Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4993/2025 20.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs üçüncü şəxs X2 cəlb edilməklə) “maddi ziyanın ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində cavabdeh tərəfindən iddiaçının sahibliyində olan - “Ford Courier” markalı **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 515 (beş yüz on beş) manat məbləğində pul vəsaitinin, hüquqi xidməti göstərilməsi üçün (iddia ərizəsinin tərtibi) 100 manat məbləğində pul vəsaitinin, məhkəməyə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 645 (altı yüz qırx beş) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində, saat 10:55 radələrində iddiaçı etibarnamə ilə idarə etdiyi “Ford Courier” markalı **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə ünvan 1ndə hərəkətdə olarkən, iddiaçıdan sol tərəfdə yol ayrıcına daxil olan “BMW” markalı **-MO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşma nəticəsində qəza baş vermişdir. Hadisə zamanı xəsarət alan olmamış, avtomobillərə ziyan dəymişdir. İddiaçının avtomobilində ondan başqa heç kim olmamışdır. Hadisə zamanı nə iddiaçı, nə də qarşı tərəf sərxoş vəziyyətdə olmamışdır. Bildirilmişdir ki, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra Cavabdeh avtomobilin sığortası olduğunu, ödənişin sığorta şirkəti tərəfindən ödəniləcəyini bildirərək iddiaçını və YNH inspektorunu aldatmışdır. Lakin, qarşı tərəfə vurulan zərərin əvəzi ödənilən zaman məlum olmuşdur ki, yol-nəqliyyat hadisəsi baş verərkən cavabdehin istifadəsində olan avtomobilin sığortası olmamışdır, cavabdeh hadisə baş verdikdən sonra avtomobili sığorta etdirmişdir. Cavabdeh iddiaçını və polis inspektorunu aldatmağa çalışmışdır. Araşdırma zamanı Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov ilə G.Şıxlinski küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi yerinə xx.xx.2025-ci il tarixdə baxış keçirilərək İXP ******* nömrəli protokol, xx.xx.2025-ci il tarixli yol-nəqliyyat hadisəsi sxemi tərtib edilmişdir. Baş verən yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Ford Courier” markalı **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil zədələnmişdir. Ona məxsus sözügedən nəqliyyat vasitəsinə dəymiş ziyanın həcminin müəyyən edilməsi məqsədilə "xxxx" tərəfindən 6393/25 nömrəli qiymətləndirmə aktı tərtib edilmişdir. Həmin qiymətləndirmə aktına əsasən onda aparılmalı olan təmir işlərinin xərcləri qeyd edilmişdir. Belə ki, D.Q.N 15 manat, nömrəaltı 10 manat, buksur krişkası 50 manat, ön hissənin zazorlanması 80 manat, ön buferin rənglənməsi 130 manat, ön bufer təmiri 150 manat, detalların sökülüb yığılması 80 manat, yekun olaraq 515 manat xərc qeydə alınmışdır. (aktın surəti iddia ərizəsinə əlavə edilmişdir). Qeyd edildiyi kimi bütün xüsusatlara əsasən bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Cavabdeh tərəfindən yol verilmiş bu hüquq pozuntusu iddiaçının hüquqlarını kobud surətdə pozur, onların realizəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Cavabdeh törətdiyi bu hüquq pozuntunun qarşısını almağa, baş verən qeyri-qənaətbəxş nəticələri aradan qaldırmağa hər hansı bir təşəbbüs göstərməmişdir. Belə olan təqdirdə iddiaçı pozulmuş hüquqlarının bərpası üçün yeganə ümid yeri olaraq ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etməyi qanunamüvafiq hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, ilkin izahatında göstərmişdir ki, avtomobili üzrə məsuliyyəti sığorta olunmuşdur. Daha sonra o qeyd etmişdir ki, avtomobilinin nömrəsi iddia ərizəsində səhv qeyd edilmişdir. Daha sonra o qeyd etmişdir ki, iddia tələbində göstərilmiş məbləğ şişirdilmiş qiymətdir. Əlavə olaraq qeyd edir ki, həmin pulu ancaq hissə-hissə ödəmə imkanı vardır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəmə iclasında izahatında bildirmişdir ki, “Ford Courier” markalı **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil onun mülkiyyətindədir. Onlar İddiaçıla da birlikdə işləyirlər. O, öz avtomobilini istifadə üçün iddiaçıya vermişdir. Baş vermiş qəzada sükan arxasında iddiaçı olub. Qəza nəticəsində avtomobilə dəyən ziyanın 515 manat olmaqla, həmin ziyanın iddiaçı tərəfindən tam ödənilərək avtomobilin təmir edildiyini təsdiq edir. Buna görə də hesab edir ki, hadisə zamanı günahkar cavabdeh olduğundan iddiaçının çəkdiyi xərclər cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbehvermə haqqında” TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə saat 10:55-də “BMW 520” minik markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən İnzibati Xəta haqqında İXP ******* nömrəli xx.xx.2025-ci il tarixdə tərtib edilmiş protokol”un surətindən görünür ki, “BMW 520” minik markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli qiymətləndirmə aktından görünür ki, İddiaçı məxsus “Ford Courier” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 515 manat müəyyən edilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, xx.xx.2025-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Ford Courier” minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsinin əzildiyi qeyd olunmuşdur. Hadisədə təqsirli şəxs “BMW 520” minik markalı **- MO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh; zərər dəymiş avtomobilin mülkiyyətçisi Yasin Rəsulov, həmin avtomobili idarə edən İddiaçı olduğu müəyyən olmuşdur. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin PPA********** saylı icbari sığorta şəhadətnaməsindən görünür ki, BMW 520” minik markalı **-MO-*** dövlət nömrə nişanlı avtomobilin sahibi Cavabdeh mülki məsuliyyətinin icbari sığortası üzrə "xxxx" ASC ilə müqaviləsi xx.xx.2025-ci il tarixdə saat 11:49:32-də qüvvəyə minmişdir. İş materiallarında olan mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 34 saylı vəkil bürosuna “ABB” bankı vasitəsilə xx.xx.2025-ci il tarixində 100 manat xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10:55-də ünvan 1 ünvanında yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, İddiaçı məxsus “Ford Courier” minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Cavabdeh idarə etdiyi “BMW 520” minik markalı **-MO-*** dövlət nömrə nişanlı avtomobil toqquşmuşdur. Hadisə Cavabdeh tərəfindən yol-hərəkəti qaydalarının pozulması nəticəsində baş vermişdir. Qəzadan sonra "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən zərərin həcmi (təmir işlərinin dəyəri) 515 manat məbləğində müəyyən edilmişdir. Bundan əlavə iş materialları ilə müəyyən edilmişdir ki, “Ford Courier” minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni əsaslarla iddiaçı tərəfindən idarə edilərək, hadisə nəticəsində avtomobilə dəymiş zərər sonuncu tərəfindən aradan qaldırılmışdır. Bu halı avtomobilin mülkiyyətçisi olan üçüncü şəxs X2 da təsdiq etmişdir. Bununla da, dəymiş ziyanı ödəmiş iddiaçının cavabdehdən dəymiş ziyanın əvəzini ödəmək və bununla bağlı çəkdiyi xərclərə cəlb olunması ilə bağlı cavabdehə qarşı iddia irəli sürməyə subyektiv hüququ olmuşdur. Həmçinin, iş materialları ilə müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs - Cavabdeh mülki məsuliyyətinin icbari sığortasına dair "xxxx" ASC ilə müqaviləni hadisədən sonra, yəni xx.xx.2025-ci il tarixdə saat 11:49:32-də qeydiyyata almışdır. Bununla da həmin müqavilənin qüvvəsi qəza nəticəsində zərərçəkmiş şəxsin əmlakına dəymiş zərərin aradan qaldırılması hallarına şamil edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh üçüncü şəxs X1 mülkiyyətində olan “Ford Courier” minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurduğu zərəri İddiaçı aradan qaldırdığından, sonuncunun cavabdehdən ona dəymiş ziyanı reqres qaydada tələb etmək hüququ vardır. Buna görə də “Ford Courier” minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən çəkilmiş 515 (beş yüz on beş) manat ziyan məbləği Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyinə görə işə baxılması ilə əlaqədar dövlət rüsumuna görə ödənilmiş 30 manat pul məbləği Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Bundan əlavə məhkəmə xərclərinə aid edilən və hüquqi yardımın alınması üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat xərc məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. “Ford Courier” minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərə görə 515 (beş yüz on beş) manat pul məbləği, hüquqi yardıma görə ödənilmiş 100 (bir yüz) manat xərc olmaqla, cəmi 615 (altı yüz on beş) manat manat pul məbləği və və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-4993/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4993/2025
20.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver