Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4461/2021 04.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 21.08.2017-ci il tarixli, 184GTGK172330001 saylı kredit müqaviləsi üzrə 3297,85 manat əsas borc, 1181,49 manat faiz borcu olmaqla, cəmi 4479,34 manat borcun, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 02.02.2018-ci il tarixli, **********01944128 saylı kredit kart müqaviləsi üzrə 1298,76 manat əsas borc, 370,49 manat faiz borcu olmaqla, cəmi 1669,25 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 21.08.2017-ci il tarixli, 84GTGK172330001 saylı kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə illik 29.84 faiz dərəcəsi ilə 14000 AZN məbləğində kredit verilmişdir. Cavabdeh2 ilə bank arasında bağlanmış 21.08.2017-ci il tarixli, Z-184GTGK172330001 saylı zaminlik müqaviləsinə əsasən zamin kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02.02.2018-ci il tarixli, **********01944128 saylı kredit kart müqaviləsinə əsasən borcalana 58 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 2000 AZN məbləğində kredit verilmişdir. Cavabdeh3 ilə bank arasında bağlanmış 02.02.2018-ci il tarixli, Z-**********01944128 saylı zaminlik müqaviləsinə əsasən zamin kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Cavabdeh1 21.08.2017-ci il tarixli, 184GTGK172330001 saylı kredit müqaviləsi üzrə 3297,85 manat əsas borc, 1181,49 manat faiz borcu olmaqla, cəmi 4479,34 manat, 02.02.2018-ci il tarixli, **********01944128 saylı kredit kart müqaviləsi üzrə 1298,76 manat əsas borc, 370,49 manat faiz borcu olmaqla, cəmi 1669,25 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı ASC-yə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 verdiyi izahatda həqiqətən də bankla bağlanmış kredit müqavilələri əsasında borc götürdüyünü, hərbi xidmətdə qulluq yoldaşları olan digər cavabdehlərin ona zamin durduqlarını, lakin, maddi vəziyyəti ilə əlaqədar borcunu ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh2 Cavabdeh1 izahatına uyğun izahat verərək maddi vəziyyətləri ilə əlaqədar borcu ödəyə bilmədiklərini göstərdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 21.08.2017-ci il tarixli, 84GTGK172330001 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borc alana 36 ay müddətinə illik 29.84 faiz dərəcəsi ilə 14000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış 21.08.2017-ci il tarixli, Z- 184GTGK172330001 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə icra olunmasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02.02.2018-ci il tarixli, **********01944128 saylı kredit kartı müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borc alana 58 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə zamin Cavabdeh3 arasında bağlanmış 02.02.2018-ci il tarixli, Z- **********01944128 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə icra olunmasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. 29.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 21.08.2017-ci il tarixli, 184GTGK172330001 saylı kredit müqaviləsi üzrə 3297,85 manat əsas borc, 1181,49 manat faiz borcu olmaqla, cəmi 4479,34 manat, 02.02.2018-ci il tarixli, **********01944128 saylı kredit kart müqaviləsi üzrə 1298,76 manat əsas borc, 370,49 manat faiz borcu olmaqla, cəmi 1669,25 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır Məhkəmə iclasında araşdırılan sübutlarla Cavabdeh1 İddiaçı ASC-yə 21.08.2017-ci il tarixli, 184GTGK172330001 saylı kredit müqaviləsi üzrə 3297,85 manat əsas borc, 1181,49 manat faiz borcu olmaqla, cəmi 4479,34 manat, 02.02.2018-ci il tarixli, **********01944128 saylı kredit kart müqaviləsi üzrə 1298,76 manat əsas borc, 370,49 manat faiz borcu olmaqla, cəmi 1669,25 manat borcunun qalması, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zamin qismində kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə icra olunmasına görə məsuliyyəti öz üzərlərinə götürmsi iş materialları ilə təsdiq olunduğundan həmin borc məbləği cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 21.08.2017-ci il tarixli, 184GTGK172330001 saylı kredit müqaviləsi üzrə 3297,85 manat əsas borc, 1181,49 manat faiz borcu olmaqla, cəmi 4479,34 (dörd min dörd yüz yetmiş doqquz manat 34 qəpik) manat borcun, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 02.02.2018-ci il tarixli, **********01944128 saylı kredit kart müqaviləsi üzrə 1298,76 manat əsas borc, 370,49 manat faiz borcu olmaqla, cəmi 1669,25 (bir min altı yüz altmış doqquz manat 25 qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-4461/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4461/2021
04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver