Məhkəmə qərarları › İş №2(011)-4954/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4954/2022

20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4954/2022 20.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6024,55 manat əsas borc, 26,31 manat faiz borcu, 32,87 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6083,73 manat kredit borcu və 80,84 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında barışıq sazişi təqdim edərək, tərəflərin barışıq sazişi bağladıqlarını bildirdilər və barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin məhkəməyə təqdim etdikləri xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən tərəflər mübahisəni qarşılıqlı razılaşma və güzəştlər yolu ilə məhkəmədən kənar qaydada həll edərək müvafiq saziş bağlamışlar və bununla bağlı üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Həmçinin tərəflər ərizə ilə məhkəməyə müraciət edərək, bağladıqları barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər artıq razılığa gələrək, mövcud mübahisəni məhkəmədən kənar qaydada öz aralarında həll etdiklərindən, tərəflər arasında artıq mübahisə mövcud deyildir. Buna görə də işin məhkəmədə mahiyyəti üzrə baxılmasına hər hansı zərurət və lüzum yoxdur. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə xitam verilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər əmlakla bağlı mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən mahiyyəti üzrə baxılması üçün əsas yoxdur. Buna görə də artıq mövcud olmayan və mübahisə doğurmayan tələbə mahiyyəti üzrə baxıla bilməz. Odur ki, tərəflərin barışıq sazişi təsdiq edilərək, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:

1. Borclular Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə 6024,55 manat əsas, 37,50 manat faiz borcu və 134,69 manat olmaqla, ümumilikdə cəmi 6196,74 manat məbləğində borcun olmasını qəbul edirlər. xx.xx.2022-ci il tarixədək 2500 manat ödəniş etmişlər.

2. Borclular Cavabdeh1 və Cavabdeh2 3696,74 manat qalıq borc məbləğini (ilk ödəniş xx.xx.2022-ci il tarixdən başlanmaqla xx.xx.2024-cü il tarixə kimi) yeni qrafik üzrə razılaşdırılmış qaydada banka ödəməyi öhdəsinə götürürlər.

3. Borclular 3696,74 manat məbləğində vəsaiti qeyd olunan ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə banka ödəməyi öhdələrinə götürürlər.

Əsas Ödənişin Faiz Aylıq cəmi Ödəniş günləri Borc qalığı borcdan sayı ödənişi ödəniş ödəniş 1 11 oktyabr 2022 3,496.74 0.00 200.00 200.00 2 11 noyabr 2022 3,296.74 0.00 200.00 200.00 3 12 dekabr 2022 3,096.74 0.00 200.00 200.00 4 11 yanvar 2023 2,896.74 0.00 200.00 200.00 5 13 fevral 2023 2,696.74 0.00 200.00 200.00 6 13 mart 2023 2,496.74 0.00 200.00 200.00 7 11 aprel 2023 2,296.74 0.00 200.00 200.00 8 11 may 2023 2,096.74 0.00 200.00 200.00 9 12 iyun 2023 1,896.74 0.00 200.00 200.00 10 11 iyul 2023 1,696.74 0.00 200.00 200.00 11 11 avqust 2023 1,496.74 0.00 200.00 200.00 11 sentyabr 12 2023 1,296.74 0.00 200.00 200.00 13 11 oktyabr 2023 1,096.74 0.00 200.00 200.00 14 13 noyabr 2023 896.74 0.00 200.00 200.00 15 11 dekabr 2023 696.74 0.00 200.00 200.00 16 11 yanvar 2024 496.74 0.00 200.00 200.00 17 12 fevral 2024 296.74 0.00 200.00 200.00 18 11 mart 2024 0.00 0.00 296.74 296.74 Cəmi: - 0.00 3,696.74 3,696.74

4. Borclular bu sazişin 3-cü bəndində nəzərdə tutulan öhdəliklərini müddətin sonuna qədər vaxtında və lazımi qaydada icra etdiyi halda kredit öhdəliyi tam icra olunmuş hesab olunsun. Bank qeyd olunan ödənişlər tam icra edildikdən sonra hesablanmış və ödənilməmiş faiz borcunu, cərimə borcunu və məhkəmə rüsumunu güzəşt etməyi öhdəsinə götürür.

5. Məhkəmədə qeyd olunan şərtlərlə barışıq sazişi bağlanılsın. Kredit öhdəliyi tam icra olunduqdan sonra borcun olmamağı haqqında arayış verilsin və müvafiq icra orqanına xitam məktubu təqdim olunsun. Rüsumlar bağışlanılsın. Bütün məktub və güzəştlər ödəniş ödənildikdən sonra icra edilsin.

6. Ödənişlərin bu sazişin 3-cü bəndində müəyyən edilmiş ödəniş tarixlərinə münasibətdə icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilir. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 2-ci bəndinin tələbləri pozulmuş hesab edilsin, 3696,74 manat məbləğində borc vəsaiti borclulardan ümumi qaydada tutulsun.

7. Borclular bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.

8. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.

9. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.

10. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir. 10.Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.

12. Bu barışıq sazişi 4 (dörd) nüsxədə Bakı şəhərində, 20 sentyabr 2022-ci il tarixdə imzalanmışdır. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” barədə iddiası əsasında mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar