Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5070/2025 25.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Musayeva Aytəkin Bulud qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçını aldadaraq aldığı 13000 (on üçün min) dollar, cavabdeh iddiaçının pul vəsaitindən istifadə etdiyi üçün Bank Uçot dərəcəsinə uyğun olaraq 500 manat, vəkilə ödədiyi 300 (üç yüz) manat və dövlət rüsumu kimi ödədiyi 158.70 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə yaşadığı məhəllədə tanış olmuş və o zaman məhəllədə bir çox insanlar biri-birləri ilə ünsiyyət saxlayırmışlar. Həmin vaxtı iddiaçı ilə Cəfərov Saxavət arasında sıx ünsiyyət yaranmış və bir-birlərimizin evinə gedib gəlmişdirlər. Bizim söhbət əsnasında Səxavət iddiaçıya bildirmişdir ki, o, yük maşını sürür və tez tez Gürcüstan Respublikasına gedib gəlir və hər dəfə Gürcüstandan ərzaq malları və limonad gətirərək Bakı şəhərində mağazalara verərək satdırıb yaxşı gəlir götürür. O zaman Cavabdeh avtomaşınla Gürcüstan Respublikasına gedərək mal material gətirirdi. Belə ki, onsuz Gürcüstana gedib-gəlir və onun imkanı vardır ki, Gürcüstandan Kolbasa və Limonad gətirə bilər. Bunu üçün ona pul verərsə, o Gürcüstandan alıb gətirdiyi Limonadı Bakı şəhərində satdıraraq əldə edilmiş qazancı 50% - 50% olmaqla qazanc götürə biləcəklərini bildirmişdir. İddiaçı 76 yaşındadır, aşağı məbləğdə Pensiya alır, xəstə olduğundan aldığı vəsait onun dərman və ərzaq təminatını ödəmir. Ona görə qocalığı üçün bir qədər pul yığıb saxlamışdır. Bir neçə dəfə Saxavət ondan pul istəsə də, lakin əvvəl razılıq verməmişdir. Sonradan Səxavətin bir neçə dəfə onun evində olmasını və onun etibarlı bir insan olduğu qənaətinə gəldiyi üçün evidə saxladığı 13450 (on üçün min dörd yüz əlli) ABŞ dolları vəsatin gəlir götürmək üçün Səxavətə vermişdir. İddiaçı Səxavətin sözlərinə inanmışdır. Lakin, Səxavət iddiaçının ona verdiyi vəsaitə görə ona heç bir gəlir verməmişdir. Ona görə iddiaçı Səxavətdən ona verdiyi 13450 (on üç min dörd yüz əlli) ABŞ dolları pulu geri tələb etdikdə, Səxavət ondan aldığı pulu qaytaracağı barədə xx.xx.2023-cü ildə Qəbz yazıb vermişdir. Qəbzdə göstərmişdir ki, “X5 ərəstun oğlu bunu yazıram ki, Zabit müəllimə olan 12000 ABŞ dolları borcunu iyun ayının 10-da, 1450 dollar pul borcunu isə 30 noyabrda qaytaracaq xx.xx.2023-cü il”. İddiaçı Səxavətin ona yazıb verdiyi qəbzə görə nisbətən sakitləşmiş və borcun qaytaracağını gözləmişdir. Lakin Cavabdeh onu təkrar aldatmış və onun yaşlı olmağından istifadə edərək, pulunu qaytarmamışdır. Səxavət iddiaçını aldatmış və verilən pulun müqabilində ona heç bir gəlir verməmiş və pulu ona qaytarmaqdan boyun qaçırmışdır. İddiaçının çoxsaylı şikayəti və telefon zənglərindən sonra Səxavət ona 200 ABŞ doları və daha sonra 250 ABŞ dolları pulu qaytarmış və ona qəbz yazaraq bildirmişdir ki, “Biz aşağıda imza edənlər borc verən verən İddiaçı, borc alan Cavabdeh borcun məbləği 13450 dollar (on üç min dörd yüz əlli dollar) Cavabdeh öhdəçiliyi göstərir ki, fevraldan başlayaraq 1250 dollar qaytaracam, hər ay borc ödəmədikdə hər iki şəxsin imzası olacaqdır”. Lakin sonradan qaçıb gizlənmiş, nə iddiaçının telefon zənglərinə cavab verməmiş, nə də tanışları vasitəsi ilə ismarıclarıma cavab verməmişdir. Sonradan Cavabdeh pulunu tələb etmiş və cavabdeh bu gün - sabaha salaraq uzatmış və pulunu qaytarmamışdır. Lakin Cavabdeh xx.xx.2025-ci il tarixində Razılaşma yazaraq iddiaçıya vermişdir. Razılaşmada göstərilmişdir ki, “Mən Cəfərov X3 Zabit İbrahim oğluna olan 13000 (on üç min) dollar borcumu xx.xx.2025-ci ildə borcun qaytarılması ailə üzvlərinin iştirakı ilə razılaşdırılmışdır”. Lakin cavabdeh yenə iddiaçını aldatmış pulunu qaytarmamışdır. Cavabdeh pulunu qaytarmadığı üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə və Xətai Rayon Prokurorluğuna şikayət etmiş və onun şikayətini araşdıran 34-cü Polis Bölməsi xx.xx.2025-ci il tarixində HK/715 saylı toplanmış materiallar üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında “ Qərar qəbul etmiş və Qərarda göstərilmişdir ki, tərəflər arasında yaranan mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməlidir. Cavabdeh X1 məhkəmə vasitəsi ilə iddiaçıya olan 13000 (on üç min ) dollar pul alınıb qaytarılmalıdır. Cavabdehin məsuliyyətsiz hərəkətləri nəticəsində iddiaçı həm maddi, həm də mənəvi zərər çəkmişdir. Cavabdeh ona vurmuş olduğu maddi və mənəvi zərəri ödəməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5070/2025 saylı 26 noyabr 2025-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh X2 13000 ABŞ dolları və 500 manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulmuşdur. Sonradan Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmiş və qiyabi qətnamə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5070 saylı 09 fevral 2026-cı il tarixli qərardadı ilə ləğv edilmişdir. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etməklə yanaşı, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırkı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: Xətai Rayon Polis şöbəsinin “Cinayət işinin başlanılmasının rədd edilməsi” barədə 12 may 2025-ci il tarixli qərarda qeyd olunmuşdur ki, İddiaçı və Cavabdeh arasında yaranmış mübahisə mülki xarakterlidir və məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah olunmalıdır. İş materiallarında olan 03 aprel 2023-cü il tarixli yazılı izahatdan görünür ki, Cavabdeh iddiaçıya olan borcun 12000 ABŞ dollarını iyun ayının 10-da, qalan 1450 ABŞ dollarını isə may ayının 30-u qaytaracağını qeyd etmişdir. İş materiallarında olan 19 fevral 2024-cü il tarixli yazılı razılaşmadan görünür ki, Cavabdeh iddiaçıya olan 13450 ABŞ dolları borcu fevral ayından başlayaraq hər ay 1250 dollar olmaqla qaytaracaqdır. Həmin razılaşmada qeyd olunmuşdur ki, Cavabdeh iddiaçıya fevral ayında 250 ABŞ dolları, mart ayında isə 200 ABŞ dolları qaytarmışdır. İş materiallarında olan 08 yanvar 2025-ci il tarixli yazılı razılaşmadan görünür ki, Cavabdeh iddiaçıya olan borcun 13000 ABŞ dollarını 20 yanvar 2025-ci il tarixdə qaytaracaqdır. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Belə müqavilələrdən birini borc (kredit) müqaviləsi təşkil edir. Həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana)n keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442) Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. (maddə 443.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.(maddə 445.2.1) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.(maddə 448.1) Azərbaycan Respublikası MPM-nin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki iş materialları ilə təsdiq edilir ki, Cavabdeh İddiaçı 13000 ABŞ dolları miqdarında borcu mövcuddur və cavabdeh dəfələrlə yazılı izahat və razılaşmalarda həmin borcu qaytaracağını bildirsə də, lakin bunu etməmişdir. Odur ki, Cavabdeh 13000 ABŞ dolları pul vəsaiti tutularaq, İddiaçı ödənilməlidir. İddiaçı tələb etdiyi pul vəsaitindən istifadə edərək iddiaçıya 500 manat məbləğində ziyan vurulması ilə bağlı mötəbər sübut təqdim edilmədiyi üçün iddia olunan 500 manat məbləğin Cavabdeh tərəfindən ödənilməsi tələbi təmin olunmamalıdır. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumu olaraq ödənilmiş 158 manat; hüquqi yardıma görə ödənilmiş 300 manat. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı ödənilmiş 158 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etdiyindən, ödənilmiş 158 manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Cavabdeh hüquqi yardıma görə ödənilmiş 300 manat İddiaçı ödənilməlidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi qismən təmin edilsin. Cavabdeh 13000 ABŞ dolları pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. Cavabdeh hüquqi yardıma görə ödənilmiş 300 manat və 158,70 manat dövlət rüsumu üçün ödənilmiş pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. . Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5070/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5070/2025
25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver