Məhkəmə qərarları › İş №2(011)-4914/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4914/2025

11.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4914/2025 11.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Cavabdeh Aqrar Sığorta Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-nə və Aqrar Sığorta Fonduna qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı – cavabdeh "xxxx" Şirkəti tərəfindən 14.6 ha torpaq sahəsində əkdiyi pambıq bitkilərinə dəyən 11.560 manat zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə Aqrar Sığorta Fondunu da cavabdeh kimi işə cəlb edilməsini və cavabdehlər "xxxx" ASC və Aqrar Sığorta Fondu tərəfindən 14.6 ha torpaq sahəsində əkdiyi bitkilərinə dəyən 11.560 manat zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Həmin təşkilatdan məhkəməyə yazılı ərizə ünvanlanaraq bildirilmişdir ki, əsl cavabdeh qismində Aqrar Sığorta Fondu göstərilməlidir. Cavabdeh Aqrar Sığorta Fondunun nümayəndəsi X2 məhkəmə iclas zalında iştirak edərək bildirmişdir ki, mübahisəyə kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə mülki işi araşdıraraq hesab edir ki, hazırki mülki iş məhkəmə aidiyyəti qaydaları pozulmaqla icraata götürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İddia tələbindən və onun əsaslandığı hallardan görünür ki, mübahisənin predmeti kommersiya xarakterlidir. Belə ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və nəticəsində 14.6 ha torpaq sahəsində əkdiyi pambıq bitkilərinə dəyən 11.560 manat zərərin ödənilməsi ilə məhkəməyə müraciət etdiyini iddia ərizəsində qeyd etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Sadalanan qanunvericilik normalarına və mübahisənin xarakterinə əsasən, məhkəmə hesab edir ki, hazırkı mülki mübahisəyə ümumi məhkəmədə baxılmalı olmadığından, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 24, 26, 44, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər "xxxx" ASC-nə və Aqrar Sığorta Fonduna qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar