Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4477/2023 01.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhər Ərazi İdarəsinə qarşı “istifadə hüququnun tanınması və çıxaeıçın etibarsız hesab edilməsi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı onun və iki azyaşlı övladının Bakı şəhəri Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 6 saylı evin 6 saylı mənzilinə istifadə hüququnun tanınması və Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 6 saylı evin 6 saylı mənzilinə dair xx.xx.2011-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı Bakı şəhər Ərazi İdarəsini (bu dövlət orqanının adını da düzgün yazmamışdır) cavabdeh kimi qeyd etsə də, sonuncuya qarşı tələbinin nədən ibarət olmasını iddia ərizəsində göstərməmişdir. Əksinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini cavabdeh kimi mülki işə cəlb etməsə də, iddia ərizəsində ona qarşı tələb irəli sürmüşdür. Halbu ki, Mülki Prosessual Məcəlləyə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (MPM-nin 50.1 və 50.3-cü maddəsi). Qeyd edilən müddəlardan da göründüyü kimi, iddia tələbi yalnız cavabdehə qarşı irəli sürülə bilər. Hazırkı iddia ərizəsində isə tələb cavabdehə deyil, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı irəli sürülümüşdür. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 150-152-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-4477/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4477/2023
01.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver