Məhkəmə qərarları › İş №2(011)-4791/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4791/2025

25.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4791/2025 25.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh “X5” QSC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “X5” QSC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş zərərə görə 20000 manat pul məbləğinin, 61 manat mediasiya xərcinin, 100 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 300 manat vəkilə ödənilmiş məbləğin, cəmi 20461 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 məhkəməyə yazılı vəsatətlə müraciət edərək, qeyd etmişdir ki, hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında hakim Aynur Abdullayevanın icraatında 2(011)-4792/2025 saylı iş mövcuddur. Müvafiq iş üzrə iddia tələbi müxtəlif iddiaçı tərəfindən hazırkı iş üzrə eyni cavabdehə - Cavabdeh QSC-yə qarşı eyni məzmunda və eyni iddia əsası ilə qaldırılmışdır. Həmin iş üzrə birinci hazırlıq iclası 20 iyun 2025-ci il tarixdə keçirilmişdir. Buna görə də, səmərəlilik prinsipini nəzərə alaraq, eyni şəxsə qarşı bir-biri ilə əlaqəli eyni məzmunlu iddia icraatı olduğu üçün həmin işlərin bir icraatda birləşdirilməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən İddiaçı Cavabdeh QSC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə işin məhkəmənin icraatında olan 2(011)- 4792/2025 saylı işlə birləşdirilərək işlərə bir icraatda baxılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan həmin mülki işlər birləşdirilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında (hakim Aynur Abdullayeva) iddiaçı X4 cavabdeh “X5” QSC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hər iki iddia ərizələrinin məzmunundan görünür ki, mübahisə gəmi səfəri ilə əlaqədar tərəflərə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. AR Mülki Prosessual Məcəlləsinin: 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, nəzərə alaraq ki, hər iki mülki iş üzrə tərəflər arasında mübahisə eyni hadisə ilə əlaqədar vurulmuş zərərin ödənilməsi ilə bağlı olduğundan, həmin işlərin bir icraatda birləşdirilməsi və bir icraatda baxılması məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3-cü, 263-264-cü və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh “X5” QSC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair 2(011)- 4791/2025 saylı mülki iş və iddiaçı X2 cavabdeh “X5” QSC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair 2(011)-4792/2025 saylı mülki işlər bir icraatda birləşdirilərək 2(011)-4792/2025 saylı mülki iş kimi baxılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar