Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4618/2023 26.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh 5500 manat pulun və 75 manat dövlət rüsumunu ondan alınaraq iddiaçıya verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2006-ci ilda X3 ilə rəsmi nikaha daxil olub, ailə qurmuş, birgə nikahdan 2 övladları var. Cavabdeh Eyyub oğlu onun qaynatasının əmisi oğludur.Şabanla əvvəllər münasibətləri normal olmuşdur. Şabanın tibb sahəsində tanışları olmuşdur. Belə ki, Şaban dəfələrlə xəstəxanada qohumlarının müalicəsi bağlı yaranmış problemləri həll etmişdir. Özü ikinci qrup əlildir. 2021-ci ilin mart ayında əlilliklə bağlı təkrar komissiyadan keçməli olmuşdur. Bu sahədə bəzi problemlarin yarandığını bilib Şabanla telefon vasitəsi ilə əlaqə saxlayaraq onun əlilliklə bağlı təqaüd almaq üçün təkrar komissiyadan keçməyinə köməklik etməsini Şabandan xahiş etmişdir. Şaban da onu inandıraraq tanişların vasitəsi ilə həll edəcəyini bildirmişdir. Bir neça gün sonra Şaban Mingəçevir şəhərinə gəlmiş, onun Mingəçevir şəhərində yerləşən evində qonaq olarkan təqaüdlə bağlı təkrar komissiyadan keçib yenidən təqaüd almağına köməklik etmək üçün ondan 3000 manat məbləğdə pul istəmişdir. Həmçinin bildirmişdir ki, pulun 300 manatını əvvəlcədən ona verməlidir. Ertəsi gün onlar birlikdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına getmişlar. Orada Şaban xəstəxananın inzibati binasina daxil olub çıxdıqdan sonra həkimlərə vermak üçün ondan 300 manat pul istəmiş, о da həmin pulu Şabana vermişdir. Sonra Şaban xəstəxanaya girib bayıra çıxaraq problemin həll olunduğunu ona demişdir. Təxminən 10 gün sonra o, arvadı Sura ilə birlikdə Bakı şəhərinə getmişlər. Bakı şəhərində 7-ci mikrorayonda “Zərifə Əliyeva” adına Göz Klinikası”-nın yaxınlığında o, Şaban və Şabanın qardaşı Vüqar adlı şəxslə görüşmüşdür.Görüşdükdən sonra o, Şabana 2500 manat məbləğdə pul vermişdir. Qalan iki yüz manatı isə Mingəçevir şəhərinə qayıtdıqdan sonra Şabana göndərəcəyini bildirmiş və Mingəçevir şəhərinə qayıtdıqdan sonra 200 manat məbləğdə pulu hissə-hissə olmaqla Şabanın ona göndərdiyi plastik bank kartlarına yükləmişdir. Avtomobildə Şaban pulu ondan aldıqdan sonra Vüqar və Şaban heç bir problem olmadığını yaxın vaxtlarda əlilliklə baglı təqaüd alacağını ona demişdir. Həmin zaman söhbət edərkən o, Şabana va Vüqara övladının bir neçə dəfə Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinə imtahan verdiyini lakin, qəbul ola bilmədiyini demişdir. Şaban va Vüqar isə ona Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli əməkdaşlarını tanıdığını və həmin şəxslərin vasitəsi ilə övladının qeyd olunan təhsil müəssisəsinə qəbul olunmasına köməklik göstərəcəklərini demişlər. Həmçinin ona bildirmişlər ki, qeyd olunan təhsil müəssisəinə qəbul olunmaq üçün 5000 manat məbləğdə pul lazımdır. Lakin qohum olduqları üçün ona bu işi 3000 manata düzəldəcəklərini bildirmişlər. Bundan sonra o, Mingəçevir şəhərinə geri qayıtmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, bildirmişdir ki, iddiaçı onun kürəkənidir. Onun iddiaçıya 5200 manat məbləğində borcu vardır. Borcunun ödəməkdən yayınmır. İddianı qalan hissədə qəbul etmir. İş materiallarında olan: İş materiallarına əlavə edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-9/2023 saylı xx.xx.2023-cü il tarixli hökmdən görünür ki, (səh 6-7) Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünün müxtəlif tanışları olduğunu və həmin tanışları vasitəsi ilə İddiaçı növbəti tibbi komissiyadan keçərək əllilklə bağlı müavinət almasına köməklik edəcəyini yalandan vəd edib İddiaçı aldadılmasına nail olduqdan sonra 2021-ci ilin mart ayının ortalarında Mingəçevir şəhəri İddiaçı küçəsində yerləşən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həyətində 300 manat, sonradan isə 2021-ci ilin mart ayının ortalarında Bakı şəhəri 7-ci mikrorayonda yerləşən “Zərifə Əliyeva adına Göz Klinikası”-nın yaxınlığında 2500 manat məbləğdə, daha sonra İddiaçı Mingəçevir şəhər ərazisində yerləşən mağazalarda quraşdırılmış elektron ödəmə sistemi terminalı vasitəsi ilə göndərdiyi 200 (iki yüz) manat, ümumilikdə İddiaçı məxsus 3000 (üç min) manat məbləğdə pulunu vahid niyyətlə ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı 3000 (üç min) manat məbləğdə maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünün müxtəlif tanışları olduğunu və həmin tanışları vasitəsi ilə İddiaçı övladı X4 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə qəbul olunmasına köməklik edəcəyini yalandan vəd edib İddiaçı aldadılmasına nail olduqdan sonra Afət X1 adına olan 4*****1544 nömrəli ******************** hesab nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 16:35-də Mingəçevir şəhəri Arifoğlu marketdə quraşdırılmış Milliön elektron ödəmə sistemi terminalı vasitəsi ilə göndərdiyi 1000 manat məbləğdə, xx.xx.2021-ci il tarixdə saat 09:29-da Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən Qədiroğlu marketdə quraşdırılmış Milliön elektron ödəmə sistemi terminalı vasitəsi ilə 500 manat məbləğdə, xx.xx.2021-ci il tarixdə saat 08:30-da Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən Qədiroğlu marketdə quraşdırılmış Milliön elektron ödəmə sistemi terminalı vasitəsi ilə 500 manat məbləğdə, xx.xx.2021-ci il tarixdə saat 10:13-də Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən Qədiroğlu marketdə quraşdırılmış Milliön elektron ödəmə sistemi terminalı vasitəsi ilə göndərdiyi 1000 manat məbləğdə, 2021-ci ilin aprel ayının ortalarında Mingəçevir şəhəri ərazisində yerləşən mağazalarda qurlaşdırılmış elektron ödəmə sistemi terminalları vasitəsi ilə göndərdiyi 700 (yeddi yüz) manat məbləğdə ümumilikdə İddiaçı məxsus 3700 (üç min yeddi yüz) manat məbləğdə pulunu vahid niyyətlə ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı 3700 (üç min yeddi yüz)manat məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 75 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(051)-9/2023 saylı hökmündən görünür ki, iddiaçı cavabdehə ayrı-ayrı olaraq 3000 manat və 3700 manat məbləğində pulu vermişdir. Eyni zamanda həmin hökmdən görünür ki, məhkəmə gedən zaman Cavabdeh iddiaçıya dəymiş ziyandan 1500 manatı ödəmiş, qalan məbləğin ödənilməsi ilə bağlı razılaşmışlar. Belə olan halda iddiaçıya dəymiş ziyanın ümumi məbləği 6700 (3000+3700) manat olduğu nəzərə alaraq və həmin ziyanın da 1500 manatı iddiaçıya ödənildiyindən hazırda iddiaçıya dəymiş ziyan 5200 manat təşkil edir. Buna görə də iddia qismən əsaslıdır. Eyni zamanda məhkəmə iclasında iştirak edən cavabdeh də öz izahatından iddiaçıya 6700 manat məbləğində ziyan dəydiyini və dəymiş ziyandan 1500 manatı ödədiyini, hazırkı borcunun 5200 manat olduğunu bildirmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında olan razılaşma üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi pulu tələb etməkdə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya əsasən vəzifəsini isə icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı 5200 manat məbləğində pul vəsaitini cavabdehdən tələb etməkdə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar hökmdə və cavabdehin izahatı ilə qismən təsdiq olunduğundan, iddia da həmin hissədə qismən təmin edilməlidir. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin iddianın 75 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 75 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 5200 (beş min iki yüz) manat pul məbləği və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 75 (yetmiş manat) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-4618/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4618/2023
26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver