Məhkəmə qərarları › İş №2(011)-4563/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4563/2020

20.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4563/2020 20.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 aldatma yolu ilə etibarnamə əsasında ondan aldığı “Mercedes Benc” C 220 SDİ markalı, 99LC371 dövlət qeydiyyat nişanlı minik avtomobilin geri alınıb ona qaytarılması və yaxud həmin avtomobil sıradan çıxmışsa, yaxud hədsiz köhnəldilərək ayrı-ayrı hissələri sökülmüşsə, keyfiyyətsizi ilə əvəzlənmişsə həmin maşına görə X1 ödədiyi 11500 manat pul məbləğinin, eləcə də həmin maşını alarkən ödədiyi dövlət rüsumları, yollara xərclədiyi cəmi 500 manat pul məbləğinin ona ödənilməsi, Cavabdeh1, Cavabdeh2 5000 manat məbləğində pulun mənəvi zərərin, həmçinin dövlət rüsumu kimi tərəfindən ödənilmiş 30 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində Cavabdeh1 “aldatma yolu ilə etibarnamə əsasında ondan aldığı “Mercedes Benc” C 220 SDİ markalı, 99LC371 dövlət qeydiyyat nişanlı minik avtomobilin geri alınıb ona qaytarılması”, “yaxud həmin avtomobil sıradan çıxmışsa, yaxud hədsiz köhnəldilərək ayrı-ayrı hissələri sökülmüşsə, keyfiyyətsizi ilə əvəzlənmişsə həmin maşına görə digər cavabdeh X1 ödənilmiş 11500 manat pul məbləğinin və digər çəkilmiş xərclərin alınaraq ona ödənilməsi”, həmçinin “Cavabdeh1, Cavabdeh2 5000 manat məbləğində pulun mənəvi zərərin, həmçinin dövlət rüsumu kimi tərəfindən ödənilmiş 30 manat məbləğində pulun alınıb ona ödənilməsi” kimi bir-biri ilə əlaqədar olmayan ayrı-ayrı tələblər göstərmişdir, həmçinin həmin tələblər bir-biri ilə əlaqədar olmayan cavabdehlər X2 və Cavabdeh1 qarşı yönəlməklə bir iddia ərizəsində birləşdirilmişdir. Başqa sözlə, iddiaçı iddia tələbində bir tərəfdən Cavabdeh1 avtomobilin geri alıanaraq ona qaytarılmasını xahiş etmiş, digər tərəfdən başqa cavabdeh A.V.Kərimovdan həmin avtomobil sıradan çıxdığı, yaxud hədsiz köhnəldilərək ayrı-ayrı hissələri söküldüyü, keyfiyyətsizi ilə əvəzləşdiyi halda avtomobilə görə ödənilmiş 11500 manat pul məbləğinin və digər çəkilmiş xərclərin alınmasını xahiş etmiş, bundan başqa iddia tələbində Cavabdeh2a dəymiş maddi və mənəvi ziyanın ödənilmə nəzərdə tutulsa da, həmin tələbin yönəldiyi cavabdeh şəxs göstərilməmişdir. Həmçinin İddiaçı eyni tələblə, eyni cavabdehlərə qarşı, eyni əsaslarla iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmiş, məhkəmənin 2(011)-2927/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, qərardaddan şikayət verilmədiyindən qanuni qüvvəsini almışdır. Lakin iddiaçı həmin qərardadda göstərilən nöqsanları aradan qaldırmadan təkrarən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılıır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı X2 və Cavabdeh1 qarşı aldatma yolu ilə əldən çıxarılaraq özgəyə satılmış avtomobilin geri alınması və s. tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar