Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4533/2022 21.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X1, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin məcəllənin 31.1-ci maddəsi müəyyən edir ki, aidiyyat qaydalarının pozulmasına yol verilmir. İddiaçı ərizəsində cavabdeh qismində Bakı şəhəri, M.Rüstəmov küçəsi, mənzil 25-də yaşayan Cavabdeh göstərmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, M.Rüstəmov küçəsi, mənzil 25-də yaşayan şəxs Cavabdeh Nəciməddin qızıdır. Ərizəyə cavabdehin şəxsiyyətini və qeydiyyat ünvanını təsdiq edən sənəd əlavə edilmədiyinə görə cavabdehin şəxsiyyətini və qeydiyyat ünvanını müəyyən etmək mümkün deyil. Mülki-prosessual qanunvericiliyin tələbinə görə yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmakının olduğu yerə görə və ya məlum olan axırıncı yerinə görə verilə bilər. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin poçt ünvanları göstərilməlidir. Hesab edirəm ki, nəzərə alaraq ki, cavabdehin şəxsiyyətinin dəqiq müəyyən edilməsi, cavabdehin qeydiyyatda olduğu ünvan mübahisənin ərazi aidiyyətinin müəyyən edilməsi, habelə mülki işin baxışı zamanı çəkişmə prinsipinə riayət olunmasını təmin etmək məqsədilə cavabdehə məhkəmə bildirişlərinin çatdırılması üçün mühüm əhəmiyyət kəsb edir, eyni zamanda nəzərə alaraq ki, iddiaçı cavabdehin ünvanının müəyyənləşdirilməsi ilə bağlı müvafiq orqanlara müraciət etməsi və lazım olan məlumatın əldə edə bilməməsi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir, hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən edilmiş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4533/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4533/2022
21.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver