Məhkəmə qərarları › İş №2(011)-4310/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4310/2021

02.06.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4310/2021 02.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X14 Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və ailəsinin ünvan 1 ünvanında yerləşən onlara məxsus olan fərdi yaşayış evindən istifadə edilməsi üçün maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X6 ilə 15.10.2004-cü ildə rəsmi nikaha daxil olmuş, bu nikahdan 26.07.2005-ci il təvəllüdlü X11, 30.06.2007-ci il təvəllüdlü X10 və 24.06.2011-ci il təvəllüdlü X7 doğulmuşlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7004/2018 nömrəli, 14.12.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Lakin yenidən 19.12.2019-cu il tarixdə nikaha daxil olmuşlar. X1 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsində yerləşən 26B saylı özbaşına tikiliyə gəlin köçmüçdür. Ona məxsus olan bütün əmlaklar həmin fərdi yaşayış evinə aparılmışdır. Həmin tikilidə demək olar ki, 2004-cü ildən yaşayırdı. Lakin ailə daxilində olan mübahisələrdən sonra cavabdeh şəxslərlə tez-tez qeyd edilən evdə yaşayışla bağlı mübahisələri baş verir və həmin əşyalarından istifadə edə bilmir və yaşayış yeri olmadığından yaşayış üçün ( uşaqlar üçün çox çətin olduğundan) evə ehtiyacı çoxdur. Həmin fərdi yaşayış evində 2004-cü ildən yaşamağını qonşular X8, X13 və həmçinin X9 təsdiq edilə bilər. Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsində yerləşən 26B saylı öz başına tikiliyə istifadə hüquqlarının tanınmasını və həmin mənzilə köçürülmələri barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəməsinin 23.09.2020-ci il tarixli qətnaməsi ilə iddiası, həmçinin, X2 və Cavabdeh2 ona və X3 qarşı “mənzildən çıxarılma tələbinə dair” qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Qətnamə fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi və özbaşına tikinti olması, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X5 övladları ilə birlikdə həmin ünvanda yaşamaları, ilkin iddia üzrə iddiaçıların mübahisəli fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması ilə bağlı, həmçinin, qarşılıqlı iddia üzrə iddiaçılr X2 və Cavabdeh2 cavabdehlərə qarşı mənzildən çıxarılma ilə bağlı iddia irəli sürmək hüquqlarının yaranmamasını nəzərə alıb, istinad olunan hüquq normalarına əsaslanaraq ilk və qarşılıqlı iddia tələbləri əsassız olduğundan təmin edilməməmişdir. Məhkəmənin həmin qətnaməsindən göründüyü kimi həmin fərdi yaşayış yeri qanunsuz olaraq tikildiyindən heç bir tərəfin həmin mənzildə mülkiyyət hüququ və istifadə hüququ tanına bilməz. Belə olan halda hesab edir ki, həm ailəsi, həm də ki, qarşı tərəf olan cavabdehlər həmin ərazidə ya yaşamamalı, yada ki, qarşılıqlı formada yaşamaladırlar. Lakin cavabdeh tərəf hər bir halda onlara maneə yatarmağa cəhd göstərir. Belə ki, hər ikisinə məxsus olan fərdi yaşayış evləri bir həyətdən və bir giriş qapısından ibarətdir. Məhkəmə iclasında İddiaçı k iddia ərizəsinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7004/2018 saylı, 14.12.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı və X1 cavabdehlər X4 və Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair" ilkin, X2 və Cavabdeh2 cavabdehlər İddiaçı və X3 qarşı “mənzildən çıxarılma tələbinə dair” qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə baxı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi, 26B saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Xətai rayonu 66 saylı MKİS-nin 09.04.2021-ci il tarixli, 925 nömrəli arayışından görünür ki, İddiaçıhəyat yoldaşı X6, övladları- 26.07.2005-ci il təvəllüdlü X12, 30.06.2007-ci il təvəllüdlü X10 və 24.06.2011-ci il təvəllüdlü X7 ilə birlikdə Bakı səhəri, Xətai rayonu, Yavər Əliyev küçəsində yerləşən 26B saylı evdə qeydiyyatsız yaşayırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Həmçinin, Azərbaycan Respublikasının MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı ailəsi ilə birlikdə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi, 26B saylı fərdi yaşayış evində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona və ailəsinə maneələr yaratmasının onun hüquqlarını pozduğunu iddia etməsinə baxmayaraq bu barədə iddia ərizəsinə heç sübut təqdim etməmiş, məhkəmə iclasında isə məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması tələbinə dair” iddiası təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar