Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4887/2024 31.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi Əliyev ƏLəkbər Məmməd oğlunun iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Kreditor "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsi və ərizəyə əlavə edilən sənədlər əsasında Xətai Rayon Məhkəməsi tərəfindən borclu Cavabdeh 2122.80 manat məbləğində əsas borc, 20 manat ödənilmiş dövlət rüsumu, 1 manat dövlət rüsumuna dair xidmət haqqı, cəmi 2143 manat 80 qəpik tutularaq Bakı şəhəri, H.ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə ödənilməsi barədə 29 iyul 2016-cı il tarixli məhkəmə əmri verilmişdir. Sonradan Cavabdeh yuxarıda göstərilən məhkəmə əmrinə yazılı etirazla müraciət edərək, məhkəmə əmrinə etiraz etdiyini və əmrin ləğv edilərək, işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9821/2016 saylı 08 aprel 2024-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9821/2016 saylı 29 iyul 2016-cı il tarixli məhkəmə əmri ləğv edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarından görünür ki, cavabdeh və onun nümayəndəsi məhkəmə iclasına gəlsə də, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi təyin olunmuş məhkəmə iclasına gəlməmişdir. Cavabdeh və onun nümayəndəsi məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı tərəf məhkəmə iclasında iştirak etmədiyi və bununla onların çəkişmə şəraitində məhkəmənin baxış iclasının keçirilməsi hüquqlarını məhdudlaşdırıldığı üçün mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, cavabdeh isə mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, mülki iş baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4887/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4887/2024
31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver