Məhkəmə qərarları › İş №2(011)-4557/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4557/2022

25.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4557/2022 25.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə 24 aprel 2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından qızları 20 yanvar 2006-cı il təvəllüdlü X4 və 04 avqust 2013-cü il təvəllüdlü X5 anadan olmuşdur. Aralarındakı nikahın pozulması 27 fevral 2019-cu il tarixdə Xətai rayonu Qeydiyyat şöbəsi tərəfindən 105 saylı qeydə alınmış və bu barədə AZ-İ № 319564 seriyalı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-l2384/2017 saylı 25 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova) birgə nikahlarından olan 20 yanvar 2006-cı il təvəllüdlü X4 və 04 avqust 2013-cü il təvəllüdlü X3rının yetkinlik yaşına çalana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 154 manat, cəmi 308 manat məbləğində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Əhalinin əsas sosialdemoqrafik qrupları üzrə yaşayış minimumunun artılması ilə əlaqədar onun iddiası əsasında Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2142/2020 saylı 10 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev) birgə nikahlarından olan 20 yanvar 2006-cı il təvəllüdlü X1 və 04 avqust 2013-cü il təvəllüdlü X3rının yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat məbləğində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat aliment ödəməklə valideynlik borcunu yerinə yetirmiş hesab edir. Cavabdeh bir ata kimi övladlarına tam maddi köməklik etmir, uşaqlarına tam laqeyd münasibət göstərir, azyaşlı uşaqlarının müqəddaratı, sağlamlığı, məişət ehtiyaclarının ödənilməsi ilə heç vaxt maraqlanmır. Uşaqlar artıq elə bir yaş dövrünə çatmışdır ki, onlara adi məişət ehtiyaclarının (geyim, qida, səhiyyə, təhsil və s.) ödənilməsinə ayda ən azı hər uşağa 350-400 manat pul lazımdır. Məhkəmə tərəfindən uşaqların saxlanması üçün təyin edilmiş aliment uşaqların ehtiyaclarını ödəmir. Həyat səviyyəsinin dəyişməsi ilə əlaqədar qiymətlər də artdığı üçün qətnamə üzrə müəyyən edilmiş aliment uşaqların saxlanılması üçün kifayət etmir. Ona görə də həmin aliment məbləğinin artırılması zərurəti yaranmışdır. Cavabdeh hazırda Rusiya Federasiyasında yaşayır və özünün dediyinə görə aylıq qazancı yüksəkdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2142/2020 saylı, 10 mart 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh 20 yanvar 2006-cı il təvəllüdlü X1 və 04 avqust 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixindən hesablanaraq hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin və ilkin mediasiya üçün ödənilmiş 50 (əlli) manatın yarısına yəni 25 (iyirmi beş) manatın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası barədə İddiaçı və Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar hazırki məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin iddiaçı məhkəməyə teleqramla müraciət edərək, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmə iclasının iştirakının olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2142/2020 saylı, 10 mart 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli, 2(011)-7165/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilmiş, Cavabdeh 20 yanvar 2006-cı il təvəllüdlü X1 və 04 avqust 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimi xent ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edilmiş qanunvericilik normaları və işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğu üçün iddia təmin edilməli və Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2142/2020 saylı, 10 mart 2020ci il tarixli qətnaməsinə əsasən 20 yanvar 2006-cı il təvəllüdlü X1 və 04 avqust 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında Plenum qeyd etmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2142/2020 saylı, 10 mart 2020ci il tarixli qətnaməsinə əsasən 20 yanvar 2006-cı il təvəllüdlü X1 və 04 avqust 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci iddiaçının xeyrinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar