Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5064/2019 12.12.2019 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi İlkin iddia üzrə iddiaçının nümayəndəsi X4, Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə İlkin iddia üzrə İddiaçı İKB ASC-nin ilkin iddia üzrə Cavabdeh qarşı “borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbi barədə ilkin iddiasına, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İKB ASCyə qarşı kredit müqaviləsinə əlavə sazişin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İlkin iddia üzrə İddiaçı İKB ASC Cavabdeh qarşı Cavabdeh İddiaçı İKB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 29740,62 ABŞ dolları əsas, 4717,33 ABŞ dolları faiz, 33,24 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 34491,19 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh məxsus Baki şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən, 3 otaqlı, 87.5 kv,m ümumi sahədən ibarət 48a nömrəli evin 94 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən, 87.5 kv.m ümumi sahədən ibarət 48a nömrəli evin 94 nömrəli mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən, 87.5 kv.m ümumi sahədən ibarət 48a nömrəli evin 94 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən, 87.5 kv.m ümumi sahədən ibarət 48a nömrəli evin 94 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü il 14 noyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı İKB ASC-nin 3 saylı filialından illik 25%-lə 60 ay müddətinə 28000 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2025-ci il tarixədək təyin edilmişdir. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən, 87,5 kv.m ümumi sahədən ibarət 48a nömrəli evin 94 nömrəli mənzili 2014-cü il 14 noyabr tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 14 noyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2019-cu il aprelin 11-dək Cavabdeh 2014-ci il 14 noyabr tarixli kredit müqaviləsi üzrə banka 29740,62 ABŞ dolları əsas, 4717,33 ABŞ dolları taiz, 33,24 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 34491,19 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İKB ASCyə qarşı Cavabdeh ilə İddiaçı İKB ASC arasında xx.xx.2017-ci il tarixdə, xx.xx.2014-cü il tarixli, 3-G-1-0-746-14 saylı “Kredit müqaviləsinə Əlavə Saziş”i etibarsız hesab edərək, xx.xx.2014-cü il tarixli 3-G-1-0-746-14 nömrəli “İpoteka müqaviləsi” və eyni tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə 28000 ABŞ dolları məbləğində kredit pulu bankdan kredit götürdüyü zaman bir dollar bir manata məzənnəsi üzrə 0,79 manat hesablanaraq ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə onunla İddiaçı Bank arasında 3-G-1-0-746-14 nömrəli “İpoteka müqaviləsi” və eyni tarixdə “Kredit müqaviləsi” bağlanılmışdır. Kredit müqaviləsinə əsasən, o, 60 ay müddətinə kreditin illik faiz dərəcəsi 25%, 28000 ABŞ dolları məbləğində kredit pulu almış və verilmiş kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi ona məxsus ünvan 1 ünvanında yerləşən 94 nömrəli mənzilin Müqaviləyə əsasən ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Bankdan kredit götürdüyü zaman bir dollar bir manata məzənnəsi üzrə 0,78 manat olmuşdur. Müqaviləyə əsasən verilmiş cədvələ uyğun o, hər ay ödəmələr aparmışdır. Lakin, 2015-ci ildən dolların kursu qalxdığına, eyni zamanda onun maddi vəziyyətinin ağırlaşdığına görə o dolların hazırkı məzənnəsi ilə ödəniş apara bilməmişdir. Bununla əlaqədar, xx xxxxxx 2016-ci il tarixdə 3-G-1-0-746-14 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əlavə sazişə əsasən, xx.xx.2015-ci il tarixindən etibarən Kredit müqaviləsi üzrə kredit borclarının ödənilməsi 1 ABŞ dolları=1,05 AZN məzənnəsi əsasında keçirilmişdir. Həmin vaxtdan yuxarıda qeyd edilmiş dolların məzənnəsi ilə kredit ödəmək ona çətin olmuşdur. Bununla əlaqədar onunla Bank arasında xx.xx.2017-ci il tarixdə xx.xx.2014-cü il tarixli, 3-G-1-0-746-14 saylı “Kredit müqaviləsinə Əlavə Saziş” tərtib edilmişdir. Əlavə Sazişin 1.2. bəndinə əsasən alınmış kreditin təminatı- Daşınmaz Əmlak: 30627.74 ABŞ dolları qiymətləndirmişdir, eyni zamanda Sazişin 1.3. bəndinə əsasən kreditin qalıq məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borc və gecikdirilmiş faiz borc) 30627.74 (otuz min altı yüz iyirmi yeddi ABŞ dolları 74 sent) müəyyən olunmuşdur. Kredit Müqaviləsinə tərtib edilmiş Əlavə Sazişinə uyğun olaraq yeni ödəniş cədvəli tərtib olunmuşdur (3-G-1-0-746-14 saylı Kredit müqaviləsinə 1 saylı əlavə) və cədvələ əsasən xx.xx.2017-ci il tarixindən hər ay 476.41 (dörd yüz yetmiş altı manat 41 qəpik) etibarən xx.xx.2025-ci il tarixə qədər o 30627.74 ABŞ dolları Banka ödəməlidir. Eyni zamanda Sazişinin 1.4. bəndində qeyd olunmuşdur ki, Müqavilənin 1.6-cı bəndində qeyd edilmiş 60 ay (altmış ay) sözləri 125 ay (yüz iyirmi beş ay) sözləri ilə əvəz edilmişdir. Buna baxmayaraq, dolların hazırkı məzənnəsi ilə (1 dollar=1,70 man.) Bankda olan krediti o, ödəyə bilmir. Kredit müqaviləsinə Əlavə Sazişi imzalağına baxmayaraq, həmin tarixdə Bankdan 30.627, 74 ABŞ dolları məbləğdə pul almamışdır. Bununla bağlı hesab edir ki, onunla cavabdeh Bank arasında xx.xx.2017-ci il tarixdə bağlanmış Əlavə Sazişi və Sazişdə göstərilmiş 30.627.74 ABŞ dolları kreditin məbləği tam etibarsızdır. xx.xx.2019-cu il tarixdə xx.xx.2017-ci il tarixdə bağlanmış 3-G-1-0-746-14 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əlavə sazişi ləğv edərək, xx xxxxxx 2014-cü il tarixdə 3-G-l-0-746-14 nömrəli ipoteka müqaviləsi və eyni tarixdə bağlanmış kredit müqaviləsi üzrə 28000 ABŞ dolları məbləğində kredit pulu Bankdan kredit götürdüyü zaman bir dollar bir manata məzənnəsi üzrə 0,78 manat hesablanaraq Cavabdeh tərəfindən ödənilməsi (köhnə qrafika üzrə) qərar qəbul edilməsi xahişi ilə İddiaçı Bank İKB ASC-yə müraciət etmişdir. Lakin, Bankdan bu günə qədər heç bir cavab almamışdır. İlkin iddia üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasında ilkin iddianı müdafiə edərək, ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X2rşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Cavabdeh (borcalan) ilə İddiaçı ASC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 3-G-1-0-746-14 nömrəli “Kredit müqaviləsi”nə əsasən bank borcluya istehlak məqsədilə 60 ay müddətinə, xx.xx.2019-cu il tarixədək, illik 25% olmaqla 28000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin Kreditin təminatı 70000 manat dəyərində daşınmaz əmlakdır. xx.xx.2014-cü il tarixli Kassa Məxaric orderinə əsasən bank tərəfindən Cavabdeh 28000 ABŞ dolları ödənilmişdir. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanılmış və notarial təsdiq edilmiş xx.xx.2014cü il tarixli, 3-G-1-0-746-14 saylı “İpoteka müqaviləsi”nə əsasən ipoteka qoyan Cavabdeh dəyəri qarşılıqlı razılıq əsasında 70000 manat məbləğində müəyyən edilmiş, mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Cavadxan küçəsində yerləşən, 87.5 kv.m ümumi sahədən ibarət 48a nömrəli evin 94 nömrəli mənzili xx.xx.2014-cü il tarixli, 3-G-1-0-746-14 nömrəli “Kredit müqaviləsi”-nə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “xx.xx.2014-cü il tarixli 3-G-1-0- 746-14 saylı Kredit müqaviləsinə Əlavə Saziş”ə əsasən İddiaçı ASC ilə Cavabdeh xx.xx.2014-cü il tarixli 3-G-1-0-746-14 saylı Kredit müqaviləsi üzrə kreditin qalıq məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borc və gecikdirilmiş faiz borc) 30627,74 ABŞ dollar təşkil etdiyi, müqavilə üzrə 60 ay müəyyən edilmiş müddətin 125 ayadək uzadılması, kredit üzrə faizin 25 faiz deyil, 10,32 faizlə müəyyən edilməsi barədə razılığa gəlmişdirlər. Tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və notarial qaydada təsdiq edilmiş “xx.xx.2014-cü il tarixli “İpoteka müqaviləsinə Əlavə Saziş”ə əsasən İddiaçı ASC ilə Cavabdeh xx.xx.2014-cü il tarixli 3-G-1-0-746-14 saylı “İpoteka müqaviləsi”ndə dəyişikliklər edilərək, tərəflər xx.xx.2014-cü il tarixli 3-G-1-0-746-14 saylı Kredit müqaviləsi üzrə kreditin qalıq məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borc və gecikdirilmiş faiz borc) 30627,74 ABŞ dollar təşkil etdiyi, müqavilə üzrə 60 ay müəyyən edilmiş müddətin 125 ayadək uzadılması, kredit üzrə faizin 25 faiz deyil, 10,32 faizlə müəyyən edilməsi barədə razılığa gəlmişdirlər. İddiaçı İnvestisiya və Kommersiya Bankı ASC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən cavabdehin banka ödənilməmiş borcu 29740,62 ABŞ dolları əsas, 4717,33 ABŞ dolları faiz, 33,24 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 34491,19 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Cavadxan küçəsində yerləşən, 87,5 kv.m ümumi sahədən ibarət 48a nömrəli evin 94 nömrəli mənzili Cavabdeh mülkiyyətindədir və Reyestrdən RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı Bank 3 saylı filialının xeyrinə yüklü edilmişdir. İş materiallarından görünür ki, İddiaçı İKB ASC cavabdehə kredit borcunun ödənməsi ilə bağlı xəbərdarlıq məktubları göndərmişdir. İşin materiallarından görünür ki, İddiaçı İKB ASC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ipoteka predmetinə tutma yönəldilməsi haqqında xx.xx.2018-ci il tarixli bildiriş göndərmiş, həmin ərizə xx.xx.2018-ci il tarixdə Reyestr Xidmətində qeydə alınmışdır. Bakı şəhəri İcra Hakimiyyəti “xxxxxxxxxxxxxxx” MTK-nın xx.xx.2014-cü il tarixli Arayışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Cavadxan küçəsində yerləşən, 48a nömrəli evin 94 nömrəli mənzilində Cavabdeh, qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 23376 saylı, xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixə banka olan əsas borcu 23743 ABŞ dolları və faiz borcu isə 7421,30 ABŞ dolları, xx.xx.2019-cu il tarixə banka olan əsas borcu 23743 ABŞ dolları və faiz borcu isə 7699,87 ABŞ dolları məbləğində təşkil edir. Qeyd edilən ekspertizanın dəyəri 100 manat təşkil edir. “xxxxxxxx” MMC-nin rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Cavadxan küçəsində yerləşən, 48a nömrəli evin 94 nömrəli mənzilinin xx.xx.2019-cu il tarixə olan bazar dəyəri 100.000 manat məbləğində qiymətləndirilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqısatqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında bankdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, ilkin iddia üzrə cavabdeh kredit müqaviləsi əsasında bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, bank Cavabdeh borcunu ödəməsini xatırlatmasına baxmayaraq sonuncu borcunu ödəmədiyindən, ilkin iddia üzrə iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, Cavabdeh əsas və faiz borcun tutulmasına dair ilkin iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 23376 saylı, xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, Cavabdeh banka olan borcu xx.xx.2019-cu il tarixə əsas borc üzrə 23743 ABŞ dolları, faiz borcu üzrə 7421,30 ABŞ dolları məbləğində müəyyən edilir. Belə olan halda, ilkin iddia üzrə cavabdehdən 23743 ABŞ dolları əsas borc, 7421,30 ABŞ dolları məbləğində faiz borcu tutulmalıdır. Belə ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə 7421,30 4717,33 ABŞ məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə eyni zamanda ilkin iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, ilkin iddianın həmin hissəsi də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi ilkin iddia üzrə Cavabdeh alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, ilkin iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, ilkin iddia üzrə cavabdeh bank qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, ilkin iddia üzrə iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də ilkin iddia üzrə cavabdehdən alınaraq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh aid edilməli və buna görə də ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, ilkin iddianın bu hissəsi də əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdehin banka olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu bank qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, ilkin iddia üzrə iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, ilkin iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş sözügedən mənzilə yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş sözügedən mənzilə yönəldilməsi ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmet(lər)inin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olsa belə, ipoteka predmetinin ilkin satış qiyməti mübahisələndirildiyindən ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən 100000 manat məbləğində müəyyən edilməlidir. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ilkin iddia tələbinin “mənzilin satışından əldə olunan məbləğin borcun ödənilməsinə yetərli olmadığı təqdirdə çatışmayan məbləğin ümumi qaydada icra edilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, ilkin iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-ci maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, ilkin iddianın həmin hissəsi əsassızdır. Buna görə də ilkin iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə eyni zamanda ilkin iddianın Cavabdeh məxsus olan sözügedən mənzilinə yönəldilməsi, həmin mənzilə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi hissəsini araşdıraraq hesab edir ki, ilkin iddia həmin hissədə rədd edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göründüyü kimi, mübahisəli əmlak(lar)ı ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərin və digər şəxslərin həmin mənzili tərk etmək öhdəliyi ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqa əmələ gəlir. Bundan sonra mübahisəli əmlak(lar) ipotela qoyanın mülkiyyətindən çıxaraq əmlakı əldə edən şəxin mülkiyyətinə daxil olur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olmadığı halda həmin mənzildə qeydiyyatda olan şəxslərin istifadə hüququnun itirilmiş hesab edilməsi və onların mənzildən çıxaraq, həmin mənzili Banka təhvil verilməsini tələb etmək hüququ yoxdur. Odur ki, ilkin iddia bu hissədə əsassız hesab edilərək rədd edilməlidir. Göstərilən xüsusatlara əsasən məhkəmə ilkin iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, ilkin iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh tərəflər arasında bağlanılmış kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən və təklifdə göstərilmiş müddətdə cavabdehlərdən cavab almadığından, ilkin iddia üzrə iddiaçı tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də ilkin iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ilkin iddia üzrə Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri də ilkin iddia üzrə Cavabdeh tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İKB ASC-yə qarşı Cavabdeh ilə İddiaçı İKB ASC arasında xx.xx.2017-ci il tarixdə, xx.xx.2014-cü il tarixli, 3-G-1-0-746-14 saylı Kredit müqaviləsinə Əlavə Sazişi etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinin dəlillərini araşdıraraq belə nəticəyə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçı tələbini əsaslandıran hər hansı bir dəlili məhkəməyə təqdim etmədiyindən, qarşılıqlı iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi əqdin etibarsız hesab edilməsi üçün həmin əqd Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri pozulmaqla bağlanmış olmalıdır, lakin hazırkı mülki mübahisənin məhkəmə araşdırılması zamanı tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli “xx.xx.2014-cü il tarixli, 3-G-1-0-746-14 saylı Kredit müqaviləsinə Əlavə Saziş”in etibarlılığını şübhə altına alan hallardan hər hansı biri müəyyən edilməmişdir. Odur ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İKB ASC-yə qarşı Cavabdeh ilə İddiaçı İKB ASC arasında xx.xx.2017-ci il tarixli “xx.xx.2014-cü il tarixli, 3-G-1-0-746-14 saylı Kredit müqaviləsinə Əlavə Saziş”in etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia əqdin etibarsızlığına dair hissədə təmin edilmədiyindən, yəni mübahisələndirilən müqavilə etibarsız hesab edilmədiyindən, habelə ayrı qayda nəzərdə tutulmamış kredit müqaviləsi üzrə borc mülki qanunvericiliyin tələbləri əsasında icra edilməli olduğundan qarşılıqlı iddia xx.xx.2014-cü il tarixli 3-G-1-0- 746-14 nömrəli “İpoteka müqaviləsi” və eyni tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə 28000 ABŞ dolları məbləğində kredit pulu bankdan kredit götürdüyü zaman bir dollar bir manata məzənnəsi üzrə 0,79 manat hesablanaraq ödənilməsi hissəsində də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh ödəniş gününə qüvvədə olan məzənnə ilə 23743 (iyirmi üç min yeddi yüz qırx üç) ABŞ dolları məbləğində əsas borc, 7421,30 (yeddi min dörd yüz iyirmi bir dollar, otuz sent) ABŞ dolları məbləğində faiz borcu, 33,24 (otuz üç dollar iyirmi dörd sent) ABŞ dolları cərimə olmaqla, cəmi 31197,54 (otuz bir min yüz doxsan yeddi dollar, əlli dörd sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqı alınaraq İddiaçı İKB ASC-yə ödənilsin. Tələb Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Cavadxan küçəsində yerləşən, 87.5 kv.m ümumi sahədən ibarət 48a nömrəli evin 94 nömrəli mənzilə yönəldilsin. Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Cavadxan küçəsində yerləşən, 87.5 kv.m ümumi sahədən ibarət 48a nömrəli evin 94 nömrəli mənzil, ilkin satış qiyməti 100.000 (yüz min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın. Mənzilin satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 31197,54 (otuz bir min yüz doxsan yeddi dollar, əlli dörd sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqı alınaraq İddiaçı İKB ASC-yə ödənilsin. Satışdan əldə olunmuş pul vəsaiti artıq olduqda isə qalan pul vəsaiti Cavabdeh qaytarılsın. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İKB ASCyə qarşı Cavabdeh ilə İddiaçı İKB ASC arasında xx.xx.2017-ci il tarixdə, xx.xx.2014-cü il tarixli, 3-G-1-0-746-14 saylı Kredit müqaviləsinə Əlavə Sazişi etibarsız hesab edərək, xx.xx.2014-cü il tarixli 3-G-1-0-746-14 nömrəli ipoteka müqaviləsi və eyni tarixdə bağlanmış kredit müqaviləsi üzrə 28000 ABŞ dolları məbləğində kredit pulu bankdan kredit götürdüyü zaman bir dollar bir manata məzənnəsi üzrə 0,79 manat hesablanaraq ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5064/2019
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5064/2019
12.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver