Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4707/2023 20.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “istifadə hüququnun tanınması, çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “istifadə hüququnun tanınması, çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və iki azyaşlı övladının Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, ev 6, 6 saylı mənzilə istifadə hüququnun tanınması və Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, ev 6, 6 saylı mənzilə dair xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda nümayəndə məhkəmə iclasında yazılı vəsatət təqdim edərək vəsatətdə qeyd etmişdir ki, hazırkı mülki iş üzrə cavabdehlərdən olan Cavabdeh2 İddiaçı qarşı Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, ev 6, 6 saylı mənzilə istifadə hüququna xitam verilməsinə dair əvvəlcədən iddia qaldırmışdır. Həmin mülki iş 20 iyun 2023-cü il tarixə, saat 10:40-a təyin edilmişdir. Bu səbəbdən İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “istifadə hüququnun tanınması, çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair 2(011)-4707/2023 saylı mülki işi əvvəlcədən icraatda olan Cavabdeh2 İddiaçı qarşı Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, ev 6, 6 saylı mənzilə istifadə hüququna xitam verilməsinə dair mülki işlə birləşdirilməsi və bir icraatda baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsi məhkəmə hazırlıq iclasına gəlməmiş, gəlmədiklərinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxımasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, vəsatəti və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan mülki işlərin birləşdirilməsi məsələsinin həll edilməsi məqsədilə 2(011)- 4707/2023 saylı mülki iş hakim Aygün Həsənovaya təqdim edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 169.1-ci maddəsinə əsasən hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, hər iki mülki iş üzrə tərəflər arasında mübahisə predmeti Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, ev 6, 6 saylı mənzilə istifadə hüququ ilə bağlı olduğundan ilk növbədə həmin işlərin bir icraatda birləşdirilməsi məsələsinin həll edilməsi zəruri olduğundan 2(011)-4707/2023 saylı mülki iş hakim Aygün Həsənovaya təqdim edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3-cü, 263-264cü və 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh2 İddiaçı qarşı Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, ev 6, 6 saylı mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair ilkin iddiası, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “istifadə hüququnun tanınması, çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işlərin birləşdirilməsi məsələsinin həll edilməsi məqsədilə 2(011)-4707/2023 saylı mülki iş hakim Aygün Həsənovaya təqdim edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4707/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4707/2023
20.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver