Məhkəmə qərarları › İş №2(011)-4414/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4414/2020

14.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4414/2020 14.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı “xxxxxxx” X2 Səhmdar Cəmiyyətinin kiçik iddialara dair sadələşdirilmiş icraat barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: “xxxxxxx” Kommersiya Bankı ASC pul tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxxxxx” Kommersiya Bankı ASC-nin xeyrinə 1343.91 manat əsas, 180.76 manat faiz, cəmi 1524.67 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, sadələşdirilmiş icraat qaydasında baxılmasının yolverilməzliyinə görə hazırkı ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddia tələbi kredit müqaviləsi üzrə borc məbləğinin cavabdehdən tutulması barədədir, iddiaçı iddia ərizəsində iddia tələbi kimi 1343.91 manat əsas, 180.76 manat faiz, cəmi 1524.67 manat göstərsə də, iddia ərizəsinə sübut kimi əlavə edilmiş 10497tkNFT/14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc kimi 500 manat məbləğin cavabdehə verilməsi nəzərdə tutulmuş, lakin iddia tələbi üzrə cavabdehin əsas borcu kimi 1343.91 manat məbləğin yaranmasını təsdiq edən hər hansı bir sübut iddia ərizəsinə əlavə olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadığındankiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması barədə ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsiə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268, 284-4-cü maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı “xxxxxxx” X2 X1 Reyhan Sahib qızına qarşı pul tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat barədə iddia ərizəsinin yolverilməzliyə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar