Məhkəmə qərarları › İş №2(011)-4869/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4869/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4869/2025 29.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1na qarşı “icra qeydinin ləğv edilməsi ” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 6 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş 8İ-21733 nömrəli xx.xx.2024-cü il tarixli icra qeydlərinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Ağcabədi rayonu, Avşar kəndində qeydiyyatda olan Cavabdeh2 ilə aralarında olan razılaşmaya əsasən cavabdeh iddiaçıya 15000 manat “Kredit müqaviləsi” ilə pul verib. İddiaçı ilə Cavabdeh2 arasında olan qarşılıqlı razılaşmaya görə kredit müqaviləsi formasında xx.xx.2021-ci il tarixində notarial qaydada kredit müqaviləsi üzrə rəsmiləşdirildi və iddiaçıya verdiyi 15000 manat borc pulu müqavilə ilə müəyyənləşdirilmiş müddət ərzində yəni xx.xx.2024-cü il tarixə qədər iddiaçı guya ki, qaytarmalı idi. Bütün bunlara baxmayaraq Cavabdeh2 müraciəti əsasında Bakı şəhəri 6 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş 8İ-21733 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən iddiaçıdan 15025 manat məbləğində pul vəsaiti İddiaçı alınaraq Cavabdeh2 xeyrinə tutulması qeyd edilmişdir. Hazırki iş üzrə isə borc mübahisəlidir. İddiaçının hazırki iş üzrə Cavabdeh2 borcu yoxdur. Bundan əlavə ən əsası notarius icra qeydinin aparılması haqqında iddiaçıya məlumat verilməmişdir. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilə öhdəlikləri tam yerinə yetirmişdir. Hazırki mübahisənin predmentini təşkil edən icra qeydində tələbkarın adı və ünvanı göstərilsə də, borclunun adı və ünvanı, haqqın miqdarı, borcludan tutulmalı olan dövlət rüsumunun məbləği ilə yanaşı, xüsusilə ödəniləsi məbləğ-yəni, tutmanın hansı borc məbləğinin ödənilməsinə yönəldildiyi, ümumiyyətlə, göstərilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsalar da, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 (borc verən) İddiaçı (borc alana) 15000 manat məbləğində pulu notariat ofisinin depozit hesabına qoyaraq "xxxx" ASC Sumqayıt 8 saylı şöbəsi vasitəsilə borc verir, “Borc alan” krediti xx.xx.2024-cü il tarixədək 30 ay ərzində hər ay 500 manat olmaqla “Borc verənə” qaytarmağı öhdəsinə götürür. Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən tərtib edilən 8İ-21733 nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, Cavabdeh2 xeyrinə İddiaçı xx.xx.2021-ci il tarixli müqavilə üzrə vaxtında ödənilməmiş 15000 manat borc və 25 manat məbləğində dövlət rüsumu tutulmuşdur. xx.xx.2024-cü il tarixli “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişdən görünür ki, borclu İddiaçı tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği verilmədiyi təqdirdə notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. xx.xx.2021-ci il tarixli, 105474 saylı qəbzə əsasən 800 manat, xx.xx.2021-ci il tarixli, 105475 saylı qəbzə əsasən 700 manat, xx.xx.2021-ci il tarixli, 33537 saylı qəbzə əsasən 100 manat, xx.xx.2021-ci il tarixli, 65754 saylı qəbzə əsasən 500 manat, xx.xx.2021-ci il tarixli, 8067 saylı qəbzə əsasən 500 manat, xx.xx.2021-ci il tarixli, 8067 saylı qəbzə əsasən 500 manat, xx.xx.2021-ci il tarixli, ********** saylı qəbzə əsasən 500 manat, xx.xx.2022-ci il tarixli, 2165 saylı qəbzə əsasən 500 manat, xx.xx.2022-ci il tarixli, 26732 saylı qəbzə əsasən 500 manat, xx.xx.2022-ci il tarixli, 6685 saylı qəbzə əsasən 500 manat, xx.xx.2022-ci il tarixli, ********** saylı qəbzə əsasən 500 manat, xx.xx.2022-ci il tarixli, 98961 saylı qəbzə əsasən 500 manat, xx.xx.2022-ci il tarixli, 12381 saylı qəbzə əsasən 500 manat, xx.xx.2022-ci il tarixli, 2309 saylı qəbzə əsasən 500 manat, xx.xx.2022-ci il tarixli, 25356 saylı qəbzə əsasən 500 manat, xx.xx.2022-ci il tarixli, 26944 saylı qəbzə əsasən 500 manat, xx.xx.2023-cü il tarixli, 4375 saylı qəbzə əsasən 500 manat, xx.xx.2023-cü il tarixli, 16250 saylı qəbzə əsasən 500 manat, xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzə əsasən 500 manat, xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzə əsasən 500 manat, xx.xx.2023-cü il tarixli, 7192 saylı qəbzə əsasən 500 manat, xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzə əsasən 500 manat, xx.xx.2023-cü il tarixli, 3301 saylı qəbzə əsasən 500 manat, xx.xx.2023-cü il tarixli, 17402 saylı qəbzə əsasən 500 manat, xx.xx.2023-cü il tarixli, 8003 saylı qəbzə əsasən 500 manat, xx.xx.2023-cü il tarixli, 16842 saylı qəbzə əsasən 500 manat, xx.xx.2024-cü il tarixli, 14605 saylı qəbzə əsasən 500 manat, xx.xx.2024-cü il tarixli, 10752 saylı qəbzə əsasən 500 manat ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2.-ci maddəsinə əsasən, Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.1-ci və 6.1.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikası məhkəmələrinin qərarları və notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinin 15-ci bəndinə əsasən, dövlət notariusu icra qeydləri aparır. Həmin Qanunun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Həmin Qanununun 76-cı maddəsinin 2-ci hissəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərənə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci maddəsinin tələbinə görə borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıb-qaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin Maddə 217.1. məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 (borc verən) İddiaçı (borc alana) 15000 manat məbləğində pulu notariat ofisinin depozit hesabına qoyaraq "xxxx" ASC Sumqayıt 8 saylı şöbəsi vasitəsilə borc vermişdir, “Borc alan” krediti xx.xx.2024-cü il tarixədək 30 ay ərzində hər ay 500 manat olmaqla “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, üzərinə öhdəlik götürmüş hər bir tərəf öhdəliyini vicdanla yerinə yetirmək vəzifəsi daşıyır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarının təmin edilməsinə yönələn addımdır. Bu səbəbdən də, qanunvericilik öhdəliyin icrası zamanı vicdanlılıq şərtlərini təkcə tərəflər arasında bağlanmış müqavilənin məzmunundan irəli gələn hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşdırmır, hətta müqavilədə və qanunda nəzərdə tutulmasa belə, tərəflərin mənafelərinə uyğun gələn tərzdə, işgüzar adətlərə uyğun icra edilməsini təşviq edir. Belə ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. İcra qeydləri yalnız təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır. Çünki, tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Lakin iş materialları ilə müəyyən olunur ki, notariat ofisi borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək həmin müqavilə üzrə yoxlama aparmadan əsassız icra qeydi vermiş və bununla da “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76, 79-cu maddələrinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 162-ci maddəsinin tələbləri pozularaq, aparılmış icra qeydi icra üçün göndərilmişdir. Göstərilən qanunvericilik normalarının tələbinə əməl edilməsi, yəni tələbkar tərəfindən borcluya göndərilmiş bildirişin borclu tərəfindən alınması və müəyyən olunmuş müddət ərzində borcun ödənilməsinin təmin edilməməsinə dair sübutlar iş materiallarında mövcud olmadığından, icra qeydinin verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Buna görə də iddia tələbi təmin edilərək, Cavabdeh1 tərəfindən verilmiş 8İ-21733 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh1 tərəfindən verilmiş 8İ-21733 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi ləğv edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar