Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5080/2022 26.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Bayramova Nərmin Nizami qızının katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi X13, Cavabdeh Əskər qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Əskər qızına qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Əskər qızına qarşı X10 tərəfindən iddiaçıya vurulan 20000 manat dəyərində ziyanın ondan tutularaq iddiaçıya ödənilməsi və ya mənimsədiyi qızılların geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2015-ci ilin fevral ayında iddiaçı müalicəsiylə bağlı pula ehtiyac olduğu üçün, o oğlu X16 ilə bərabər əvvəllər tanıdıqları Bakı şəhəri Xətai rayonunun Əhmədli metrosu qarşısında lombard işlədən X6 qızıl girov saxlayaraq əvəzində pul faizə götürmək qərarına gəlmişlər. Belə ki, Simagullə danışaraq ondan qızıl girov qoyub pul götürmək istədiyini bildirmiş, o da bildirdi ki, qızılları onda girov saxlayaraq əvəzində onlara fazilə pul verə bilər. xx.xx.2015-ci il tarixində 142 qr qızıl Simaguldə girov saxlayaraq 1300 manat pul götürmüşlər aylıq faizi 6% olmaq şərti ilə, 18 02.2015-ci il tarixində 30 qr. qızıl saatı girov saxlayaraq 500 manat pulu aylıq faizi 7 % olmaqla goturmüşlər. 23 02.2015-ci il tarixində 56.5 qr qızılı girov qoyaraq 500 manat pulu aylıq faizi 6% olmaqla götürmüşdürlər. X1 229 qr. qızıl zinət əşyaları girov saxlayaraq 2300 manat pul faizə götürmüşdürlər. Sonrada razılaşdıqları formada qızıllar girov qismində Simaguldə qalmaq şərti ilə faizə götürdükləri pulun hər ay faizini vaxtı vaxtinda, Lənkəran rayonunda yaşadıqları üçün Simagülün iddiaçıya verdiyi hesab vasitəsi ilə onun adına yollayırmışlar. Belə kı bu proses 2016 ilin avqust ayına kimi davam etdi. O vaxta kimi də götürdüyü pulun faiz ödənişini 2750 manat pulu Simagülə ödəmişdir. Həmin ödənişlərin ödəniş çekləridə mövcuddur. Sonrada o 2016 ilin sentyabr ayında Simagul ilə onun mobil telefonu 055 *** ** ** nömrəsi ilə əlaqə saxlayaraq bildirmiş ki, o, ondan faizə götürdüyü pulu ödəyərək girov saxladığı qızılları götürmək istəyir. O da iddiaçıya bildirmiş ki, qızıllar onda deyil başqasındadır və qızılları götürmək üçün iddiaçıdan pul istəmişdir. Belə ki iddiaçı qohumu Nəcibə adlı şəxslə 2016-cı ilin sentyabr ayında Bakı şəhəri, Qara Qarayev metrosu yaxınlığında Simagul ilə görüşmüş iddiaçı ona 2000 manat pul vermişdir. Simagul iddiaçıya qızılların onda deyil başqasında olduğunu və 2000 manata yox 2300 manata qızılları götürə biləcəyini bildirmişdir. İddiaçıdan 300 manat da istəmişdir, iddiaçı isə 300 manatı bir həftəyə düzəldə biləcəyini bildirmişdir. Simagul isə razılaşmış 2000 manatı iddiaçıdan almışdır. İddiaçı bır həftəyə 300 manatı düzəldib Simagulə zəng vuraraq görüşüb qızılları götürmək istəsə də, o zənglərə cavab verməmişdir. Sonradan iddiaçı dəfələrlə onun yaşadığı ünvana getsə də onu evdə tapa bilməmişdir. Sonra mobil telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq qızılları qaytarmağı tələb etsə də o, hər dəfə müxtəlif bəhanələrlə qızılları qaytarmaqdan boyun qaçırmışdır. Gah qızılları bankda girov qoyduğunu, gah kiməsə verib qızılları geri ala bilmədiyini deyir. Bu işlə bağlı Baş Prokurorluqa , Daxili İşlər Nazirliyinə müraciət etsə də ona məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. X10 artıq 6 ildir ki, iddiaçıya aid olan qızıl zinət əşyalarını geri qaytarmaqdan müxtəlif bəhanələrlə boyun qaçırır, həmçinin ona aid olan 229 qr, qızıl zirət əşyalarını mənimsəmiş və ona 20000 manat dəyərində ziyan vurmuşdur. İddiaçı etibarnamə üzrə nümayəndəsi X16 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Əskər qızının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək iddianın rədd edilməsini xahiş etmişdir. Eyni zamanda iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə ilə müraciət edərək iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh Əskər qızı iştirak etdiyi məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Cəfər Elnur adlı şəxs bir neçə il bundan əvvəl ona müraciət edərək qızıl qoyub pul götürmüşdür. Lakin məbləğ yadında deyil, qızılları banka qoyub kredit götürmüş və Cəfərov Elnura vermişdir. Həmin kreditə görə aylıq ödənişləri Cəfərov Enur etməli olduğu halda bir müddət ödənişləri edib, sonra dayandırmışdır. Ondan sonra qızıllar satılaraq banka olan borc ödənilmişdir. İddiaçı ona heç vaxt qızıl əşyası verməmişdir. Məhkəmə tərəflərin izahatları və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, iş materiallarında olan 16 oktyabr 2020-ci il tarixli qərarla cinayət hadisəsi olmadığından və fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Cəfərova X12 Simagül Əskər qızına "xxxx" ASC-nin Lənkəran filialı vasitəsilə xx.xx.2015-ci il tarixdə 50 manat, xx.xx.2016-cı il tarixdə 200 manat, xx.xx.2016-cı il tarixdə 60 manat, xx.xx.2015-ci il tarixdə 100 manat, xx.xx.2015-ci il tarixdə 50 manat, xx.xx.2015-ci il tarixdə 01 manat,xx.xx.2015-ci il tarixdə 01 manat, xx.xx.2015-ci il tarixdə 01 manat, xx.xx.2016-cı il tarixdə 06 manat, xx.xx.2016-cı il tarixdə 1.8 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan "xxxx" QSC-nin məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh Əskər qızı xx.xx.2020-ci il tarixdə 342 ABŞ dolları dəyərində qızıl zinət əşyalarını girov qoyaraq "xxxx" QSC-dən 787 manat lombard krediti götürmüşdür. xx.xx.2021-ci il tarixində tam ödəniş edərək kredit borcunu bağlamış və girovda olan qızılzinət əşyalarını təhvil almışdır. İddiaçı ilə "xxxx" QSC arasında kredit müqaviləsi bağlanmamışdır. İş materiallarında olan X11 adına möhürlə təsdiqlənmiş əlyazmada 17.8 qr 1 ədəd komplekt, 18.8 qr 3 ədəd sep, 10 qr üç ədəd üzük, 6.6 qr 3 ədəd klon, 3.5 qr 1 tay sırğa, 30 qr 1 ədəd saat, 22 qr 1 ədəd komplekt, 32 qr 1 ədəd sep, 36 qr 1 ədəd Quranqabı klon və sep, 9.6 qr 2 ədəd üzük, 28 qr 1 ədəd qolbaq, 15 qr 1 ədəd qolbaq yazıları qeyd edilmişdir. Eyni zamanda xx.xx.2015, 1300 manat, 78%, xx.xx.2015, 500 manat, 35%, xx.xx.2015, 300 manat, 18%, xx.xx.2015, 200 manat, 12% yazıları qeyd edilmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş X5 verdiyi izahatında bildirmişdir ki, İddiaçı onun qohumudur, o İddiaçı gəlininin bibisidir. Simagülə verilən qızılların içində onun da qızılları var idi. 2015-ci ildə İddiaçı xəstələnmişdi, pul lazım idi. O da yaxını kimi İddiaçı kömək edərək, öz qızıllarından vermişdir ki, lombarda qoyub pul götürsün. Qızıllar 50 qram olan bir ədəd Quranqabı, bir ədəd də qolbaq, 3 ədəd sep, üzükdən ibarət olmuşdur. X5 da qızılları 2015-ci ilin fevralında vermişdir. Xeyli faiz vermişlər, həm banka, həm karta pulu köçürmüşlər. 2016-cı ilin sentyabrında Cavabdeh Əskər qızı ilə zəngləşmişlər ki, pulu versinlər qızılları qaytarsın. Sonra da Qara Qarayev metrosunun qabağında 2000 vermişlər, o isə razı olmamış ki, 300 manatı da gətirsinlər. Mülki iş üzrə şahid qismində dindirilmiş X8 verdiyi izahatında bildirmişdir ki, İddiaçı onun qaynanasıdır. Cavabdeh Əskər qızını 2015-ci ildə tanımışdır. İlk öncə onu yoldaşı tanıyırdı. Qaynanası ağır xəstə idi. Onu müalicə etdirmək üçün imkan olmadığı üçün evdə razılığa gəlmişlər ki, qızılları qoyub onu müalicə etdirsinlər. O, qaynanası və bibisi qızılları qoyub, 2300 manat pul götürmüşlər. Qaynanasının qaraciyəri xəstə idi. Pulu götürəndən sonra yoldaşını tutdular. 2016-cı ilin sentyabrında qaynanası Simagüllə danışmış, metronun yanında görüş təyin etmişlər. X2 Şabikə Tofiq qızı ilə birlikdə getmişlər. Qaynanası Cavabdeh Əskər qızına 2000 manat verdi. O isə razılaşmadı ki, 300 manatı da ver, sonra qaytarsın qızılları. Həmin 2000 manat pulu isə götürdü. Onlar da eve gedib pul axtarmışlar ki, həmin 300 manatı da versinlər, qızılları götürsünlər. Pulu tapıb Cavabdeh Əskər qızını axtarmışlar ki, onu da versinlər, lakin nə qədər axtarsalar da, onu tapa bilməmişlər. Qızıllardan iki komplekt, üzüklər, qolbağ özünün, bir komplekt qaynanası İddiaçıının, bir ədəd quranqabı sep bibisi X3 idi. Cavabdeh Əskər qızına 2000 manatı əlbəəl veriblər, ancaq 2015-2016-cı ilə qədər ona pul ödəyiblər. Qızıllar rus qızılları idi. Cavabdeh Əskər qızına aylıq ödənişləri yoldaşı edirmiş, o həbs edildikdən sonra isə özü edirmiş. Məhkəmə iddiaya cavabdeh tərəfindən mənimsənilən qızılların geri qaytarılması tələbinə dair hissədə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə sübuta yetirlmədiyinə görə təmin edilməmildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri yaranmış, cavabdeh tərəfindən iddiaçıya 2300 manat məbləğində borc pul verilmişdir. Həmin pul öhdəliyinin təminatı olaraq iddiaçı cavabdehə qızıl-zinət əşylarını vermişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddianın əsasını Mülki Məcəllə ilə müəyyən edilmiş girov müqaviləsinə tətbiq edilən qaydalar təşkil edir. İddia tələbinin hüquqi əsasını təşkil edən 280.1-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 280.2-ci maddəsinə əsasən girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər. Həmin Məcəllənin 281.1-ci maddəsinə əsasən girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Cəfərova X12 Simagül Əskər qızına 2300 manat borc pul müqabilində 229 qr-lıq qızıl zinət əşyalarını verdiyini iddia etsədə, məhkəməyə istinad etdiyi halları sübut edəcək kifayət qədər mötəbər sübut təqdim etməmişdir. Belə ki, tərəflər arasında yaranan münasibətlər mahiyyət etibarilə girov münasibətləri olduğu halda, həmin münasibətləri təsdiq edəcək yazılı formada bağlanmış girov müqaviləsi mövcud deyil. Digər tərəfdən iddiaçı hansı çəkidə və hansı əyarda qızılları verdiyinə dair sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid ifadələrindən də, İddiaçı tərəfindən Cavabdeh Əskər qızına qızıl-zinət əşyaları verildiyi bildirilsə də həmin qızılları səciyyələndirən xüsusiyyətləri barədə məlumat verilməmişdir. Məhkəmə iddiaçı tərəfindən iddianın əsasını təşkil edən halları sübut etmək məqsədi ilə təqdim edilmiş X11 adına möhürlə təsdiqlənmiş əlyazma və digər sənədlərə qiymət verərək belə qənaətə gəlir ki, möhür X11 adına olduğundan həmin əlyazmadakı yazıların Cavabdeh Əskər qızı tərəfindən tərtib edilərək təsdiq edildiyi məhkəmə araşdırması zamanı sübuta yetirilmir. Odur ki, məhkəmə hesab edir ki, qeyd edilən əlyazmalar iddiaçının istinad etdiyi halları sübuta yetirmir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdə qızıl-zinət əşyalarını səciyyələndirən xüsusiyyətlərini müəyyən etmək mümkün deyil. Məhkəmə iddianın Cavabdeh Əskər qızı tərəfindən iddiaçıya vurulmuş 20000 manat dəyərində ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı cavabdeh tərəfindən ona məxsus olan 229 qr qızıl-zinət əşyalarının mənimsənilməsi nəticəsində 20000 manat məbləğində ziyanın vurulduğunu iddia etsə də cavabdehə hansı çəkidə, hansı əyarda qızılların verildiyinə dair hər hansı bir subut təqdim etməmişdir. Belə olan halda formal olaraq mülahizələrə əsaslanan iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (MM 21.1-ci maddəsi). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (MM 21.2-ci maddəsi). Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı cavabdehin qanunazidd əməli nəticəsində ona maddi ziyanın vurulduğuna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etmədiyinə görə iddia sübuta yetirilmədiyinə görə rədd edilməlidir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinadə edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə Cavabdeh Əskər qızının nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə qiymət verərək belə qənaətə gəlir ki, hazırki iddia tələbi mülkiyyətçinin hüququnun pozuntularının aradan qaldırılması ilə bağlı olduğundan hazırki iddiaya iddia müddəti şamil edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun 3 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında qeyd edilir ki, MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh Əskər qızının nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, İddiaçı Cavabdeh Əskər qızına qarşı X10 tərəfindən iddiaçıya vurulan 20000 manat dəyərində ziyanın ondan tutularaq iddiaçıya ödənilməsi və ya mənimsədiyi qızılların geri qaytarılması barədə iddiası əsassızdır və rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh Əskər qızına qarşı X10 tərəfindən iddiaçıya vurulan 20000 manat dəyərində ziyanın ondan tutularaq iddiaçıya ödənilməsi və ya mənimsədiyi qızılların geri qaytarılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5080/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5080/2022
26.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver