Məhkəmə qərarları › İş №2(011)-4257/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4257/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4257/2021 30.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, sadə formada qəbz verməklə, ondan aldığı 1000 manat pulun birdəfəlik alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh 01.03.2019-cu il tarixində ondan borc istəmiş, o da sadə formada qəbz aldıqdan sonra 1000 manat məbləğində borc pul vermişdir, onlar həmin borcun tezliklə qaytarılacağı barədə razılığa gəlsələr də, Cavabdeh borcu hələ də qaytarmamışdır, İddiaçı bir neçə dəfə cavabdehin yaşadığı ünvana gedib pulu tələb etmişdir, lakin Cavabdeh hər dəfə yaxın vaxtda qaytaracağına dair söz verərək öhdəliklərindən boyun qaçırmışdır, daha sonra İddiaçı məlum olmuşdur ki, cavabdeh onu aldadır və həmin məbləği qaytarmaq niyyəti yoxdur, bu səbəbdən o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır, cavabdehin gətirdiyi şahidlər isə qərəzlidirlər, onların ona borcları vardır, ona görə də maraqlıdırlar ki, iddia təmin olunmasın, bundan başqa, şahid ifadəsində həqiqətən də cavabdehin borcunu ödəməsi ilə bağlı hər hansı bir hal göstərilməmişdir, çünki şahid bildirdi ki, cavabdehin borcunu qaytarmasının şahidi deyildir. Sonda İddiaçı qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinə yazılı etiraz təqdim edərək və ona uyğun izahat verərək bildirmişdir ki, İddiaçı irəli sürdüyü iddia tələbi əsassızdır, belə ki, o, sələmçi İddiaçıla 2018-ci ildə tanış olmuşdur, ona pul lazım olduğundan 2018-ci ilin sentyabr ayında illik 15%-lə 1000 manat borca pul almışdır, İddiaçı tərtib etdiyi qəbzlə 1000 manat pul vermiş, lakin 850 manata qol çəkdirmişdir, Cavabdeh bu borcu 2018-ci ilin dekabr ayında ödəmişdir, 2019-cu ilin martın 3-də o, yenidən 1000 manat borc istəmiş və 10%-lə 1000 manat borc almağı barədə yenə həmin üsulla sadə formada qəbz yazmışdır, İddiaçı isə eyni qaydada verdiyi borcdan 50 manat geri almışdır, bununla da 950 manat borc vermişdir, o, bunu özünün şəxsi “qanunu” kimi izah edir və bildirirdi ki, onsuz da sən kiçik alver edirsən, borcunu tez ödə ki, tez də bitsin, bundan sonra Cavabdeh 2019-cu il ərzində hər ay 100 manat ödəmiş, həmin ilin iyun ayında başqa bir şəxsin ona olan borcunu gecikdirməsi səbəbindən İddiaçı Cavabdeh 200 manat almış və bu hal həmin ilin avqust ayında yenidən təkrarlanmışdır, daha sonra İddiaçı bu üsula yenidən əl atmaq istədikdə Cavabdeh buna etirazını bildirmişdir, həmçinin o, verdiyi pulu faizlə 15-20 gün qabaq alırmış, hər dəfə borc verdiyi şəxsləri söyür, lakin “şirin dildə məndən yaxşısı yoxdur” deyirmiş, 2019-cu ilin oktyabr ayında Cavabdeh bərk xəstələnmiş, bu zaman onun İddiaçı 50 manat borcu qalmışdır, Rəfail ona zəng edərək qalan 100 manat borcunu nə zaman ödəyəcəyini soruşmuş, o isə buna etiraz edərək bildirmişdir ki, 50 manat pulu o, borc verəndə geri götürdüyündən hazırda ona 50 manat borcu qalmışdır, hətta kimsə ona olan sələm borcunu gecikdirdikdə belə Cavabdeh borcu qabaqcadan tələb etmişdir, belə ki, iyun ayında 200 manat, avqust ayında 200 manat, mart ayının 3-ü ödəməli olduğu halda isə 20 gün qabaq pulu almışdır, beləliklə, 2020-ci ilin fevral ayında 1100 manat ödəyərək ona olan bütün borcunu tamamlamışdır, lakin bu barədə iddiaçıdan qəbz almamışdır, çünki onlar arasında narazılıq heç vaxt olmamışdır, əlavə olaraq hər dəfə Rəfaelə Ukraynadan 40 kq konfet (qiyməti 12 manat), 1 il ərzində rayondan 23 kq şor, 7 kq qoyun pendiri, 11 ədəd 3 kq-lıq qatıq vermişdir, o, bütün bu məhsulların pulunu verəcəyini demiş, lakin bir qəpik də ödəməmişdir, bu səbəbdən iddiaçının tələbi əsassızdır və tamamilə böhtandır, həmçinin o, qanunsuz olaraq sahibkarlıq fəaliyyəti ilə məşğuldur, belə ki, bankda mühasib vəzifəsində işləyən qızı vasitəsilə bankdan pulları çıxararaq yüksək faizlə müxtəlif şəxslərə sələmə verir və qanunsuz bank fəaliyyəti ilə məşğul olur, 2015-ci ildən etibarən pul tələbinə dair bir çox vətəndaşa qarşı da iddia tələbi irəli sürmüşdür. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını, şahid ifadəsini dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 27.05.2021-ci il tarixli məhkəmə iclasında X3 şahid qismində ifadə verərək izahatında bildirdi ki, o, Rəfaili Seymur vasitəsilə tanıyıb, Seymur ona Rəfail adlı şəxsin faizlə pul verdiyini söyləyib, bununla belə, Rəfail hər dəfə Seymurdan 200 manat alırdı, Seymur isə Rəfailə olan faiz borcunu ödəyə bilmirdi, Seymur borcunu ödədiyini söyləsə də, o, Seymurun həmin pulu Rəfailə verdiyini şəxsən görməyib. İş materiallarında olan 01.03.2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 1000 manat borc almaq və həmin borc məbləğini tezliklə qaytarmaq barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan Qubadlı rayon Hərbi Komissarlığı tərəfindən 03.08.2001-ci il tarixində verilmiş 063517 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarından görünür ki, İddiaçı Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən 08.06.2016-cı il tarixində verilmiş AA seriyalı, 363712 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında mübahisə həmin borcun qaytarılması ilə bağlıdır, iddiaçı məcburi köçkündür, müharibə veteranları üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir, Cavabdeh İddiaçı 2 ay müddətinə 1000 manat borc almışdır, cavabdeh həmin məbləği tezliklə qaytarmağı öhdəsinə götürmüşdür, 01.03.2019-cu il tarixində bu barədə cavabdeh tərəfindən yazılı formada qəbz tərtib edilmişdir, iddaçı borcunu dəfələrlə tələb etmişdir, qeyd edilənlər işin mübahisəsiz hallarıdır. Bununla belə, cavabdehin borc öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, əvvəla, şifahi müqavilə üzrə borcun verilməsini təsdiq edən sübut kimi qəbzin mövcudluğu və bu qəbzin iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsi, həmin borcun ödənilməsini təsdiq edən sübutların olmaması, həmçinin cavabdehin müqavilə üzrə öhdəliyini istisna edən halların məhkəmə tərəfindən müəyyən olunmaması, ikincisi, cavabdeh borc müqaviləsinə dair nəticələrin riskini daşıdığı halda borcun ödənilməsi barədə kreditora qarşı hər hansı bir tələb irəli sürməsini təsdiq edən sübutların olmaması, iddia tələbinin əsaslılığını təmin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Beləliklə məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 1000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından 30 manat məbləğində pul Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ümumilikdə 1000 (min) manat pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar