Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4857/2025 30.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qzının katibliyi İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X2 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X2 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-8338/2015 nömrəli əmrinə əsasən xx.xx.1953-cü ildə Cəlilabad şəhərində doğulmuş, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 və xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikası, Razdan rayonunda doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan X1 22873.17 ABŞ dolları əsas, 4374.09 ABŞ dolları faiz borcu (ödənilən gün Azərbaycan manatına uyğun məzənəsilə) və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq Bakı şəhəri, Atatürk prospekti 42 ünvanında yerləşən kreditor «Bank of X6 Cəmiyyətinə ödənilməsi qərara alınmışdır.
3. Daha sonra borclu Cavabdeh1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-8338/2015 nömrəli əmrinə etirazını təqdim edərək əmrin ləğv edilərək iddia icraatına keçilməsini xahiş etmişdir.
4. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-8338/2015 saylı qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-8338/2015 nömrəli əmri ləğv edilmiş və 2(011)-8338/2015 nömrəli mülki iş üzrə iddia icraatına keçilmişdir. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 259.0. məhkəmə aşağıdakı hallarda iddia ərizəsini baxılmamış saxlayır: 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə;
6. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il Qərarı.
İşə baxan məhkəmənin mövqeyi:
7. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
8. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)- 8338/2015 nömrəli əmrinə əsasən xx.xx.1953-cü ildə Cəlilabad şəhərində doğulmuş, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 və xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikası, Razdan rayonunda doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan X1 22873.17 ABŞ dolları əsas, 4374.09 ABŞ dolları faiz borcu (ödənilən gün Azərbaycan manatına uyğun məzənəsilə) və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq Bakı şəhəri, Atatürk prospekti 42 ünvanında yerləşən kreditor «Bank of X6 Cəmiyyətinə ödənilməsi qərara alınmışdır.
9. Daha sonra borclu Cavabdeh1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-8338/2015 nömrəli əmrinə etirazını təqdim edərək əmrin ləğv edilərək iddia icraatına keçilməsini xahiş etmişdir.
10. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-8338/2015 saylı qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-8338/2015 nömrəli əmri ləğv edilmiş və 2(011)-8338/2015 nömrəli mülki iş üzrə iddia icraatına keçilmişdir. Lakin iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi borcun ödənildiyini, hal-hazırda tərəflər arasında hər hansı mübahisənin olmadığını, mülki işin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir.
11. Məhkəmə MPM-nin 259-cu maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılmasını mümkün hesab edir. Belə ki, məhkəmə iclası keçirilmiş, mülki iş üzrə tərəflər lazımi qaydada məlumatlandırılmış, lakin borclu Cavabdeh1 məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir, həmçinin iddiaçının nümayəndəsi tərəflər arasında mübahisənin olmadığını, borcun ödənildiyini bildirmişdir.
14. Məhkəmə hesab edir ki, sadalanan hallar ərizıçi Cavabdeh1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-8338/2015 nömrəli əmrinə etirazını təqdim edərək əmrin ləğv edilərək iddia icraatına keçilməsi barədə ərzizəsi əsasında Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-8338/2015 saylı qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)- 8338/2015 nömrəli əmri ləğv edilmiş və 2(011)-8338/2015 nömrəli mülki iş üzrə iddia icraatına keçilmiş mülki işin baxılmamış saxlanılması üçün əsasdır.
15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.6, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X2 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.
2. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova