Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5066/2025 02.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 36 saylı notariat ofisinə qarşı "xxxx" ASC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “İcra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdeh Bakı şəhəri 36 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilən 8İ-21733 nömrəli xx.xx.2024-cü il tarixli icra qeydlərinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilən reyestrdə 8İ-1734 nömrə ilə qeyd edilmiş xx.xx.2025-ci il tarixli icra qeydinə əsasən, iddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmışq müqavilə üzrə müdət üçün vaxtında ödənilməmiş 18246,06 manat, həmçinin 6930,11 manat cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat rüsum, cəmi 25201,17 manat pulun iddiaçıdan tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qeyd edilmişdir. İcra qeydinin verilməsi barədə nə notariat ofisi, nə də tələbkar bank tərəfindən məlumatlandırılmışdır. Yaşadığı ünvana bu barədə bildiriş göndərilməmiş, yalnız icra mərhələsində bu barədə məlumat əldə etmişdir. Həmçinin, icra qeydi təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və nəzərdə tutulan müvafiq müddət keçmədiyi halda aparılır. Halbuki, sözügedən icra qeydindən də görünür ki, əsas borc, o cümlədən cərimə borcunun məbləğinə münasibətdə mübahisəlidir. Belə ki, cərimə məbləği borc məbləğinə mütənasib olmamaqla yanaşı, şişirdilmiş məbləğ kimi bankın formal və həddindən artıq tələbindən ibarətdir. Əsas borc da həmçinin, etdiyi ödənişlər nəzərə alınmadan hesablanmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı teleqram ilə məhkəməyə müraciət edərək, səhhət ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Cavabdeh Bakı şəhəri 36 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsalar da, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 izahatında bildirmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2023- cü il tarixli, İK-222622/23 saylı kredit müqaviləsi bağlanılmışdır. Müqavilə üzrə borcalan öhdəliyi lazımınca yerinə yetirmədiyindən ona xx.xx.2025-ci il tarixli bildiriş göndərilmiş və bildirişdə qeyd olunmuşdur ki, 20 gün müddətində borc ödənilmədiyi təqdirdə notarius tərəfindən icra qeydi aparılacaqdır. Həmin bildiriş hazırki iş üzrə İddiaçı oğlu xx.xx.2025-ci il tarixində çatdırılmış, lakin borcalan bildirişi qəbul etməkdən imtina etmişdir, (poçt qəbzi etiraza əlavə olunur). Bundan əlavə, borcalan iddia ərizəsində cərimə məbləğinin əsas borc məbləğinə mütənasib olmadığını, cərimə məbləğinin əsassız olaraq çox hesablandığını qeyd etmişdir. Halbuki, xx.xx.2023-cü il tarixli, İK-222622/23 saylı kredit müqaviləsinin 2.1- ci bəndində göstərilmişdir ki, əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən Borcalan bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə əsas borcun qalığına illik 18.5 % olmaqla cərimə faizi ödəyir. Eyni zamanda iddiaçı etdiyi ödənişlərin nəzərə alınmadığını qeyd edir. Lakin notarius tərəfindən icra qeydi aparılarkən tərəfimizdən borcu təsdiq edən sənədlər ( hesabdan çıxarış və maliyyə arayışı) təqdim edilmiş, icra qeydi həmin sənədlər əsasında aparılmışdır. Bu səbəbdən iddiaçının tələbinin əsassız olduğunu hesab edir və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri 36 saylı notariat ofisi tərəfindən tərtib edilən 8İ-1734 nömrəli, xx.xx.2025-ci il tarixli icra qeydindən görünür ki, "xxxx" ASC-nin xeyrinə İddiaçı İK- 222622/23 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 18246,06 manat pul, həmçinin 6930,11 manat məbləğində cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğinfə dövlət rüsumu olmaqla, 25201,17 manat pul tutulmuşdur. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərardan görünü ki, Bakı şəhəri 36 saylı notariat ofisinin 8İ-1734 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası haqqında bildiriş iddiaçının ünvanına göndərilmişdir. Sorğu edilərək məhkəməyə təqdim edilmiş icra qeydinin aparılması ilə bağlı notariat işindən görünür ki: -xx.xx.2023-cü il tarixli, İK-222622/23 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 48 ay müddətinə qaytarmaq şərti ilə, illik 18,5 faiz ilə 27.800 manat məbləğində kredit verilmişdir. -xx.xx.2025-ci il tarixli bank tərəfindən iddiaçıya göndərilən bildirişdən görünür ki, o, bank qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği verilmədiyi təqdirdə notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. 455025 nömrəli qaimədən xx.xx.2025-ci il tarixli bildirişin iddiaçıya çatdırılması aydın görünmür. Üçüncü şəxs "xxxx" ASC-nin məhkəməyə ünvanladığı etiraz ərizəsinə əlavə etdiyi 455025 nömrəli qaimədən xx.xx.2025-ci il tarixli bildirişin iddiaçı tərəfindən götürülməsindən imtina edildiyi aydın şəkildə görünür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2.-ci maddəsinə əsasən, Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.1-ci və 6.1.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikası məhkəmələrinin qərarları və notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinin 15-ci bəndinə əsasən, dövlət notariusu icra qeydləri aparır. Həmin Qanunun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Həmin Qanununun 76-cı maddəsinin 2-ci hissəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərənə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci maddəsinin tələbinə görə borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıb-qaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin Maddə 217.1. məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. xx.xx.2023-cü il tarixli, İK-222622/23 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 48 ay müddətinə qaytarmaq şərti ilə, illik 18,5 faiz ilə 27.800 manat məbləğində kredit verilmişdir. Məhkəmə qeyd edir ki, üzərinə öhdəlik götürmüş hər bir tərəf öhdəliyini vicdanla yerinə yetirmək vəzifəsi daşıyır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarının təmin edilməsinə yönələn addımdır. Bu səbəbdən də, qanunvericilik öhdəliyin icrası zamanı vicdanlılıq şərtlərini təkcə tərəflər arasında bağlanmış müqavilənin məzmunundan irəli gələn hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşdırmır, hətta müqavilədə və qanunda nəzərdə tutulmasa belə, tərəflərin mənafelərinə uyğun gələn tərzdə, işgüzar adətlərə uyğun icra edilməsini təşviq edir. Belə ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. İcra qeydləri yalnız təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır. Çünki, tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Lakin iş materialları ilə müəyyən olunur ki, notariat ofisi borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün həmin müqavilə üzrə yoxlama aparmadan əsassız icra qeydi vermiş və bununla da “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76, 79-cu maddələrinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 162-ci maddəsinin tələbləri pozularaq, aparılmış icra qeydi icra üçün göndərilmişdir. Məhkəmə qeyd edir ki, icra qeydinin verilməsinə əsas olmuş borcun mövcudluğu iddiaçı tərəfindən mübahisələndirildiyindən, icra qeydi isə qanunun tələbinə görə yalnız mübahisə olmadığı halda çıxarılmalı olduğundan, iddiaçı isə hal-hazırda bununla bağlı müstəqil iddia qaldırdığından iddianı təmin edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 2.1-ci maddəsində qeyd edilmişdir ki, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (əlavə №1) uyğun olaraq həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə əsas borcun qalığına illik 18.5 % olmaqla, cərimə faizi ödəyir. Tərəflər arasında cərimənn hesablanması barədə razılaşma olmasına baxmayaraq, icra qeydi verilərkən bu hal nəzərə alınmamışdır. Həmçinin icra qeydinin verilməsinə əsas olan sənədlərdə də bank tərəfindən 18.197,67 manat məbləğində əsas borca 6930.11 manat məbləğində cərimənin hansı əsasla hesablandığını təsdiq edən sübutlar əlavə edilməmişdir. Odur ki, icra qeydinin verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl olunmamışdır. Buna görə də iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən verilmiş 8İ- 1734 nömrə ilə qeyd edilmiş xx.xx.2025-ci il tarixli icra qeydi ləğv edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan və iddia tələbi təmin olunduğundan cavabdehdən 100 manat məbləğində alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilən reyestrdə 8İ-1734 nömrə ilə qeyd edilmiş xx.xx.2025-ci il tarixli icra qeydinin ləğv edilsin. 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Bakı şəhəri 36 saylı notariat ofisindən alınaraq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-5066/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5066/2025
02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver