Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-495/2022 15.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı – cavabdehdən xx.xx.2019-cu il tarixli, 2206 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 24536,32 manat əsas borcun, 28500 manat məbləğində cərimənin, 25000 manat məbləğində icarə haqqının və dövlət rüsumu qismində ödənilmiş 354,11 manat məbləğində pulun Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC xx.xx.2011-ci il tarixli,**********saylı nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir İddiaçının əsas fəaliyyəti avtomobillərin alqı-satqısı ilə məşğul olmaqdır. X1 mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, 2014-cü il buraxılışlı, sedan tipli, KMHD41EBEU287422 şassi nömrəli, ağ rəngli, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobil üçün Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2350 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 6000 manat, 36 ay müddətinə, hər ay üzrə 848 manat ödəniş etməklə, 30536,32 manata satılmışdır. Lakin Cavabdeh “Hyundai Elantra” minik markalı, 2014-cü il buraxılışlı, sedan tipli, KMHD41EBEU287422 şassi nömrəli, ağ rəngli, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobil üçün "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2350 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 6000 manat ödəniş etmiş və xx.xx.2019-cu il tarixdən sonra "xxxx" MMC-yə heç bir ödəniş etməmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixdən "xxxx" MMC-yə heç bir ödəniş etməyərək 24536,32 manat məbləğində əsas borcu qalaraq ödənilməmişdir. xx.xx.2019 cu il tarixli, 2206 saylı nisyə alqı-satqı müqaviləsinin 4.5-ci bəndinə əsasən hər aylıq ödənişi gecikdirildiyi halda, avtomobilin təhvil verdiyi günə qədər gecikdirdiyi hər gün üçün 50 manat məbləğində icarə haqqı ödənilməlidir. Belə ki, cavbdeh Cavabdeh “Hyundai Elantra” minik markalı, 2014-cü il buraxılışlı, sedan tipli, KMHD41EBEU287422 şassi nömrəli, ağ rəngli, ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilin ödənişini xx.xx.2019-cu il tarixdən iddia verildiyi günədək, 500 gün istifadə edərək təhvil verilmədiyindən, gecikdirildiyi hər gün üçün 50 manat məbləğində icarə (500x50=25000) haqqı hesablanmaqla 25000 manat məbləğində icarə pulu hesablanmışdır. Bu müqavilənin 4.6-cı bəndinə əsasən aylıq ödənişin gecikdirildiyi hər gün üçün ödəməli olan ödənişin 1%-i məbləğində cərimə ödənilməlidir və cavabdeh “Hyundai Elantra” minik markalı, 2014-cü il buraxılışlı, sedan tipli, KMHD41EBEU287422 şassi nömrəli, ağ rəngli, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ödənişini xx.xx.2019-cu il tarixdən iddia verildiyi günədək, 500 gün istifadə edərək ödəniş etmədiyindən, gecikdirildiyi hər gün üçün ödəməli olduğu 848 manat pul ödənişin 1%-i məbləğində cərimə hesablanılmaqla 28500 manat məbləğində cərimə pulu hesablanmışdır. xx.xx.2019-cu il tarixli, 2350 saylı müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədi ilə cavadeh Cavabdeh dəfələrlə şifahi xəbərdar edilsə də o, kredit borcunu ödəməkdən yayınmışdır.xx.xx.2019-cu il tarixli, 2350 saylı nisyə alqı-satqı Müqaviləsinin 11.4-cü bəndinə əsasən mübahisəli hallar yarandıqda, məsələnin həllinə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmasına satıcı yəni iddiaçı və alıcı yəni cavabeh tərəflər razıdırlar. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, cavabdeh iddiaçıdan heç bir mal almamış, müqavilənin onun aından bağlanması göstərilsə də, lakin müqavilə cavabdeh tərəfindən imzalanmamış və cavabdehin belə müqavilədən xəbəri olmamışdır. Göstərdiklərinə əsasən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, satıcı X1 etibarnamə (tapşırığı) əsasında "xxxx" MMC-nin direktoru X2 ilə alıcı Cavabdeh adlı şəxs arasında xx.xx.2019-cu il tarixdə əşyanın nisyə alğı-satqısı haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, satıcı dəyəri 32526,33 manat olan “Hyundai Elantra” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobili alıcıya satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan təhvil-təslim aktının surətindən görünür ki, "xxxx" MMC tərəfindən alıcı Cavabdeh “Hyundai Elentra” markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobil təhvil verilmişdir. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 4/96 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, "xxxx" MMC və Cavabdeh adından olan xx.xx.2019-cu il tarixli 250 nömrəli müqavilənin 1- 4-cü vərəqlərində “Alıcı” qrafalarındakı imzalar, həmin müqaviləyə əlavə olunmuş təhviltəslim aktında “Nəqliyyat vasitəsini təhvil aldı: Cavabdeh” yazılarından aşağıdakı imza, avtomobilə dəyən zərərin ödənilməsi haqqında müqavilənin sonunda “Alıcı; Cavabdeh” yazılarından aşağıdakı imza və kredit ödənişi cədvəlinin sonunda “Alıcının imzası:” yazılarından aşağıdakı imza və kredit ödəniş cədvəlinin sonunda “Alıcının imzası:” qrafasındakı imza – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İs materiallarında olan Xətai rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli cinayət işi başlamasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, "xxxx" MMC-nin direktoru Səbuhi Məmmədovun ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan ƏN-İ № 801268 nömrəli etibarnamənin surətindən görünür ki, “Hyundai Elantra” minik markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3r. Etibar edilən "xxxx" MMC-nə nəqliyyat vasitəsini idarə etmək hüququ verilmişdir. İş materiallarında olan AR-İ № 455435 etibarnamənin surətindən görünür ki, X4 "xxxx" MMC-nə həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün daşınar əmlakını idarə və istifadə etməyi və onun üzərində sərəncam verməyi və s. etibar etmişdir. Göründüyü kimi, xx.xx.2019-cu il tarixli nisyə alğı-satqı müqaviləsi “Hyundai Elantra” markalı avtomobilin mülkiyyətçisi Elxan Qubadov ("xxxx" MMC-nə verilmiş etibarnamə əsasında) və Cavabdeh arasında bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC mübahisəli avtomobilin mülkiyyətçisi olmadığından, həmçinin mövcud müqavilə onunla bağlanmadığından, o, mövcud tələblə çıxış etmək hüququna da malik deyildir. Odur ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. İddia üzrə iddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmiş, tələbini yalnız iddia ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın 354,11 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi iddia tələbi borcun cavabdehdən tutulmasına dair hissədə rədd edilməli olduğundan, iddia tələbinin 354,11 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissəsi də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia tələbi borcun cavabdehdən tutulmasına dair hissədə rədd edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddiaçıya aid edilməli və buna görə də iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı isə iddiasının əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilmədi. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 140 manat məbləğində təşkil edir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddia tələbi isə rədd edilməli olduğundan, məhkəmə hesab edir ki, ekpertiza xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən işə baxılması ilə əlaqədar məsrəflər də - ekspertiza tədqiqatının dəyəri olaraq 140 manat məbləğində pul vəsaiti də iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı – cavabdehdən xx.xx.2019- cu il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən 24536,32 manat əsas borcun, 28500 manat məbləğində cərimənin, 25000 manat məbləğində icarə haqqının və dövlət rüsumu qismində ödənilmiş 354,11 manat məbləğində pulun Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri 140 (yüz qırx) manat pul vəsaiti "xxxx" MMC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-495/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-495/2022
15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver