Məhkəmə qərarları › İş №2(011)-4958/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4958/2024

07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4958/2024 07.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X5, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh qarşı Cavabdeh öz etirafı ilə ödəmədiyi 6100 (altı min yüz) manat borc pulu, bu müddət ərzində vurduğu mənəvi ziyana görə 2000 (iki min) manat, “X15” MMC-nin xidmət göstərilməsinə dair müqaviləsi üzrə cəmiyyətin hesabına ödənilmiş (qəbz əsasında) 320 (üç yüz iyirmi) manat pul vəsaitini, ümumilikdə 8420 (səkkiz min dörd yüz iyirmi) manat məbləğində pulun ödənilməsi və məhkəməyə ödədiyi 105 (yüz beş) manat dövlət rüsumunun iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, ailəliklə illərdir geyim paltarlarının satışı ilə məşğudurlar. Belə ki, həyat yoldaşı olmuş (xx.xx.2021-ci il tarixdə dünyasını dəyişmiş) X2 Respublikasından gətirdiyi qadın və ya kişi geyimlərini ailə üzvləri ilə birlikdə Bakı şəhərində satışını təşkil edirmişlər. Həyat yoldaşı Mətanət tanışı olan Cavabdeh 5-6 il mütəmadi olaraq gətirdiyi paltarları nisyə verib, satdıqdan sonra Məlahət pulları Mətanətə verirdi. 2020-ci ilin mart ayından etibarən Cavabdeh, həyat yoldaşı X3 ümumi dəyəri 24 000 (iyirmi dörd min) manat müxtəlif çeşitdə qızıl-zinyət əşyalarını satmaq adı ilə nisyə götürüb, 24 000 (iyirmi dörd min) manat pul vəsaitini ona birdəfəlik, 2020-ci ilin iyul ayının sonuna qədər ödəyəcəyini söz versə də, qaytarmamışdır. Dəfələrlə pulun qaytarılması barədə Məlahətə müraciət etsə də, o pulu qaytarmaqdan yayınmışdır. xx.xx.2021-ci il tarixdə həyat yoldaşı X9 qəflətən vəfat etmişdir. İddiaçı vəfat etmiş həyat yoldaşı X3 miras qalmış əmlaka dair vərəsəlik işinin açılması ilə bağlı müvafiq orqana müraciət etmiş və xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmışdır. Cavabdeh borcu ödəmədiyi üçün, bu barədə, Xəzər RPl-nə müraciət etmişdir. Xəzər RPl-nin Təhqiqat şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərarda daxil olmuş müraciət üzrə Cavabdeh izahatının alınması, izahatında borc pulu etiraf edərək, vəsaitin 24 000 (iyirmi dörd min) manat olmadığını, 7000 (yeddi min) manat dəyərində qızıl-zinyət əşyalarını nisyə satmaq üçün aldığını, həmin pulun 900 (doqquz yüz) manatını Mətanətə qaytardığını, yerdə qalan qızıl-zinyət əşyalarını nisyə satdığı şəxslərdən pulları yığan kimi 6100 manat pulu qaytaracağını bildirmişdir. Bununla da, müraciət edilmiş ərizənin mülki xarakterli olması müəyyən edilmiş və məhkəmə orqanına müracit olunması tövsiyyə olunmuşdur. Bundan sonra, iddiaçı və oğlu X5 dəfələrlə Cavabdeh ödənilməyən 6100 (altı min yüz) manat borc pulunu ödəməsini xahiş etməklərinə baxmayaraq, o borcu ödəməmişdr. İddiaçı da, məcburiyyət qarşısında qalıb, məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşdur. İddiaçı Cavabdeh, öz etirafı ilə ödəmədiyi 6100 (altı min yüz) manat pulu, bu müddət ərzində vurduğu mənəvi ziyana görə 2 000 (iki min) manat, "X15” MMC- nin xidmət göstərilməsinə dair müqavilosi üzrə cəmiyyətin hesabına ödənilmiş (qəbz əsasında) 320 (üç yüz iyirmi) manat pul vəsaitini, ümumilikdə 8420 (səkkiz min dörc yüz iyirmi) manat məbləğində pulu tələb edir. İddiaçının etibarnamə üzrə nümayəndəsi məhkəmədə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O verdiyi izahatında bildirmişdir ki, borc əslində 24000 manatdır, sadəcə olaraq polisdə 6100 manatı etiraf etdiyinə görə iddia ərizəsində onu yazmışlar. Hər dəfə anasna deyirmiş ki, İlham adlı adam ona 80000 manat pul ödəməli idi, lakin onun əsl adı Etibardır. O da hamını aldadır. Polisdə izahat yazıb ki, 7000 manat borcu olub, onun 900 manatın qaytarıb, 6100 manat borcu qalıb. Cavabdehin etirazının dəlilləri Cavabdeh verdiyi izahatında bildirmişdir ki, iddiaçının anası ilə illərdir alveri olub. Sonuncu dəfə 7000 manatlı qızıl almış, ondan 900 manatı qaytarmışdır, 6100 manat qalıb. Sonra onu polisə veriblər, o, da polisdə izahat verib ki, 6100 manat borcu qalıb. Bundan 1 ay sonra bir oğlanla gəlib pul alıblar. Onun sübutu anasıdır, lakin ağır xəstə olduğu üçün gələ bilmir. İşin halları X9 tərəfindən Cavabdeh 7000 manat dəyərində qızıl-zinət əşyaları verilmişdir. Bu faktı Cavabdeh Suraxanı RPİ-nin İŞ-nə verdiyi izahatında da təsdiq etmişdir (Xəzər RPİnin TŞ-nin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyevin xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd olunması haqqında” Qərarı). Bakı şəhəri 7 saylı Xüsusi Notariat X1 xx.xx.2021-ci i tarixli ərizəsi əsasında xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmışdır. Qanunvericilin tələbinə əsasən əri İddiaçı mərhumun vərəsəsidir. Xidmət göstərilməsinə dair xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, “X15” MMC ilə X5 arasında hüquqi xidmət və iddia ərizəsinin tərtib edilməsi üçün müqavilə imzalanmış, müqavilənin qiyməti 320 manat məbləğində müəyyən edilmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1153. Şəxsi xarakterli hüquq və vəzifələrin vərəsəlik üzrə verilməsinin yolverilməzliyi Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh X6 məxsus 7000 manat dəyərində qızıl-ziynət əşyaları satıb pulunu qaytarmaq adı ilə almış, lakin nə qızıl-ziynət əşyalarını, nə də onların dəyərini X6 qaytarmamışdır. Bu hal Cavabdeh Suraxanı RPİ-nin İŞ-nə verdiyi izahatı ilə də öz təsdiqini tapmışdır. Həmin qızıl-ziynət əşyalarının cavabdeh tərəfindən götürülməsi və vəsaitlərin geri qaytarılmaması üçün hər hansı müqavilə və ya hüquqi əsası olmamışdır. Cavabdeh aldığı qızıl-zinət əşyalarının dəyərinə görə pul vəsaitini iddiaçının nümayəndəsinə geri qaytardığını iddia etsə də, bununla bağlı məhkəmə hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın. Hazırkı mülki işin məhkəmə araşdırması zamanı yuxarıda göstərilən hər üç şərtin mövcud olduğu müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Avropa Məhkəməsi bir sıra qərarlarında onu da göstərmişdir ki, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X11rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, X4 Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiklərini tələb etmək hüququ şəxsə bağlı bir hüquq olmadığından, əmlak xarakterli bu subyektiv hüquq X4 ölümü ilə xitam olunmamış, Mülki Məcəllənin 1151-ci maddəsi üzrə X4 miras kütləsinə daxil olmaqla vərəsəlik qaydasında varisi İddiaçı keçmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 6100 manat məbləğində vəsait tutularaq iddiaçı, X4 vərəsəsi İddiaçı ödənilməlidir. Məhkəmə iddiaya 2000 manat mənəvi zərərin ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Göründüyü kimi, şəxsin mənəvi ziyanı ödəmək vəzifəsi o zaman yaranır ki, ziyan şəxsin törətdiyi təqsirli, hüquqa zidd əməli nəticəsində fiziki şəxs mənəvi sarsıntı və iztirab keçirtsin. Lakin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehin təqsirli, qanuna zidd hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirab keçirtdiyi öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı tərəfindən bu halla bağlı məhkəməyə müvafiq dəlil və ya sübutlar təqdim edilməmişdir. Odur ki, iddia mənəvi zərərin ödənilməsi hissəsində əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə iddianın 105 manat məbləğində dövlət rüsumunun və 320 manat vəkilə ödənilmiş xidmət haqqının cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, cavabdehin iddiaçı qarşısında yaranmış öhdəliyin icra etməməsi nəticəsində, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu və hüquqi xidmət haqqının ödənilməli ilə ona əlavə zərər vurmuşdur. Odur ki, yuxarıda göstərilən vəsait cavabdehdən alınmaqla yanaşı eyni zamanda, iddiaçı tərəfindən hüquqi xidmətə görə ödənilmiş haqqın əvəzi olaraq 320 manat və iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 6100 (altı min yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 (səksən) manat, hüquqi xidmət haqqının əvəzi olaraq 320 (üç yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar