Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4455/2020 17.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı pul tələbinə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı ASAN Xidmət Mərkəzi notariat ofisində 3M-52 reyestr nömrəli xx.xx.2018-ci il tarixli 10000 manat məbləğində və 3M-146 reyestr nömrəli xx.xx.2018-ci il tarixli 30000 manat məbləğində kredit müqavilələri üzrə, cəmi 40000 manat borc məbləğinin qaytarılması, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərindən borcun tam ödənilməsi tarixinə qədər Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə uyğun faizlərin hesablanmaqla ödənilməsi, əldən çıxmış faydaya görə 5000 manat və 2000 manat mənəvi ziyanın Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia tələbi kredit müqaviləsindən irəli gələn pul tələbidir, iddiaçı ünvan 1 ünvanında, Cavabdeh isə ünvan 2i ünvanında pasport qeydiyyatındadır. İddia ərizəsi qanunvericiliyin tələbinə uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğu halda, Xətai Rayon Məhkəməsinə verilmişdir. Məhkəmə, cavabdehin iddia ərizəsində göstərilən poşt ünvanına münasibətdə qeyd edir ki, qanunvericiliyə uyğun olaraq, yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edildiyindən və şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilmədiyindən, cavabdehin iddia ərizəsində faktiki yaşayış yeri kimi göstərilən poşt ünvanı da onun yaşayış yeri kimi nəzərə alına bilməz. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin faktiki yaşadığı yer, mülki iş üzrə ərazi aidiyyətinin Xətai rayon məhkəməsi kimi müəyyən olunması üçün əsas hesab edilmədiyindən, iddia ərizəsinin Xətai Rayon Məhkəməsi tərəfindən icraata götürülərək baxılması da mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikasının qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir və şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. HəminMəcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyətinə əməl olunmadan verildiyindən onun Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək baxılması mümkün deyildir. İddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin151, 152, 263, 264, 266-268 maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4455/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4455/2020
17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver