Məhkəmə qərarları › İş №2(011)-4783/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-4783/2023

28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4783/2023 28.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı1 və İddiaçı2 nümayəndəsi X1 iştirakı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "alqı-satqı müqaviləsi üzrə mübahisələr" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar "xxxx" MMC və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2455 saylı müqavilənin ləğv edilməsi, 19021,8 AZN (on doqquz min iyirmi bir manat səksən qəpik) məbləğində əsas borcun, 2973 (iki min doqquz yüz yetmiş üç) manat məbləğində faiz borcu, 6054 (altı min əlli dörd) manat məbləğində əldən çıxmış faydanın əvəzi və dövlət rüsumu qismində ödənilmiş 292.19 AZN (iki yüz doxsan iki manat on doqquz qəpik) manat pulun Cavabdeh alınaraq İddiaçı2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıların nümayəndəsi X2 məhkəmə iclasında iddianın dəqiqləşdirilməsi barədə yazılı ərizə verərək hazırkı iş üzrə 19021,8 manat əsas borc, 2973 manat məbləğində faiz borcu və 292.19 manat ödənilmiş dövlət rüsumu hissəsində təmin edilməsini xahiş edərək iş üzrə qiyabi qaydada baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, "xxxx" MMC xx.xx.2011-ci il tarixli, ********** saylı Nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir, onun əsas fəaliyyəti avtomobillərin alqı-satqısı ilə məşğul olmaqdır, İddiaçı2 "xxxx" MMC-yə təqdim etdiyi Bakı şəhəri 3 saylı notariat kontorunun 7E-2902 reyestr nömrəli, AR-1 No 455435 saylı, xx.xx.2016-cı il tarixli etibarnamə əsasında onun mülkiyyətində olan “Hyundai Accent” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, Z294CU41DBCR107441 şassi nömrəli, ağ rəngli, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2455 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 4500 (dörd min beş yüz) manat, 36 ay müddətinə, hər ay üzrə 691 (altı yüz doxsan bir) manat ödəniş etməklə, cəmi 29.367,8 (iyirmi doqquz min üç yüz altmış yeddi manat səksən qəpik) manata satılmışdır, lakin Cavabdeh həmin avtomobil üçün "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2455 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 4500 (dörd min beş yüz) manat, 08 ay 691 (altı yüz doxsan bir) manat, 01 ay 318 (üç yüz on səkkiz) manat olmaqla cəmi 10.346 (on min üç yüz qırx altı) manat ödəniş etmişdir, o, xx.xx.2020-ci 11 tarixdən "xxxx" MMC-yə heç bir ödəniş etməyərək 19.021,8 manat məbləğində əsas borcu qalmışdır, müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icrasını təmin etmək məqsədi ilə cavadeh Cavabdeh dəfələrlə şifahi xəbərdar edilsə də o, borcunu ödəməkdən yayınmışdır. Sonda iddiaçı tərəfindən müqavilənin şərtlərinə əsasən cavabdehin qeydiyyat ünvanına pretenziya məktubu ünvanlanmış lakin buna baxmayaraq cavabdeh öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Müqavilənin 11.4-cü bəndinə əsasən mübahisəli hallar yarandıqda, məsələnin həllinə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmasına satıcı yəni iddiaçı və alıcı yəni cavabeh tərəflər razıdırlar. Sonda o, iddia tələbinin təmin olunbmasını, cavabdehdən 19021,8 manat əsas borc, 2973 manat məbləğində faiz borcu və 292.19 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2455 N-li nisyə alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC “Hyundai Accent” minik markalı, 2012-ci il buraxılışlı, Z94CU41DBCR107441 şassi nömrəli 1 (bir) ədəd avtomobili Cavabdeh nisyə olmaqla satmağı, Cavabdeh isə həmin minik avtomobilinin dəyərini hissə-hissə olaraq "xxxx" MMC-ə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 05 avqust 2019-cu il tarixli kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh nisyə dəyəri 29367,79 manat olan “Hyundai Accent” markalı avtomobil üçün ilkin ödəniş 4500 manat olmaqla 36 ay müddətinə hər ay müəyyən edilmiş ödənişləri ödəməyi, həmçinin, əsas ödəniş cədvəli üzrə ilk bir ay ərzində ödənişi gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 1%-i həcmində cərimə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli İddiaçı2 mülkiyyətində olan daşınar əmlaklar üzrə tələb hüququnun "xxxx" MMC-yə güzəşt edilməsinə dair Müqaviləyə əsasən, İddiaçı2 özünün mülkiyyətində olan daşınar əmlakları "xxxx" MMC-nin idarəetməsinə vermiş və eyni zamanda nisyə satılmış daşınar əmlkalar üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da "xxxx" MMC-ə güzəşt etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktından görünür ki, Cavabdeh tərəfindən Hyundai Accent” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, Z94CU41DBCR107441 şassi nömrəli, ağ rəngli, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil heç bir nasazlıq olmadan təhvil alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı Mədaxil Qəbazindən görünür ki, “"xxxx" MMC tərəfindən 292,19 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 072 №-li Pretenziya məktubundan görünür ki, Cavabdeh borcu 10 (on) gün müddətinə ödəməsi barədə məktub göndərilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC dəyəri 29367,8 manat olan “Hyundai Accent” minik markalı avtomobilin 4500 manat ilkin ödəniş əsasında 36 ay müddətinə nisyə alqı-satqı əsasında Cavabdeh verməyi öhdəsinə götürmüş, iddiaçı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək avtomobili cavabdehə təhvil vermişdir. Lakin Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur, hazırda müqavilə üzrə iddiaçıya olan əsas borc 19021,8 manat, faiz borcu 2973 manat təşkil edir, iddiaçı tərəfindən borcun olması barədə cavabdehə xəbərdarlıq edilmişdir. Bununla belə, iddia tələbi üzrə cavabdehlərin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə Mülki Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2020-ci il tarixli 2455 №-li alqı-satqı müqaviləsinə əsasən, 19021,8 manat əsas borc, 2973 manat məbləğində faiz borcu olmaqla, cəmi 21994,8, manat cavabdehdən alınaraq İddiaçı2 ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırki iddia tələbi təmin edildiyindən məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddia tələbinin həcmi, onun 10000 manatdan 100000 manatadək olması nəzərə alınmaqla, iddiaçı tərəfindən ödənilmiş 292,19 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 2455 №-li alqı-satqı müqaviləsinə əsasən 19021,8 manat əsas borc, 2973 manat məbləğində faiz olmaqla, cəmi 21994 (iyirmi bir min doqquz yüz doxsan dörd) manat 80 (səksən) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 292 (iki yüz doxsan iki) manat 19 (on doqquz) qəpik alınaraq İddiaçı2 verilsin. Qiyabi qətnamə rəsmi qaydada verildikdən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar