Məhkəmə qərarları › İş №2(011)-4610/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4610/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4610/2021 10.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 30000 manat əsas borc, 500 manat və 125 manat faiz borcu olmaqla, cəmi 30625 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bir müddət qonşu olmuşdur. Bir neçə il əvvəl cavabdeh ailəsi ilə başqa ünvana köçmüşdür. 2020-ci ilin sonunda cavabdeh anasının xəstə olması, Türkiyədə əməliyyat olunması və uzunmüddətli müalicə olunması üçün təcili 30000 manat vəsaitin borc verilməsi ilə bağlı ona müraciət etmiş, yaxın qohumlarının köməyi ilə qısa müddətdə bu borcu qaytaracağına söz vermişdir. Tərəfindən cavabdehlə 22.12.2020-ci il tarixdə Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzində 30000 manat borcun faizsiz verilməsi barədə kredit müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən cavabdeh bu məbləği 10.01.2021 tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Müqavilədə qeyd olunan müddət tamam olduqdan sonra cavabdehlə keçirilmiş görüş zamanı o, yaxın vaxtlarda borcu qaytaracağına söz vermişdir. Lakin ötən müddətdə cavabdehlə dəfələrlə keçirilmiş görüşləri zamanı borcun qaytarılması ondan tələb edilmiş, o müxtəlif bəhanələrlə kredit müqaviləsi ilə bağlı öhdəliyini yerinə yetirməkdən boyun qaçırmışdır. Cavabdeh 30000 manat məbləği 4 ay ödəmədiyindən, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, ona 30000x(5/12)x4)/100= 500 manat məbləğində faiz borcu da əsas borc məbləğinin üzərinə gəlinərək ödəməlidir. Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən 31.01.2020-ci il tarixdən illik bank uçot faiz dərəcəsi 7.25% olaraq müəyyən edilmişdir. Göründüyü kimi, cavabdehin təqsirindən ona məxsus 30000 manat pul vəsaiti qanunsuz olaraq saxlamaqdadır. Ona görə də hesab edir ki, 7.25%/12 = 0.6% aylıq olmaqla, 10.01.2021-ci ildən başlayaraq 30000 manat məbləğində borcun 4 4 aylıq gecikmə müddəti nəzərə alınaraq hesablanan gecikmə faizlərinin miqdarı 0.6%x4=2.4% olacaqdır və 30000x2.4%/100 = 125 manat faiz borcu da əsas borc məbləğinin üzərinə gəlinərək ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 22.12.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 10.01.2021-ci il tarixinədək qaytarmaq şərti ilə 30000 manat məbləğində pul borc vermiş, cavabdeh həmin pulu qəbul etmiş və müəyyən edilmiş müddətdə həmin borcu qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 3M-428 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməs orclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, işin məhkəmədə araşdırılmış halları ilə iş üzrə Cavabdeh İddiaçı 798820 manat məbləğində pulu borc verməsi, həmin borc məbləğinin müəyyən olunmuş müddətdə borcalan tərəfindən qaytarılmaması təsdiq edildiyindən iddia tələbi 30000 manat borcun qaytarılması hissəsində təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi borcun gecikdirilməsinə görə 500 manatın cavabdehdən tutulması hissəsində də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən 30000 manat məbləğində borcun qaytarılmaması müddəti 4 ay təşkil etdiyinə görə, həmin borcun illik 5% olmaqla 4 aylıq məbləği, yəni, 500 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Bununla yanaşı, iddia tələbinin 125 manat faiz borcunun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə əlavə hüququ yaranır”. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 30000 manat əsas borc, illik 5%-lə hesablanmış 500 manat olmaqla cəmi 30500 (otuz min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar