Məhkəmə qərarları › İş №2(011)-4926/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4926/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4926/2023 19.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi dövlət rüsumun ödənilməsi barədə qəbzlər iddiaçıya məhkəmə tərəfindən qaytarılmış dövlət rüsumuna aiddir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərkən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2022-ci il tarixdə ödənilmiş ********* nömrəli qəbzlə 100 manat, xx.xx.2023-cü il tarixdə ödənilmiş ********** nömrəli qəbzlə 284 manat, xx.xx.2023-cü il tarixdə ödənilmiş ********** nömrəli qəbzlə 43 manat, ümumilikdə isə 427 manat dövlət rüsumunun ödənilməsi barədə qəbzləri əlavə etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinin baxılmamış saxlanması və dövlət rüsumunun ona qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2432-2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddia ərizəsinin baxılmamış saxlanılması və iddiaçı tərəfindən ödənilmiş 427.00 manat məbləğində dövlət rüsumunun İddiaçı geri qaytarılması qərara alınmışdır. Bununla da, hazırkı iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumu qəbzləri əvvəllər ödənilmiş və daha sonra iddiaçıya geri qaytarılmış rüsumun qəbzləri olduğundan yenidən məhkəməyə müraciət etmək üçün iddiaçı müvafiq iddia tələblərinə uyğun dövlət rüsumunu dövlət nəfinə ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi üzrə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, qəraraaldı: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar