Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4631/2024 01.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, İddiaçı X1 nümayəndəsi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçılar X1 və İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. “Toyota Prius” minik markalı, ** XV *** dövlət qeydiyyat nişanlı avtomobil (Bundan sonra - Avtomobil) X3 mülkiyyətində olmuş, xx.xx.2023-cü il tarixdə onun tərəfindən X2 etibarnamə verilmişdir. Etibarnamə üzrə verilən səlahiyyətlər bu səlahiyyətlər olmuşdur: bağışlamaq, sərəncam vermək, qeydiyyatdan çıxarmaq və digər hərəkətlər etmək. Qızqayıt Qədirova iddiaçının arvadıdır.
2. Daha sonra, Qızqayıt Qədirova tərəfindən xx.xx.2023-cü il tarixdə Avtomobilə dair cavabdehə etibarnamə verilmişdir. Etibarnamə nəqliyyat vasitəsinin idarə edilməsi məqsədilə və etibarnamə üzrə səlahiyyətərin başqa şəxslərə verilməməsi məhdudiyyəti ilə verilmişdir.
3. xx.xx.2023-cü il tarixdə cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə hərəkət edərkən qarşıdan olan “Toyota Prius” minik markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş nəticədə Avtomobil zədələmişdir. Cavabdeh Avtomobilə vurduğu ziyana görə 3200 manat borclu olduğunu və həmin pul vəsaitini bir il müddətində hissəhissə ödəməsi barədə xx.xx.2023-cü il tarixdə yazılı öhdəlik götürmüşdür.
4. 08.04.2024-cü tarixdə İddiaçı Avtomobilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
5. İddiaçılar mülkiyyətində olan Avtomobilə dəymiş 3200 manat məbləğində maddi zyanın və ödənilmiş 52 manat dövlət rüsumunun, cəmi 3252 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
6. İddiaçılar sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2000 manat məbləğində pul vəsaitinin tutularaq X2 ödənilməsi, 1200 manat məbləğində pul vəsaitinin isə İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. İddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, Avtomobil onun mülkiyyətindədir. Həmin Avtomobil əvvəl baş etibarnamə əsasında arvadı X1 istifadəsində olsa da, faktiki olaraq onun mülkiyyətində olmuşdur. Həmin nəqliyyat vasitəsinin xx.xx.22024-cü il tarixdən öz adına qeydiyyatdan keçirmişdir. xx.xx.2023-cü il tarixdə Qızqayıt Qədirova tərəfindən nəqliyyat vasitəsindən istifadə edilməsinə dair cavabdehə etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında cavabdeh Avtomobili idarə etmişdir. Lakin cavabdeh idarə etdiyi müddətdə avtomaşınla yol nəqliyyat hadisəsi törətmiş və nəticədə Avtomobilə ziyan vurmuş və dəyən ziyan 3200 manat təşkil etmişdir. Bu barədə cavabdeh özü də etiraf etmiş və xx.xx.2024-cü il atrixdə yazılı qəbz vermişdir. Həmin qəbzdə Avtomobil ilə qəza törətdiyini, Avtomobilin qəzasına və başqa vurduğu zuyana görə 3200 manat borclu qaldığını etiraf etmiş və dəyən ziyanı bir il müddətində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin keçən bu müddət ərzində heç bir ödəniş etməmiş, borcu hissə-hissə ödəməsi barədə ona məlumat verməyinə baxmayaraq ödənişdən yayınmışdır. Avtomobil onun təqsiri səbəbindən yararsız hala düşmüşdür.
b) Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:
8. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
9. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
10. Cavabdeh məhkəmə iclası zamanı iddianı qismən etiraf edərək Avtmobilə dəymiş ziyana görə 1800 manat məbləğində pul vəsaitinin Qızqayıt Qədirovaya, Avtomobilin təmirinə və digər xərclərin ödənilməsinə görə İddiaçı aldığı 1000 manat məbləğində pulun isə İddiaçı ödəməyə razı olduğunu bildirdi və bununla bağlı məhkəməyə yazılı ərizə təqdim etdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
14. Maddə 740.2 Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
16. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
21. Maddə 191.2-1. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.
22. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
Məhkəmənin mövqeyi:
24. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
25. Məhkəmə qeyd edir ki, iddia ərizəsi üzrə araşdırma aparılan zaman hər bir iddiaçının cavabdehə qarşı tələbinə ayrı-ayrılıqda hüquqi qiymət verilməlidir.
26. Məhkəmə ilk öncə İddiaçı tələbinə münasibətdə qeyd edir ki, iddiaçı iddia edir ki, Avtomobil cavabdehin istifadəsində olan zaman Avtomobilə dair cərimələrin ödənilməsi və yol-nəqliyyat hadisəsi baş verən zaman zəruri xərclərin qarşılanması üçün cavabdehə 1200 manat məbləğində borc vermişdir. Cavabdeh isə göstərdiyi məqsədlə İddiaçı 1000 manat borc aldığını bildirir və məhkməyə təqdim etdiyi ərizəsində bu halı etiraf edir.
27. Borc müqaviləsinə verilən anlayışdan da görünür ki, borc müqaviləsi o halda bağlanmış hesab edilir ki, borc verən özünə məxsus olan pula mülkiyyət hüququnu borc alana keçirmiş (vermiş) olsun. Mülki Məcəllənin 740.2-ci maddəsində isə borc müqavilənin bağlanması üçün onun tərəfləri arasında yazılı müqavilənin olmasını tələb edir, lakin bu zaman borcun məbləği 3000 manatdan çox olmalıdır.
28. Hazırkı işin yuxarıda qeyd edilən hallarından görünür ki, iddiaçının cavabdehə verdiyini iddia etdiyi borc 1000 manat olmuşdur (İddiaçı verdiyi borcun 1200 manat olması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir). Bu halda, tərəflər arasında müqavilənin bağlanmış hesab olunması üçün iddiaçının pulu cavabdehə verməsi kifayətdir. Sonradan tərəflər arasında razılaşma olmuş və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədə cavabdeh İddiaçı 1000 manat məbləğində borc götürdüyünü etiraf etmişdir. İddiaçı tərəfindən də məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli razılıq sazişinin məzmunundan aydın olur ki, iddiaçı cavabdehin maddi vəziyyətini nəzərə alaraq onun tərəfindən 1000 manat məbləğində borcun qaytarılmasına razılıq vermişdir. Qeyd edilənlərdən də göründüyü kimi, cavabdeh İddiaçı 1000 manat borc aldığını etiraf etmiş, iddiaçı isə cavabdeh tərəfindən qalıq 1000 manat məbləğində borcun ödənilməsini razılaşmışdır. Odur ki, cavabdehin iddianı etiraf etməsi (1000 manat borca münasibətdə) iddiaçını irəli sürdüyü tələbinin əsasını sübut etmək vəzifəsindən azad edir. Beləliklə, tərəflər arasında şifahi formada borc müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan borc pul alaraq üzərinə onu qaytarmaq öhdəliyi götürsə də, öhdəliyini pozmaqla pulu qaytarmamışdır.
29. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək, 1000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq İddiaçı ödənilməlidir.
30. Məhkəmə iddiaçı Qızqayıt Qədirovanın tələbinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehin təqsiri səbəbindən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Avtomobilə dəymiş zərərin əvəzi olaraq 2000 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən ona ödənilməsini xahiş edir.
31. Mülki Məcəllənin yuxarıda qeyd edilən 1096 və 1097-ci maddələrinin mənasından aydın olur ki, şəxsə zərər vurulması, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır.
32. İddiaçının avtomobilinə ziyan dəyməsində cavabdehin yol-nəqliyyat hadisəsi törətməsli ilə əlaqədar olan əməlinin hüquqa zidd olması, yol-nəqliyyat hadisəsinin baş verməsində cavabdehin təqsirli olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Belə ki, cavabdeh özü onun təqsiri səbəbindən Avtomobil ilə yol-nəqliyyat hadisəsini törətməsini, Avtomobilə zərər dəyməsini etiraf etmişdir. Məhkəmə qeyd edir ki, sadalanan halların cavabdeh tərəfindən etiraf edilməsi, iddiaçını bu halları sübutetmk vəzifəsindən azad edir. Həmçinin tərəflər arasındakı razılığa əsasən iddiaçı Avtomobilə dəymiş zərərə görə 1800 manat məbləğində cavabdeh tərəfindən ödəniş edilməsinə, cavabdeh isə həmin pul məbləğini ödəməyə razılaşmışdır.
33. Məhkəmə hesab edir ki, 53 manat məbləğində dövlət rüsumu iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 87%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir.
34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. 1000 manat məbləğində pul və ödənilmiş 46,11 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. 1800 manat məbləğində pul Cavabdeh tutularaq X2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı