Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4504/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 30.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 579,99 manat əsas borc, 89,95 faiz borcu, kredit müqaviləsi üzrə 30.12.2020-ci il tarixdən 19.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 7.15 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 676,99 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 30 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" İKB ASC-dən illik 25 faizlə 12 ay müddətinə 1000 manat kredit götürmüşdür. 01.05.2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 30.12.2020-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır, 19.03.2021-ci il tarixinədək Cavabdeh banka 30.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 579,99 manat əsas borc, 89,85 manat faiz borcu və kredit müqaviləsi üzrə 30.12.2020-ci il tarixdən 19.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 7.15 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 676,99 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında 30.09.2019-cu il tarixli 11-MY-1-0-2447-19 saylı kredit müqaviləsi imzalanmışdır. Bu müqaviləyə görə Bank borcalana 12 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 1000 manat kredit vəsaiti ayırmışdır. İş materiallarında olan 30.09.2019-cu il tarixli 11-MY-1-0-2447-19 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Bu müqaviləyə görə Bank borcalana 12 ay müddətinə, 0 güzəşt müddəti, aylıq annuitet 104,16 manat olmaqla, illik 25 faiz dərəcəsi ilə 1000 manat kredit vəsaiti ayırmışdır. İş materiallarında olan 30.09.2019-cu il tarixli 11-MY-1-0-2447-19 saylı kredit müqaviləsinə 01.05.2020-ci il tarixli əlavə sazişdən görünür ki, kreditin müddəti 30.12.2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 19.03.2021-ci il tarixə banka 579,99 manat əsas , 89,85 manat faiz borcu, 7,15 manat cərimə borcu olmaqla, cəmi 669,84 manat borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh xəbərdarlıq göndərilməklə onlardan borcun 5 iş günü ərzində ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 30.09.2019-cu il tarixli Kassa məxaric orderindən görünür ki, "xxxx" İKB ASC Cavabdeh 1000 manat kredit ayırmışdır. İş materiallarında olan 02.03.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasənda müəyyən olunmuşdur ki, "xxxx" İKB ASC və Cavabdeh arasında 30.09.2019-cu il tarixli 11-MY-1-0-2447-19 saylı kredit müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh illik 25 faiz dərəcəsi ilə 12 ay müddətinə 1000 manat məbləğində kredit vəsaiti ayrılmış, 01.05.2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 30.12.2020-ci il tarixədək uzadılmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməmiş, borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdarlıq edilsə də həmin borc məbləği hazırkı vaxta qədər ödənilməmişdir. Hazırda banka olan ödənilməmiş borc məbləği 579,99 manat əsas borc, 89,95 faiz borcu, kredit müqaviləsi üzrə 30.12.2020-ci il tarixdən 19.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 7.15 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 676,99 manat təşkil edir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 579,99 manat əsas borc, 89,85 manat faiz borcu və kredit müqaviləsi üzrə 30.12.2020-ci il tarixdən 19.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 7.15 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 676,99 manat tutularaq Yelo Bank ASC-yə ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehlərin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, dövlət rüsumu kimi ödənilmiş 30 manat cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə əsasən, iddianın qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 30.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 579,99 manat əsas borc, 89,95 faiz borcu, kredit müqaviləsi üzrə 30.12.2020-ci il tarixdən 19.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 7.15 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 676 (altı yüz yetmiş altı) manat 99 (doxsan doqquz) qəpik borc və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4504/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4504/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver