Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5083/2022 25.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh Mənəf oğluna qarşı “əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh Mənəf oğluna qarşı “əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, Azərbaycan Beynəlxalq Bankı “Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Pezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatlarının tabeliyində yaradılmış hüquqi şəxs statusu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsi ilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 fevral 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borcu şəxs Cavabdeh Mənəf oğluna dair sənədlər S-AVK- 1618 saylı xx.xx.2017-ci il tarixli təhvil - təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh Mənəf oğlu arasında 25 iyun 2013-cü il tarixli, 01058 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 17% tətbiq edilməklə, 36 ay müddətinə 20 783 (iyirmi min yeddi yüz səksən üç) ABŞ dolları məbləğində kredit verilmişdir. 03 iyun 2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh Mənəf oğlunun mülkiyyətində olan **-VU-*** dövlət qeydiyyat nişanlı, “Hundai Elentra minik” markalı (buraxılış ili 2013, ban- KMHDH41EBDU835966, rəngli – qara ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X2 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013-cü il tarixli AA seriyalı, 090688 № -li “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıq edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinı görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilmısi qarşı tərəfdən tələb olunmuşdur. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə olduğu təqdirdə İddiaçı QSC BOKT borc tələbinin cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli, 2(011)-7/2022 saylı Bakı şəhər Xətai Rayon Məhkəməsinin Qətnaməsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli 23977 saylı rəyinə əsaslanaraq cavabdehdən iddiaçıya İddiaçı QSC BOKT-un xeyrinə kredit müqaviləsi başa çatanadək əsas məbləğ 5632 (beş min altı yüz otuz iki) ABŞ dolları, faiz borc üzrə 847.99 (səkkiz yüz qırx yeddi ABŞ dolları, 99 sent ) ABŞ dolları məbləğində pulun tutulması qət edilmişdir. Cavabdeh Mənəf oğlu kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək əsas məbləğ 5632 (beş min altı yüz otuz iki) ABŞ dollarına 3307.82 (üç min üç yüz yeddi ABŞ dolları, 82 sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda və zərər hesablanmışdır. Cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini xx.xx.2022-ci il tarixədək icra etməmişdir. Həmçinin həmin maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh Mənəf oğlundan xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək əsas məbləğ 5632 ABŞ dollarına 3307.82 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, həmçinin ödənilmiş 76.23 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh Mənəf oğluna lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 01058 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Sənaye filialı tərəfindən illik 17 % olmaqla 36 ay müddətinə Cavabdeh 20783 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materialında olan "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1058 saylı ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 01058 saylı kredit müqaviləsinə əsasən “Hyundai Elantra” minik markalı (buraxılış ili 2013, Ban KMHDH41EBDU835966, rəngi-qara) avtomobil kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmişdir. İş materialında olan İddiaçı BOKT QSC-si tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə 5632 ABŞ dolları əsas, 1828.76 ABŞ dolları faiz borcu olmaqla, cəmi 7460.76 ABŞ dolları borcu vardır. İş materiallarında olan "xxxx" ASC-si tərəfindən xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məktubdan görünür ki, bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizə Cavabdeh göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş 25 iyun 2013-cü il tarixli, AA seriyalı, 090688 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan məlum olur ki, Cavabdeh mülkiyyətində olan ** VU *** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı avtomobili "xxxx" ASC-nin Sənaye filialı qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7/2022 saylı, 10 yanvar 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı“əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh kredit müqaviləsi üzrə 5632 ABŞ dolları məbləğində əsas borcun, 847.99 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 6479.99 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı BOKT QSC-nin xeyrinə tutulması, tələbin Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş “Hyundai Elantra” minik markalı (buraxılış ili 2013, Ban KMHDH41EBDU835966, rəngi-qara) avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcuna ödənilməsi və satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması qət edilmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ( maddə 386.1) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.(maddə 445.7) Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. (maddə 433.1.) Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, mülki işdə olan sübutlardan müəyyən edilir ki, "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 01058 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Sənaye filialı tərəfindən illik 17 % olmaqla 36 ay müddətinə Cavabdeh 20783 ABŞ dolları məbləğində kredit verilmiş, tərəflər arasında xx.xx.2013-cü il tarixli 1058 saylı ipoteka müqaviləsi bağlanmış və tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 01058 saylı kredit müqaviləsinə əsasən “Hyundai Elantra” minik markalı (buraxılış ili 2013, Ban KMHDH41EBDU835966, rəngi-qara) avtomobil kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7/2022 saylı, 10 yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı“əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh kredit müqaviləsi üzrə 5632 ABŞ dolları məbləğində əsas borcun, 847.99 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 6479.99 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı BOKT QSC-nin xeyrinə tutulması, tələbin Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş “Hyundai Elantra” minik markalı (buraxılış ili 2013, Ban KMHDH41EBDU835966, rəngi-qara) avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcuna ödənilməsi və satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması qət edilmişdir. Həmin qətnamənin icra edilməsi ilə bağlı icra sənədi verilmişdir. Hazırda iddiaçı Cavabdeh Mənəf oğlundan xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək əsas məbləğ olan 5632 ABŞ dollarına 3307.82 ABŞ dolları məbləğində əldən çıxmış faydanın tutulmasını tələb etsə də, iddianı əsaslandıracaq sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, qeyd edilmiş qətnamədə cavabdehdən tutulmuş borcun ödənilməsini təmin etmək üçün ipoteka predmetinə tutma yönəldilsə də, iddiaçı ipoteka predmetinin satılması, satıldıqdan sonra borcun ödənilməsi üçün yetərli olmaması, qətnamənin cavabdehin qərəzli hərəkətləri nəticəsində icra edilməməsi, həmçinin qətnamə qüvvəyə mindiyi tarixdən sonra əldən çıxmış faydanı təsdiq edəcək sübutları məhkəməyə təqdim edilməmişdir. Məhkəmə mülki işin faktiki hallarını və yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tələbini əsaslandırmaq üçün iddia ərizəsində maddi zərərin (əldən çıxmış fayda) vurulması ilə bağlı olan Mülki Məcəllənin 21-ci maddəsinə və öhdəliklərin icra edilməməsinə görə borclunun məsuliyyətini müəyyən edən 385, 445-ci maddələrinə əsaslansa da, cavabdeh tərəfindən ona hər hansı maddi zərərin vurulmasını, eyni zamanda hər hansı hüquqlarının pozulmasını sübut edə bilmədiyindən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7/2022 saylı, 10 yanvar 2022-ci il tarixli qətnaməsi icra edilməsi üçün icraya yönəldiyindən, bununla yanaşı qətnamənin cavabdehin təqsiri üzündən icra edilməməsi sübut edilmədiyindən, iddia tələbi əsaslı olmadığından və iş materialları ilə öz təsdiqini tapmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh Mənəf oğluna qarşı “əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 76.23 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5083/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5083/2022
25.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver