Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4562/2022 26.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5960/2018 saylı, 09 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 onun xeyrinə 27 dekabr 2008-ci ildə anadan olmuş qızları X1 üçün hər ay 200 manat miqdarında alimentin tutulması qət edilmişdir. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı ilə müqayisədə hal-hazırda ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu artaraq, hazırki vaxt 193 manat təşkil edir. Habelə qızlarının məktəbə getməsi, tədrisi üçün məktəb geyimi, ləvazimatı və əlavə məktəbdənkar təhsil almaq üçün əlavə xərclər tələb edildiyindən, cavabdehin ödədiyi alimentlə onun qazancı hazırki dövrdə bütün xərcləri ödəməyə imkan vermədiyindən alimentin miqdarının artırılmasına ehtiyacı vardır. İddiaçı iddia ərizəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5960/2018 saylı, 09 iyul 2018-ci il tarixli qətnaməsini dəyişərək Cavabdeh1 onun xeyrinə 27 dekabr 2008-ci ildə anadan olmuş övladları X1 üçün tutulan alimentin miqdarının 200 manat məbləğində artıraraq bu barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh1 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5960/2018 saylı 09 iyul 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 Cavabdeh1 qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(011)-4239/2010 saylı qətnaməsi ilə 27 dekabr 2008-ci il təvəllüdlü X2 üçün Cavabdeh1 tutulan alimentin miqdarı artırılaraq hər ay 154 manat alimentin X3 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 116637 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və X5 arasında olan nikah ləğv edilmişdir. İş materiallarında olan 20 saylı şəhər Poliklinikası tərəfindən verilmiş arayışdan görünür ki, 1981-ci il təvəllüdlü Cavabdeh1 həmin poliklinikada müayinədən keçmiş və ona “şizofreniya paranoid forma” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin mübahisələndirilməyən vəzifəsinin icrası ilə bağlı olsa da, cavabdehin qazancı nəzərə alınaraq qismən təmin edilməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5960/2018 saylı 09 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq, Cavabdeh1 27 dekabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment iddiaçı Yusifova (Əliyeva) Mehparə Nemət qızının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5960/2018 saylı 09 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin məbləği artırılaraq, Cavabdeh1 27 dekabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment iddiaçı Yusifova (Əliyeva) Mehparə Nemət qızının xeyrinə ödənilsin. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh1 20 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4562/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4562/2022
26.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver