Məhkəmə qərarları › İş №2(011)-4512/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4512/2021

24.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4512/2021 24.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarınının artırılması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-327/16 saylı, 18.01.2016-cı il tarixli qətnaməsi ilə təyin edilmiş 117 manat alimentin dəyişdirilərək hər ay 175 manat sabit pul məbləğində təyin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında N.A. İsazadə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdehlə birgə nikahından 15.06.2014-cü il təvəllüdlü X6 anadan olmuşdur. Cavabdehlə olan nikahları məhkəmə qaydasında pozulmuşdur. Məhkəmə qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hal-hazırda uşağın saxlanması üçün maddi cəhətdən tələbat artmışdır, uşağın xərcləri çoxalmışdır. Eyni zamanda Azərbaycan Respublikası “Yaşayış minimumu haqqında” Qanunun tələblərinə uyğun olaraq 2021-ci il üçün yaşayış minimumu 175 manat müəyyən edildiyindən cavabdehin ödədiyi alimentin artırılaraq 175 manat olmasını istəyir. Sonda N.A. İsazadə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh N.B. Allahverdiyev izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir, belə ki hal-hazırda fəhlə işləyir, gəliri azdır və bu səbəblə də alimentin artırılması ilə razı deyil, hətta 117 manat alimenti də ödəməkdə çətinlik çəkir, indi də ödənilməmiş aliment məbləği yığılmışdır, iş yerində yıxılmış və xəsarət almışdır, sağalması üçün 1 il müddət keçmiş və bu müddət ərzində də işsiz qalmışdır. Sonda N.B. Allahverdiyev qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-327/2016 saylı 18.01.2016-cı il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X3 arasında 17.10.2013cü il tarixdə 2 saylı bakı ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən bağlanmış 645 saylı nikahın pozulması, birgə nikahdan olan 15.06.2014-cü il təvəllüdlü X4 anası X1 yanında saxlanması, 11.01.2016-cı il tarixdən hesablanmaqla Cavabdeh 15.06.2014-cü il təvəllüdlü X4 18 yaşına çatanadək saxlanması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması, 11.01.2016-cı il tarixdən hesablanmaqla Cavabdeh 15.06.2014-cü il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay 50 manat pulun X1 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 117659 saylı doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X6 15.06.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, onun atası Cavabdeh, anası X2r. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında nikah pozulmuş, birgə nikahdan 15.06.2014-cü il təvəllüdlü X6 adlı bir övladları doğulmuşdur, tərəflər arasındakı nikah pozulduqdan sonra uşaq iddiaçının yanında saxlanılmış və hal-hazırda da onun yanındadır, məhkəmə qətnaməsi ilə hər ay 117 manat sabit pul məbləğində alimentin N.B. Allahverdiyevdən tutularaq N.A. Allahverdiyevaya ödənilməsi qət edilmişdir, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş hər ay 117 manat miqdarında aliment məbləği bu məqsədlə yetərli deyil və aliment məbləğinin artırılması tələbi uşağın əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-327/2016 saylı 18.01.2016-cı il tarixli qətnaməsi əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, tərəflərin maddi və ailə vəziyyətini, uşaqlar üçün yaşayış minimumunu, uşağın yaş həddini, onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, nəzərə alaraq cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-сi il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat təşkil edir. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 15.06.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu 500 manatdan çox olduğundan, həmçinin aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-327/2016 saylı 18.01.2016-cı il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 15.06.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar