Məhkəmə qərarları › İş №2(011)-4611/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4611/2020

21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4611/2020 21.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı “xxxxxxxxxxxxxxx” MMC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxxxxx” MMC məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2235 saylı nisyə alqı-satqı müqaviləsinin xitam olunması, “Hyundai Sonata” minik markalı, buraxılış ili 2006-cı il olan, KHMHET41VP6A202074 şassi nömrəli, qara rəngli, ** PV *** dövlət qeydiyyat nömrəli minik avtomobilin iddiaçı “xxxxxxxxxx” MMC-ə geri qaytarılması, 19.231,00 (on doqquz min iki yüz otuz bir manat) əsas borc pulun, 12.500,00 (on iki min beş yüz) manat məbləğində icarə haqqının, 4.100,00 (dörd min yüz) manat məbləğində cərimə pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək formada “xxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia tələbi tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsindən irəli gələn mübahisədir, iddiaçı iddia ərizəsində Cavabdeh2 ünvanını ünvan 1 Cavabdeh1 ünvanını isə ünvan 2 İddiaçı ərizədə tərəflər arasında bağlanmış 2235 saylı xx.xx.2019-cu il tarixli müqavilənin 11.4-cü bəndinə istinad etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsaslanaraq, ərazi aidiyyəti üzrə mübahisənin Xətai rayon Məhkəməsində baxılması barədə razılığa gəldiklərini bildirmişdir. Lakin iş materiallarına əlavə edilmiş 2235 saylı, xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, həmin müqavilənin 11.4-cü maddəsi, “şərtlərlə bağlı mübahisəli hallar yarandıqda məsələnin həllinə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmasına“ dair, həmin müqavilənin 11.3-cü bəndinə görə isə müqavilədəki şərtlərin “Alıcı” tərəfindən yerinə yetirilməməsi nəticəsində “Satıcı” birtərəfli qaydada müqaviləni ləğv edərək avtomaşını qeyd şərtsiz geri almasının mübahisə predmeti olmaması barədə razılığa gəlmişlər. Başqa sözlə desək, tərəflər arasında mübahisə, müqavilə və onda nəzərdə tutulmuş şərtlərlə bağlı olmamaqla, “alqı-satqı müqaviləsinin xitam olunması, avtomobilin geri qaytarılması və pul tələbi” barədə olmaqla müqavilə öhdəliklərindən irəli gələn mübahisədir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı eyni iddia ərizəsi ilə əvvəllər də məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-3660/2020 saylı qərardadı ilə eyni əsaslarla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, qərardaddan şikayət verilmədiyindən qanuni qüvvəsini almışdır. İddiaçı tərəfindən qərardadda göstərilənlər nəzərə alınmadan eyni məzmunlu iddia ərizəsi ilə təkrar Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi, qanunvericiliyə uyğun olaraq, iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması əsası ilə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən saziş o zaman ola bilər ki, o, müəyyən məhkəmə işinə və ya mübahisəsinə əsaslanmış olsun. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Cavabdeh1 ilə iddiaçı “xxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2235 saylı nisyə alqı-satqı müqaviləsinin xitam olunması, “Hyundai Sonata” markalı, buraxılış ili 2006-cı il olan, KHMHET41VP6A202074 şassi nömrəli, qara rəngli, ** PV *** dövlət qeydiyyat nömrəli minik avtomobilin iddiaçı “xxxxxxxxxxxxxxx” MMC-yə geri qaytarılması, 19.231,00 (on doqquz min iki yüz otuz bir manat) əsas borc pulun, 12.500,00 (on iki min beş yüz) manat məbləğində icarə haqqın, 4.100,00 (dörd min yüz) manat məbləğində cərimə pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək formada “xxxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə tutulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar