Məhkəmə qərarları › İş №2(011)-4931/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4931/2022

22.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4931/2022 22.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh QSC “Bank Standard” KB-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı QSC “Bank Standard” KB-yə qarşı “kredit müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2010-cu il tarixli 1xx/xx/2077/10 nömrəli kredit müqaviləsi və xx.xx.2010-cu il tarixli 1xx/xx/2077/10 nömrəli ipoteka müqaviləsinin iddia müddətinin keçməsi ilə əlaqədar ümidsiz borc kimi qeydə alınaraq silinməsi, QSC “Bank Standard” KB-yə qarşı borc öhdəliklərinə xitam verilməsi və “SKODA Fabia” markalı ** KE *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotea ilə yüklülükdən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında İddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək, işə baxmadan sənədlərini ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda, məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı ərizənin geri qaytarılması barədə ərizə verdiyindən, İddiaçı QSC “Bank Standard” KB-yə qarşı “kredit müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə qeyd edir ki, iş materiallarına əlavə olunmuş “100.40 manat köçürülmə” barədə qəbzlə, həmin məbləğin kimin tərəfindən ödənilməsi, habelə ödənilmə təyinatı müəyyən olunmadığından ödənilmiş məbləğin qaytarılması mümkün deyildir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı QSC “Bank Standard” KB-yə qarşı “kredit müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar