Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-46/2021 29.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi K.X3 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdeh Əskərova (Şirinova) Nigar Aydın qızına qarşı “borcun tutulmasına” dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əskərova (Şirinova) Nigar Aydın qızından ödənilməmiş 4747.04 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 174.86 manat faiz, müqaviləin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 762,96 manat, ümumilikdə 8383,65 manat məbləğində kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ü.E.K.Səfərli iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Əskərova (Şirinova) Nigar Aydın qızı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 217ALNW130920001 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə 16000 manat məbləğində kredit verilmişdir, Əskərova (Şirinova) Nigar Aydın qızı tərəfindən LPO İddiaçı ASC-dən kredit götürülməsinə baxmayaraq, müştərinin sənədləri filial tərəfindən LPO İddiaçı ASC-nin PKHTD-ə təhvil verilməmiş, bu barədə filiala müraciət edildikdə isə sənədlərin naməlum səbəbdən itirildiyi bildirilmişdir, iddia ərizəsinə əlavə edilmiş məxaric orderi və maliyyə arayışından cavabehə 16000 manat məbləğində kreditin verilməsi müəyyən edilmişdir, lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir, kredit müqailəsinə əsasən borcalan müqaviləyə uyğun olaraq krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanmış faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür, kredit müqaviləsinə əsasən borc alan tərəfindən müqavilə ilə müəyyən olunmuş məbləğ və ona hesablanmış faizlər hər ayın müvafiq günü tam şəkildə ödənilməlidir, eyni zamanda kredit müqaviləsinə əsasən müvafiq olaraq göstərilir ki, borc alanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişdir, belə ki, borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş vaxt üçün faizlər də hesablanmaqla ümumi məbləğin müvafiq hissəsində dəbbə pulu ödəməlidir, kredit müqaviləsinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır, kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etməmişdir, kredit müqaviləsinin şərtlərini kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə, o cümlədən xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir, bu səbəbdən də borcalanın xx.xx.2019-cu il tarixinədək LPO İddiaçı ASC-yə ödənilməmiş 4747.04 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 174.86 manat faiz, müqaviləin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 762,96 manat, ümumilikdə 8383,65 manat məbləğində kredit borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh bu borcu ödəməkdən imtina edir. Sonda Ü.E.K.Səfərli iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********652 saylı maliyyə arayışından görünür ki, Əskərova (Şirinova) Nigar Aydın qızının banka xx.xx.2019-cu il tarixinə 4747.04 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 174.86 manat faiz, müqaviləin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 762,96 manat, ümumilikdə 8383,65 manat məbləğində kredit borcu var. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, xx-xx/1777-17 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, X2 yaranmış borcun ödənilməsi tələb olunmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında, tərəflər arasında hər hansı bir kredit müqaviləsinin olmasını, borcun müqavilə öhdəliklərinə görə yaranmasını, borc məbləğinin ödənilməsi barədə cavabdehin xəbərdar olunması halları müəyyən olunmadı. Məhkəmə, iddia tələbi üzrə əsas borc məbləğinə münasibətdə hesab edir ki, bu, sübutetmə yükü ilə bağlıdır və iddiaçı buna dair sübutetmə vəzifəsi daşıyır, lakin o, cavabdehin müqavilə öhdəliklərinə, o cümlədən borcunun olmasını təsdiq edən hallara dair sübutları iş materiallarına əlavə etmədiyindən və belə hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, əsas borc məbləği üzrə iddia tələbi təmin edilə bilməz. Məhkəmə, həmçinin hesab edir ki, əsas tələb təmin edilmədiyindən, iddia tələbi qalan hissədə də təmin edilməməlidir. Məhkəmə, maliyyə arayışına münasibətdə hesab edir ki, həmin sənəd rəsmi maliyyə sənədi olmamaqla, iddiaçının iddia tələbi üzrə dəlillərinin birtərəfli qaydada yazılı ifadəsidir ki, bu da iddia tələbinin təmin edilməsi üçün yetərli deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair xx xxxxxx 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) Əskərova (Şirinova) Nigar Aydın qızına qarşı, cavabdeh Əskərova (Şirinova) Nigar Aydın qızından ödənilməmiş 4747.04 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 174.86 manat faiz, müqaviləin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 762,96 manat, ümumilikdə 8383,65 manat məbləğində kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. İddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) Əskərova (Şirinova) Nigar Aydın qızına qarşı, “cavabdeh Əskərova (Şirinova) Nigar Aydın qızından ödənilməmiş 4747.04 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 174.86 manat faiz, müqaviləin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 762,96 manat, ümumilikdə 8383,65 manat məbləğində kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi barədə” iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-46/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-46/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver