət hüququnu itirdiyi əmlaka mülkiyyət hüququ əldə edə bilər. 184.2-ci maddəsinə əsasən əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. 185.1-ci maddəsinə əsasən mülkiyyət hüququndan imtina etmək məqsədi ilə mülkiyyətçinin atdığı və ya digər şəkildə əl çəkdiyi daşınar əşyanı (atılmış əmlakı) başqa şəxslər öz mülkiyyətinə yönəldə bilər. 185.2-ci maddəsinə əsasən mülkiyyətində, sahibliyində və ya istifadəsində torpaq sahəsi, sututar və ya başqa obyekt olan şəxs, əgər orada dəyəri əlli beş manatdan aşkar aşağı olan atılmış əmlak və ya atılmış metal qırıntıları, zay məhsul, faydalı qazıntıların çıxarılması zamanı əmələ gələn təpəciklər, istehsal tullantıları və başqa tullantılar varsa, həmin əmlakdan istifadəyə başlamaqla və ya əmlakı mülkiyyətə yönəltdiyini göstərən digər hərəkətlər etməklə, onu öz mülkiyyətinə yönəltmək hüququna malikdir. 185.3-cü maddəsinə əsasən atılmış başqa əmlak ona sahibliyə başlamış şəxsin mülkiyyətinə o zaman daxil olur ki, bu əmlak həmin şəxsin ərizəsi ilə məhkəmə tərəfindən sahibsiz hesab edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: Borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinin icrası qaydasını müəyyən edən 72.4-ci maddəsinə əsasən icra məmuru icra sənədində göstərilmiş sahədən borclunun (çıxarılanın), onun əmlakının, ev heyvanlarının çıxarılmasını təmin edir. Bundan əlavə, borcluya (çıxarılana) həmin sahədən istifadə etməsi qadağan olunur. 72.5-ci maddəsinə əsasən çıxarılma icra məmuru tərəfindən hal şahidlərinin iştirakı ilə və hökmən əmlak siyahıya alınmaqla həyata keçirilir. İcra məmuru çıxarılma zamanı müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət etmək hüququna malikdir. 72.6-ci maddəsinə əsasən icra məmuru borclunun əmlakının mühafizəsini təmin edir və bununla bağlı xərcləri borclunun üzərinə qoyur. Borclunun əmlakı üç ildən çox olmayan müddət ərzində mühafizə edilir. Həmin müddət bitdikdən sonra göstərilən əmlak sahibsiz əmlakın satılması üçün müəyyən edilmiş qaydada satılır. Borclunun əmlakının satılmasından əldə edilən vəsait dövlət büdcəsinə keçirilir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. 45.6-ci maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. 50.3-ci maddəsinə əsasən borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya borclunun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən qoyulmuş məhdudiyyətlərə əməl olunmaması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 50.4-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur: 50.4.1. tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; 50.4.2. borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. 50.5-ci maddəsinə əsasən üzərinə həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülür. Əmlak götürülənə qədər borclu, icra məmurunun nəzarəti altında onu sata bilər. 50.7-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak siyahıya alınarkən, borcluda aşkar edilmiş pul vəsaitləri (manatla və xarici valyutada), qiymətli metallar və qiymətli daşlar, onlardan hazırlanmış məmulatlar, habelə onların qırıntıları və tullantıları məcburi qaydada götürülür və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada saxlanılır. Götürülmüş digər əşyalar mümkün olduqda qablaşdırılır, möhürlənir və mühafizə altında saxlanılması üçün müvafiq dövlət orqanının nümayəndəsinə qanunla nəzərdə tutulmuş məsuliyyət haqqında xəbərdarlıq edilməklə təhvil verilir. Üzərinə həbs qoyulmuş daşınmaz əmlak və götürülməsi mümkün olmayan iri həcmli əmlak möhürlənir və borcludan yaxud onun yetkinlik yaşına çatmış ailə üzvündən iltizam alınmaqla həmin əmlakın özgəninkiləşdirilməsi, korlanması və məhv edilməsinə görə qanunla nəzərdə tutulmuş məsuliyyət haqqında xəbərdarlıq edilir və saxlanılması üçün onlara verilir. Götürülən əmlakın müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə, əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən protokol tərtib edilir. Protokolda həmin məlumatlar ətraflı təsvir edilir. Protokol icra məmuru, hal şahidləri, borclu yaxud onun yetkinlik yaşına çatmış ailə üzvü tərəfindən imzalanır. 52.1-ci maddəsinə əsasən borclunun əmlakı saxlanmaq üçün onun özünə və ya icra məmuru tərəfindən təyin olunmuş digər şəxslərə (bundan sonra - saxlayıcıya) verilir. Əmlakı saxlamaq üçün qəbul edən saxlayıcıdan bu barədə qəbz alınır. Əmlakdan istifadə olunması onun məhvinə və ya dəyərinin azalmasına səbəb olmadıqda, saxlayıcı həmin əmlakdan istifadə edə bilər. 52.2-ci maddəsinə əsasən saxlayıcı borclunun özü və ya onun ailə üzvü (borclu hüquqi şəxs olduqda - onun işçisi) deyildirsə, əmlakın saxlanması üçün ona müvafiq haqq verilir. Bundan əlavə, saxlayıcının əmlakı saxlamaq üçün çəkdiyi xərclər, həmin əmlakdan istifadə olunmasına görə onun əldə etdiyi həqiqi fayda çıxılmaqla, ona ödənilir. 52.3-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlakın saxlanması qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 52.4. Saxlanmaq üçün verilmiş əmlak mənimsənildikdə, israf edildikdə, özgəninkiləşdirildikdə və ya gizlədildikdə, saxlayıcı vurduğu ziyana görə əmlak məsuliyyətindən əlavə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti də daşıyır. 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.2. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 6 sentyabr tarixli, 143 nömrəli qərarı ilə təsdiq edilmiş “Üzərinə həbs qoyulmuş əmlakın saxlanması Q a y d a s ı v ə ş ə r t l ə r i “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.7-ci maddəsinin birinci abzasına, 50.10-cu və 52.3-cü maddələrinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və kommersiya mübahisələrinə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariusun icra qeydlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarlarının məcburi icrası zamanı borclunun üzərinə həbs qoyulmuş əmlakının saxlanması qaydasını və şərtlərini müəyyən edir. Həmin Qaydada “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsində əks olunmuş analoji qayda nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, mülki işdə olan sübutlardan müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-166/2022 saylı 08 fevral 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdeh İsmayılova (Rüstəmova) Rita Məcid qızına qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və sair” tələblərinə dair iddiası qismən təmin edilmiş, İsmayılova (Rüstəmova) Rita Məcid qızından 22351,57 ABŞ dolları məbləğində əsas, 20999,20 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində dəbbə pulu, 2067,52 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 45468,29 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın İsmayılova (Rüstəmova) Rita Məcid qızına məxsus Abşeron rayonu, Masazır kəndi, C.Cabbarlı küçəsində yerləşən 6 otaqlı, 146,7 kv.metr ümumi, 106,7 kv.metr yaşayış, 40,0 kv.metr yardımçı sahədən və istifadədə olan 0,02 ha torpaq sahəsindən ibarət 3D nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlakın ilkin satış qiymətinin 55200 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına İsmayılova (Rüstəmova) Rita Məcid qızının İddiaçı ASC-yə olan borcunun ödənilməsinin təmin edilməsi, əmlakın satışından əldə ediləcək vəsaitin borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada İsmayılova (Rüstəmova) Rita Məcid qızından tutularaq, İddiaçı ASC-yə ödənilməsi, əmlaka tutma yönəldikdən və o açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdeh İsmayılova (Rüstəmova) Rita Məcid qızının həmin evə istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdehin həmin evdən çıxarılması və evin boşaldılaraq, İddiaçı ASC-yə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 29 noyabr 2022-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən İddiaçı ASC-si (əvvəlki adı "xxxx" İKB ASC olan) Abşeron rayonu, Masazır kəndi, C.Cabbarlı küçəsində yerləşən 6 otaqlı, 146.7 kv.metr ümumi, 106.7 kv.metr yaşayış, 40.0 kv.metr yardımçı sahədən ibarət 3D nömrəli fərdi yaşayış evini əldə etmişdir. Əmlaka dair İddiaçı ASC-nin (əvvəlki adı "xxxx" İKB ASC olan) mülkiyyət hüquqları 13 dekabr 2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış verilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru, tələbkarın nümayəndəsi və hal şahidlərinin iştirakı ilə 22 may 2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin 2(012)- 166/2022 saylı 08 fevral 2022-ci il tarixli icra sənədinin icrası məqsədi ilə icra sənədində göstərilən boşaldılması nəzərdə tutulmuş ünvan 2 ünvanında yerləşən evə gəlmişlər, daha əvvəl orada faktiki yaşayan şəxslər tərəfindən boşaldılaraq və onların evdən çıxdığı məlum olmuşdur. Evdə baxış keçirilərkən evin birinci mərtəbəsində borclu Cavabdeh1 məxsus əşyaların olduğu aşkar edilmişdir. Borclunun qızı və etibarnamə üzrə nümayəndəsi X16 ilə telefon əlaqəsi saxlanılaraq əşyaları götürməsi təklif olunmuşdur. O, isə əşyaları götürməkdən imtina etmişdir. Ona əşyaların üçüncü şəxsin saxlancına veriləcəyi bildirilmişdir. Bundan sonra evin giriş-çıxış qapılarının açarları dəyişdirilmişdir. Baxış zamanı aşkar edilmiş əşyalar saxlanca verilməsi üçün 166 Yükdaşıma xidməti vasitəsilə saxlanc yerinə göndərilmişdir. Həmin əşyalardan başqa evdə hər hansı qiymətli əşya pul vəsaiti, qızıl-zinət əşyaları aşkar edilməmiş, ev tam boşaldıldıqdan sonra İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X14 təhvil verilmişdir. İddiaçı Cavabdeh1 məxsus qeyd edilən əşyaları müvəqqəti saxlanılması üçün "xxxx" MMC şirkətinə təhvil vermiş, bununla bağlı İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 01 mart 2022-ci il tarixli malların anbarda saxlanılması müqaviləsi bağlanmış və iddiaçı tərəfindən "xxxx" MMC-yə hər ay saxlanc üçün ödəniş edilmişdir. İddiaçı həmin əşyaları təhvil alması barədə Bank tərəfindən Cavabdeh1 yazılı müraciət olunmuş, lakin əşyalar cavabdeh tərəfindən təhvil alınmamışdır. Yuxarıda qeyd edilmiş icra qanunvericiliyinin normalarından görünür ki, borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinin icrası qaydasını müəyyən edən normaya əsasən icra məmuru icra sənədində göstərilmiş sahədən borclunun (çıxarılanın), onun əmlakının, ev heyvanlarının çıxarılmasını təmin edir, bu zaman icra məmuru borclunun əmlakının mühafizəsini təmin edir və bununla bağlı xərcləri borclunun üzərinə qoyur. Borclunun əmlakı üç ildən çox olmayan müddət ərzində mühafizə edilir. Həmin müddət bitdikdən sonra göstərilən əmlak sahibsiz əmlakın satılması üçün müəyyən edilmiş qaydada satılır. Borclunun əmlakının satılmasından əldə edilən vəsait dövlət büdcəsinə keçirilir. Beləliklə, icra haqqında qanunvercilik ipoteka predmeti olan evdən borclu çıxarıldıqdan sonra borclunun həmin evdə qalan əmlakının mühafizəsi, saxlanılması vəzifəsini icra məmurunun üzərinə qoyur, həmin əmlakın mühafizəsi üçün 3 illik müddət müəyyən edir, həmin müddət bitdikdən sonra sahibsiz əmlak kimi satılması üçün müəyyən edilmiş qaydada satılması imkanını nəzərdə tutur. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-166/2022 saylı 08 fevral 2022-ci il tarixli icra sənədinin icrası 22 may 2023-cü il tarixdə təmin edilsə də, icra məmuru tərəfindən borclunun əmlakının mühafizəsinin təmin edilməsinə, yaxud icra məmuru tərəfindən həmin əmlakın saxlanca verilməsinə dair sübutlar mülki işdə mövcud deyil. Əksinə işdə olan sübutlarla təsdiq edilir ki, Cavabdeh1 məxsus qeyd edilən əşyaları iddiaçı-bank müvvəqəti saxlanılması üçün "xxxx" MMC şirkətinə təhvil vermiş, bununla bağlı İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 01 mart 2022-ci il tarixli malların anbarda saxlanılması müqaviləsi bağlanmışdır. Bununla yanaşı məhkəmə nəzərə alır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 166/2022 saylı 08 fevral 2022-ci il tarixli qətnaməsi ilə “ipoteka predmetinin satışından əldə ediləcək vəsait hesabına İsmayılova (Rüstəmova) Rita Məcid qızının İddiaçı ASC-yə olan borcunun ödənilməsinin təmin edilməsi, əmlakın satışından əldə ediləcək vəsaitin borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin ümumi qaydada İsmayılova (Rüstəmova) Rita Məcid qızından tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Belə olan halda icra qanunvericiliyinin tələbinə görə icra məmuru borclunun evində qalmış əmlakların üzərinə həbs qoymalı, tələb borcluya məxsus olan həmin əmlaka yönəldilməli idi. Bu halda həbs qoyulduğu vaxtdan beş gündən tez, lakin bir aydan gec olmayaraq, borclunun əmlakı icra məmuru tərəfindən satılmağa verilməsi üçün götürülməli idi. Bu halda yenə də İcra haqqında qanunda nəzərdə tutulmuşdur ki, borclunun əmlakı saxlanmaq üçün onun özünə və ya icra məmuru tərəfindən təyin olunmuş digər şəxslərə (bundan sonra - saxlayıcıya) verilir. Həmçinin bu halda da İcra haqqında qanun müəyyən edir ki, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılmalıdır və satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Beləliklə, ipoteka predmetinin satışından sonra həmin evdə qalan borclunun əmlakının saxlanılması ilə bağlı həm vəzifə, həm səlahiyyət icra məmuruna aid edildiyi, həmin əmlakın saxlanılması və satışı ilə bağlı müddətlər, qayda və tələblər müəyyən edildiyi halda tələbkar İddiaçı ASC-si həmin qayda və tələblərin pozulmasına yol verərək, həmin əmlakların saxlanılmasını özü təşkil etmişdir və hal-hazırda həmin əmlakların sahibsiz elan edilərək, "Yelo Bank” ASC-nin mülkiyyətinə verilməsi, əşyaların müvvəqəti saxlanılması üçün Bank tərəfindən Yük Taksisi.AZ MMC şirkətinə 5541.28 manat məbləğində edilmiş aylıq ödənişlərin və həmin əşyaların sahibsiz elan edilərək İddiaçı ASC-nin mülkiyyətinə verilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanədək saxlanılması üçün ediləcək ödənişlərin borcludan tutulmasını tələb edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbləri əsassız olduğundan, həmin tələblərin təmin edilməsi İcra haqqında qanunun pozulması ilə nəticələnə biləcəyindən və borclunun mənafeyinə uyğun olmadığından, iddia təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisənin predmeti olan borcluya məxsus əmlaklar iddiaçının faktiki sahibliyindədir və İcra haqqında qanunun tələbinə uyğun olaraq həmin əmlakların tələbkarın mülkiyyətinə verilməsi qaydasına riayət edilməsi şərti ilə iddiaçının mülkiyyətinə verilməsi imkanı hələ də mövcuddur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı ASC-nin Cavabdeh1 qarşı “əşyaların sahibsiz elan edilərək bankın mülkiyyətinə verilməsi və həmin əşyaların saxlanılması, ödənilmiş xidmət haqqının tutulması” tələblərinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş 75,81 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-423/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-423/2025
25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver