Məhkəmə qərarları › İş №2(011)-4539/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4539/2024

07.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4539/2024 07.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimenin artırılmasıt” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu i! təvəlüdlü X5 yetkinlik yaşma çatana qədər saxlanması üçün tutulan alimentin miqadarı dəyişdirilərək, Cavabdehdan hər uşağa, hər ay 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin və mediasiya üçün ödədiyim 50 manatın Cavabdehdan tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, məhkəmə qətnamələri ilə Cavabdehdan xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəlüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 260 manat sabit pul məbləğində aliment tutulması qət olunmuşdur. Həmin qətnamələr qanuni qüvvəsini almış və icra vərəqəsi icra olunması üçün adiyyəti üzrə icra şöbəsiə göndərilmişdir. Lakin həmin qətnamələrin qəbul edilməsindən sonra keçən müddət ərzində ərzaq və digər məhsulların qiyməti artmış, yaşam xərcləri pahalaşmış, uşaqlar böyüdüyü üçün onların tələbatları da artımışdır, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşaqların saxlanması üçün kifayət deyil, uşaqları o, saxladığında görə əlavə xərcləri, məsrəfləri də çox olur, özü klinikada işləyir və 800 manat alır, cavabdeh anca uşaqlar üçün 260 manat aliment ödəməklə borcunu yerinə yetirmiş hesab edir özünü, böyük qızı üçün aliment ödəmir, lakin onun da tələbatları var, təhsil alır, onun xərclərini ana olaraq özü qarşılayır, cavabdeh bununla bağlı heç bir köməklik göstərmir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, maddi vəziyyəti pisdir, DİN-də işləyir, indi 736 manat maaş alır, atası ilə kirayədə qalır, hazırda hər ay 260 (160+100) manat məbləğində alimnet ödəyir, əvvəl əlavə olaraq 160 manat da ödəyib böyük qızı üçün, subaydır, Siyəzəndə kirayədə qalır, rayonda polis idarəsində sahə rəisi işləyir, 420 maant məbləğində aliment ödəməyə razıdır. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 2(011)-3551/2019 saylı qətnaməsi ilə X2 Cavabdeh qarşı «nikahın pozulması» tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış nikah pozulmuş, boşanmadan sonra xx.xx.2004-cü il təvəllüdlü Fatimə və xx.xx.2007-ci il təvəllüdlü Leyla anaları X2 yanında qalmaları müəyyən edilmiş, Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2004-cü il təvəllüdlü Fatimənin və xx.xx.2007-ci il təvəllüdlü Leylanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 verilməsi, alimentin tutulmasına 07 mart 2019-cu il tarixdən başlanması, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq Dövlət büdcəsinə ödənilməsi qət edilmiş, qətnamənin alimentin tutulmasına dair hissədə dərhal icra edilməsi barədə göstəriş verilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli 2(006)-4749/2019 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdehlər X3, X1, Cavabdeh, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə, Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ailə, Qadın və X18 Dövlət Komitəsinə qarşı «övladlığa götürmənin ləğv edilməsi və uşağın doğum akt qeydində dəyişikliklər edilməsi» tələbinə dair iddiası təmin edilmiş, 13 may 2010-cu il təvəllüdlü X7 barədə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə tərtib edilmiş 26 nömrəli övladlığa götürmə haqqında akt qeydi ləğv edilmiş və bunun əsasında verilmiş AZ-İ seriyalı 011918 nömrəli övladlığa götürmə haqqında şəhadətnamə etibarsız hesab edilmiş, həmin şəxs barəsində xx.xx.2010-cu il tarixdə 1147 nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydində övladlığa götürmə barədə məlumatlar ləğv edilməklə, ilkin məlumatlar bərpa edilmiş və doğum haqqında yeni şəhadətnamə verilməsi Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilmiş, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-6981/2020 saylı qətnaməsi ilə 13 may 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan 4 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞB/4-2024-00198 saylı Arayışdan görünür ki, İddiaçı mediasiya prosesində iştirak edərək 50 manat mediasiya xərci və 10 manat poçt xərcini ödəmiş, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində işləyir, əmək haqqı 900 manatdır. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh adına Qusar rayonu, Cibir kəndində yerləşən torpaq sahəsi vardır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olmuşdur ki, tərəflər arasında bağlanmış nikah pozulmuşdur, tərəflərin birgə nikahdan xx.xx.2004-cü il təvəllüdlü X8 adlı yetkinlik yaşına çatmış bir, xx.xx.2007-ci il təvəllüdlü X9 və 13 may 2010-cu il təvəllüdlü X10 adlı yetkinlik yaşına çatmayan iki uşaqları vardır, uşaq hal-hazırda da iddiaçının yanındadır, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 2(011)- 3551/2019 saylı qətnaməsinə əsasən, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-6981/2020 saylı qətnaməsi ilə 13 may 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat aliment məbləğinin tutulması qət edilmişdir, iddiaçı hazırda səhiyyə müəssisəsində direktor vəzifəsində işləməklə 900 manat məbləğində əmək haqqı alır, cavabdeh isə DİN əməkdaşı olmaqla 736 manat maaş aldığını deyir, onun mülkiyyətində bir ədəd daşınmaz əmlak (torpaq sahəsi) vardır, cavabdeh iddia tələbini qismən (cəmi 420 manat həcmində) qəbul edir, əvvəlki məhkəmə qətnamələri ilə müəyyən edilmiş aliment məbləği uşağın saxlanması məqsədi ilə yetərli deyil və aliment məbləğinin artırılması tələbi uşağın əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətlərinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideynlərin, o cümlədən cavabdehin vəzifəsidir, bu məqsədlə də uşağın valideynlərdən birinin - ananın yanında saxlanması ona qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin daha çox onun üzərinə düşməsi, digər valideynin belə məsuliyyətini istisna etməməklə, alternativ olaraq saxlanma xərclərinin həddinin yaşayış minimumuna görə müəyyən edilməsinə əsas ola bilər. Bundan əlavə, birgə nikahdan olan uşaqların saxlanılması üçün əvvəl aliment təyin olunduqdan sonra uşaqlar üçün yaşayış minimumu iki dəfədən çox artmış, illik inflyasiyalar gündəlik tələbat olunan digər məhsulların dəyəri də bir neçə dəfə artmışdır. Qeyd edilən hallar iddiaçının maddi vəziyyətini ağırlaşdırmış, cavabdeh tərəfindən ödənilən aliment ilə uşaqların əvvəlki kimi tələbatlarını ödəməyə kifayət etmir. Məhkəmə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 2(011)- 3551/2019 saylı qətnaməsi (xx.xx.2007-ci il təvəllüdlü X9 üçün) və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-6981/2020 saylı qətnaməsi (xx.xx.2010-cu il təvəllüdlü X10 üçün) əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərkən, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, təhsilini, mənafelərinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, onların saxlanmasına cəlb edilməli olan şəxsin qadın olmasını, həmçinin yetkinlik yaşına çatmış uşağında onunla yaşamasını, cavabdehin işləməsini və adına əmlakın olmasının, alimentin uzun müddət ərzində artırlmadığını, 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimunun məbləğini, alimentin sabit pul məbləğində tutulması barədə iddiaçının xahişini nəzərə alaraq, cavabdehdən hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndinə əsasən, uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir....Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx.xx.2023-cü il tarixli Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 2(011)-3551/2019 saylı qətnaməsi və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-6981/2020 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, cavabdehdən hər ay uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat məbləğində aliment tutularaq iddiaçının xeyrinə ödənilməlidir Məhkəmə, məhkəmə xərclərinin kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu nəzərə alınmaqla, cavabdehdən 76,40 manat məbləğində dövlət rüsumu dövlət mədaxilinə alınmalı, eyni zamanda iddiaçı tərəfindən mediasiya xərci kimi ödənmiş 50 manat cavabdehdən alınaraq iddiçıya ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 2(011)-3551/2019 saylı qətnaməsi və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)- 6981/2020 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləği tutularaq İddiaçı ödənilsin. Cavabdeh 76 (yetmiş altı) manat 40 (iyirmi) qəpik dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar