Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4288/2023 29.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları:
1. İddiaçı ilə Cavabdeh1 xx.xx.2013-cü il tarixində Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdurlar və birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(005)-6374/2014 saylı qətnaməsi ilə tərəflər arasında xx.xx.2013-cü il tarixində Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində bağlanmış 762 saylı kiah qeydi ləğv edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq Cavabdeh1 hər ay 103 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
3. Lakin həyat səviyyəsinin dəyişilməsi ilə əlaqədar olaraq iddiaçı uşağın maddi tələbatlarını ödəməkdə çətinlik çəkir, cavabdeh də bir valideyn olaraq bu məsuliyyəti iddiaçı ilə bərabər bölüşməlidir. Bu səbəbdən alimentin artırılması üçün zərurət yaranmışdır.
4. İddiaçı alimentin artırılması ilə bağlı mediasiya üçün müraciət etmiş, xx.xx.2023-cü il tarixdə mediasiya baş tutmuş, mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra proses zamanı barışıq sazişi imzalanmadığından MŞB/11/2023-00893 saylı arayış verilmişdir.
İddiaçının tələbi:
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə tutulan alimentin artırılaraq birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün mediasiyaya müraciət edildiyi tarixdən etibarən hər ay 250 manat olmaqla sabit pul məbləğində alimentin və 50 manat məbləğində mediasiya xərclərinin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
Cavabdehin iddiaya münasibəti:
6. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları:
7. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında iddia tələbini müdafiə edərək bildirmişdir ki, alimentin artırılmasını istəyir. İddiaçı qeyd etmişdir ki, cavabdeh 9 ildir ki, 103 manat məbləğində aliment ödəyir və bu məbləğ uşağın saxlanması üçün kifayət etmir. Həmçinin İddiaçı izahatında işləmədiyini qeyd etmiş və məhkəmədən minimum 220 manat məbləğində aliment təyin olunmasını xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 öz izahatında bildirmişdir ki, o iddia tələbini qəbul etmir. Belə ki, cavabdeh qeyd etmişdir ki, bu uşaqdan başqa aliment ödədiyi başqa bir uşağı da var. Eyni zamanda hazırda o evlidir və həmin nikahdan 1 uşağı da vardır. Cavabdeh bildirmişdir ki, onun əmək haqqısı azdır, ümumilikdə 180 manat aliment ödəyir və ona aylıq 300 manatdan bir qədər yüksək pul qalır, hal-hazırda isə iddiaçıya 130-140 manat məbləğində aliment ödəyə bilər.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
9. AZ-İİİ № 384936 saylı doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.2014-cü il təvəllüdlü X2 anası İddiaçı, atası isə Cavabdeh1dur;
10. xx.xx.2012-ci il tarixli, 2(80)-38/2012 saylı Ordubad Rayon Məhkəməsinin icra vərəqəsinə əsasən, xx.xx.2007-ci il təvəllüdlü X1 və tərbiyə edilməsi üçün atası Cavabdeh1 aylıq bütün növ qazancının ¼ hissəsi xx.xx.2012-ci il tarixdən başlayaraq hər ay aliment pulu olaraq tutulub X3 xeyrinə ödənilməsi qət edilmişdir;
11. Elektron Məhkəmə və İnformasiya Sistemindən xx.xx.2023-cü il tarixli çıxarışa əsasən, Cavabdeh1 "xxxx" QSC-də elektrik çilingəri vəzifəsində işləyir və əmək haqqısı 566 manat məbləğindədir;
12. xx.xx.2014-cü il tarixli, 2(005)-6374/2014 saylı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə bağlanmış 762 saylı nikah qeydi ləğv edilmiş, nikah pozulduqdan sonra birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X5 anası İddiaçı yanında saxlanılmış, xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 hər ay 103 manat olmaqla sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmuşdur;
13. xx.xx.2023-cü il tarixli MŞB/11/2023-00893 nömrə ilə Bakı şəhər 11 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiya xərcini ödəmiş, Cavabdeh1 isə iştirak etməmişdir;
14. xx.xx.2023-cü il tarixli vətəndaşın iş yeri haqqında arayışa əsasən, Cavabdeh1 "xxxx" QSC-də elektrik çilingəri vəzifəsində işləyir və əmək haqqısı 566 manat məbləğindədir;
15. AZ-İ № 403587 saylı nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, İddiaçı və Cavabdeh1 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 81 № ilə qeyd edilmişdir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Konstitusiyası:
17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
17. Uşaq hüquqları haqqında 1989-cu il BMT Konvensiyası:
3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.
18. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
19. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanun:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.
20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. 9.1.2. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.
22. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu:
1. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarı.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında 28 mart 2016-cı il tarixli Qərarı.
Məhkəmənin mövqeyi:
25. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır.
26. Belə ki, iddiaçının tələbi tərəflərin yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində tutulan alimentin miqdarının artırılmasından ibarətdir. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir (§18). Qanunverici məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur.
27. Cavabdeh öz etirazını əsaslandırarkən qeyd etmişdir ki, o əlavə bir uşaq üçün aliment ödəyir, həmçinin hal-hazırda evlidir və həmin nikahdan bir uşağı da vardır, ümumlikdə 180 manat aliment ödəyir və əmək haqqısından onda 300 manatdan bir qədər çox məbləğdə pul qalır. Məhkəmə hesab edir ki, cavabdehin başqa xərclərinin olması, evli olması və həmin nikahdan övladının olması aliment ödədiyi övladı üçün alimentin artırılmaması üçün əsas kimi çıxış etməməlidir. Lakin məhkəmə qətnaməsinə əsasən alimnet ödədiyi digər uşağının olması (§10) nəzərə alınmlıdır. Belə ki, 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir (§24).
28. Məhkəmə qeyd edir ki, 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (§24).
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (§23).
30. Məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə hər üç uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası - 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi”nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində istifadə edilmişdir (§19). Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə (İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya - 8-ci maddə), dövlətdaxili qanunvericilikdə (Azərbaycan Respublikasının Ailə Məcəlləsi – 6, 51, 56, 58, 60-cı maddələr və s.), o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinin presidentlərində (Pençevi Bolqarıstana qarşı işi, Şvitsgebel İsveçrəyə qarşı işi, Çbihi Loudoudi və başqaları Belçikaya qarşı işi və s.) təsbit edilmişdir.
31. Məhkəmə hesab edir ki, dəyişən yaşayış minumumuna mütənasib şəkildə alimentin miqdarı da dəyişdirilməlidir. Çünki Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu fonunda müəyyən edilir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək, normal şəraitdə böyütmək hər iki valideynin borcudur.
32. İddiaçı öz tələbində aliment məbləğinin artırılmasını və cavabdehdən hər ay 250 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etsə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, cavabdehin aliment ödədiyi digər övladının olması da nəzərə alınaraq məhkəmə iddia tələbinin qismən təmin edilməsini, yəni cavabdehdən hər ay 250 manat yox, 200 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir.
33. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(011)-6374/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş 103 manat aliment miqdarı artırılaraq hər ay 200 manat sabit pul məbləği Cavabdeh1dən tutularaq İddiaçı ödənilməlidir.
34. İddiaçı alimentin tutulmasını mediasiyaya müraciət edildiyi tarixdən hesablanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, aliment tutulmasının əvvəli Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. (§18) 28 mart 2016-cı il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir (§24).
Məhkəmə xərcləri:
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı alimentin tutulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiymətinə mütənasib olaraq (MPM-in 112.1.3-cü maddəsinə əsasən 200-103=97; 97x12=1164), yəni 31.64 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
1. İddia tələbi qismən təmin edilsin.
2. xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(011)-6374/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq Cavabdeh1 hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin.
3. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın.
4. Cavabdeh1 31,64 manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin.
5. Cavabdeh1 50 manat mediasiya xərci tutularaq İddiaçı verilsin.
6. İddia tələbi qalan hissədə rədd edilsin.
7. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova