Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-507/2021 02.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iştirakı ilə, İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 004R********** saylı kredit razılaşması üzrə 1206,91 manat məbləğində əsas borcun, 004R********** saylı kredit razılaşması üzrə 271,34 ABŞ dolları məbləğində əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2010-cu ıl tarixli 04L000002858 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları xx.xx.2014-cü il tarixli 2858 saylı sazişlə kredit xəttinin müddəti 166 ay müddətində, kredit xəttinin məbləği 20000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 004R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2500 manat məbləğində kredit götürmüşdür. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 1293,09 manat ödəmiş, onun 1206,91 manat məbləğində kredit borcu qalmışdır. Bundan başqa, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 004R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 228.66 ABŞ dolları ödəmiş, onun 271.34 ABŞ dolları məbləğində kredit borcu qalmışdır.Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borcalanla birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytanlması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2, iddia ərizəsinin məzmununa uyğun izahat vrərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq arayış təqdim edərək göstərmişdir ki, Cavabdeh2 İddiaçı QSC-yə olan borcu "Azərbaycan Respublikasmda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən kompensasiya olunacaq problemli kreditlərə aid edilmiş və ona xx.xx.2015-ci il tarixli 004R********** saylı kredit razılaşması üzrə 149,94 manat, xx.xx.2015-ci il tarixli 004R********** saylı kredit razılaşması üzrə 57,31 manat kompensasiya hesablanmışdır. Hesablamış kompensasiya məbləği cavabdehin hər iki kredit razılaşması üzrə banka olan əsas borc məbləğlərindən silinmiş, bu səbəbdən hazırda onun banka xx.xx.2015-ci il tarixli 004R********** saylı kredit razılaşması üzrə 1206,91 manat, xx.xx.2015-ci il tarixli 004R********** saylı kredit razılaşması üzrə 271,34 ABŞ dolları borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iddia tələbini qəbul etməyərək verdikləri izahatda bank tərəfindən onlara kreditin restrukturizasiya olunduğunun bildirildiyini göstərmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2010-cu ıl tarixli 04L000002858 saylı kredit xətti müqaviləsinin surətindən görünür ki, borc alana 60 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2014cü il tarixli 2858 saylı sazişlə kredit xəttinin müddəti 166 ay müddətində, kredit xəttinin məbləği 20000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən borc alana veriləcək kreditin məbləği, faiz dərəcəsi, müddəti və digər şərtləri ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 004R********** saylı kredit razılaşmasının surətindən görünür ki, bank tərəfindən borcalana 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2500 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 004R********** saylı kredit razılaşmasının surətindən görünür ki, bank tərəfindən borcalana 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, Cavabdeh4 ilə bağlanmış xx.xx.2011-ci il tarixli və Cavabdeh5 ilə bağlanmış bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqavilələrinin surətindən görünür ki, zaminlər borc alanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımalarına dair öhdəlik götürmüşlər. .İş materialarına əlavə edilmiş İddiaçı QSC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh2 banka 004R********** saylı kredit razılaşması üzrə 1206,91 manat məbləğində əsas borcu, 004R********** saylı kredit razılaşması üzrə 271,34 ABŞ dolları məbləğində əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il Qərarında göstərilmişdir ki, “... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh2 İddiaçı QSC ilə aralarında bağlanmış 004R********** saylı kredit razılaşması üzrə 1206,91 manat məbləğində və 004R********** saylı kredit razılaşması üzrə 271,34 ABŞ dolları məbləğində əsas borcunun qalması, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borc alanla birgə məsuliyyət daşımaları, kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etmələrinə dair məsuliyyət götürmələri təsdiq olunduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 004R********** saylı kredit razılaşması üzrə 1206,91 (bir min iki yüz altı manat 91 qəpik) manat məbləğində əsas borc, 004R********** saylı kredit razılaşması üzrə 271,34 (iki yüz yetmiş bir dollar 34 sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində əsas borc və 30 (otuz) manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-507/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-507/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver