Məhkəmə qərarları › İş №2(011)-4721/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4721/2023

14.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4721/2023 14.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" MMC məhkəməyə ərizə təqdim edərək borclu Cavabdeh "xxxx" MMC-nin xx.xx.2014-cü il arixə dabğlanmış VİP 13603 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə göndərilmiş 393 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün ümumi borcun 1%-i həcmində 59 ABŞ dolları, cəmi 452 ABŞ dolları və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2739/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Sonradan borclu məhkəməyə ərizə ilə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2739/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinin ləğv olunaraq işə iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, Məhkəmənin xx.xx.2023-cü il tarixli qəradadı ilə təmin edilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə müvafiq olaraq, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda iddiaçıya izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 260.5-ci maddəsinə əsasən məhkəmə iclasında iştirak etməmənin və bu haqda məhkəməyə məlumat verməmənin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdiyi təqdirdə hakim ərizənin baxılmamış saxlanması barədə qərardadı ləğv edə və ərizəyə mahiyyəti üzrə yenidən baxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259,268, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması”” tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar