Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5119/2022 09.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Bayramova Nərmin Nizami qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşı borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ilkin iddiası, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı borcun ödənilməsi tələbinə dair qarşılıqllı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşı Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixli Bakı şəhəri 6 saylı Notariat kontorunda bağlanmış və reyetrdə 3M-1425 nömrə ilə qeydə alınmış “X5 müqavilə”nin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsini, cavabdeh İddiaçıdan aldığı 424.854 (dörd yüz iyirmi dörd min səkkiz yüz əlli dörd) ABŞ dolları, mənəvi zərərə görə 42.485 (qırx iki min dörd yüz səksən beş) ABŞ dolları və ödənilmiş 1085 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh qaytarılması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 24 iyul 2017-ci il tarixdə, Bakı şəhəri 6 saylı notariat kontorunda İddiaçı ilə Cavabdeh arasında "X5" müqavilə bağlanmışdır Həmin müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki, ikinci tərəf yəni İddiaçı birinci tərəfə yəni Cavabdeh guya ki, 424.854 (dörd yüz iyirmi dörd min səkkiz yüz əlli dörd) ABŞ dolları məbləğində borcu vardır. Həmin müqavilənin 3.1-ci bəndində isə qeyd olunur ki, İddiaçı bu müqavilədə göstərilən borcu 24 iyul 2022-ci il tarixədək hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. 24 iyul 2017-ci il tarixdə bağlanmış müqavilə görünüş üçün yəni yaranmış vəziyyətdən sui-istifadə və pis niyyətlə bağlanmış müqavilədir. Bağlanmış müqavilə İddiaçı əsl iradə ifadəsini əks etdirmir. Müqavilədə göstərilənlərin əksinə Cavabdeh ilə təqribən 2002-2003-di illərdə tanış olmuşdur. Həmin illərdə İddiaçı tikinti və kənd təsərrüfatı mallarının satışı ilə məşğul olurdu. Həmçinin Çin Respublikasından ölkəyə satış məqsədi üçün kənd təsərrüfatı malları gətirirdi. Cavadbeh isə Qaradağ rayonunda yerləşən sement zavodunda işləyirdi və İddiaçı mütəmadi mal alırdı. Zaman ötdükcə münasibətləri daha da yaxşılaşdı və ikisi birgə qərara gəlmişlər ki, gördüyü işi genişləndirələr və şərik işləyələr. Buna görə də Anar ona təqribən 2011-ci ilin yay aylarında 80.000 (səksən min) manat, iki ay sonra isə 80.000 (səksən min) manat məbləğində dövriyyə üçün pul verdi. Bir müddət işi yaxşı idi, bir neçə il ərzində təqribən ona 300.000 (üç yüz min) manata yaxın xeyir və əsas pulunu qaytarmışdır. Lakin, 2015-ci il tarixdə üzləşdikləri iki devalvasiya prosesindən sonra xeyli pul vəsaitinin itirilməsi ilə üzləşmişlər. Çəkdikləri maddi ziyanlara baxmayaraq, sonradan Cavabdeh ona verdiyi pulu (yəni 160.000 manatı) yenidən dollarla geri qaytarmağını tələb etdi. Verməyəcəyi halda, onu həbs etdirəcəyini bildirmişdir Cavabdeh ona verdiyi 160.000 manat 2011-ci ildə təqribən 200.000 dollar təşkil etsə də, 2017-ci il tarixdə 200.000 dollar vəsait 340.000 manat təşkil edirdi. Lakin, İddiaçı onun bu tələbi ilə razılaşmamışdır. Amma, cavabdehin tələb etdiyi pulu geri qaytarmadığı üçün Xətai RPİ-nə şikayət etmiş və sifarişli olaraq onu həbs etdirmişdir. İddiaçı əsassız olaraq, təqribən 13 gün Bakı İstintaq Təcridxanasında həbsdə qalmış. Lakin sonradan İddiaçı, ailə üzvlərinə və valideynlərinə edilmiş təzyiqlərdən sonra, razı olmuş ki, istənilən sənədə imza etsin ki, bu iş bitsin və azadlığa qovuşsun. Bununla da 24 iyul 2017-ci il tarixdə cavabdehlə aralarında Bakı şəhərində yerləşən 6 saylı notariat ofisində borc müqaviləsi imzalandı. Müqavilə latın dilində yazıldığı üçün və həmin dilidə yazılıb oxuya bilmədiyi orada bildirsə də, məcburən kiril hərfləri ilə "müqavilənin şərtləri ilə tanış oldum" sözlərini qeyd etmişdir. Həmçinin sözügedən müqavilədə adını və soyadını kiril hərflərlə yazmışdır. Cavabdehə qaytardığı 160.000 manatdan sonra, əlavə olaraq Cavabdeh ona hədə-qorxı gəldiyi üçün həbsdən azad edildikdən sonra, təqribən 100.000 (yüz min) manata yaxın pul ona geri qaytarmış, bunu öz imzası ilə təsdiq edən yazılar da var. Göründüyü kimi qeyd olunan müqaviləyə imza İddiaçı hədə-qorxu və məcburiyyət qarşısında çəkdirilmişdir. Buna görə də, həmin müqavilə ləğv olunmalıdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 6 saylı Notariat Kontorunda bağlanmış və Reyestrdə 3M-1425 nömrə ilə qeydə alınmış "X5 Müqavilənin” etibarsız hesab edilməsinə dair Qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ilkin iddianı qəbul etmir, onun əsassız olduğunu məhkəmənin diqqətinə çatdırır və ilk iddia ilə bir icraatda baxılması üçün AR MPM-nin 155-156-cı maddələrinin tələblərinə uyğun olaraq hazırki qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddia ərizəsindən göründüyü kimi istinad etdiyi halın əsası kimi tərəflər arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 6 saylı Notariat Kontorunda bağlanmış və Reyestrdə 3M-1425 nömrə ilə qeydə alınmış ‘‘X5 Müqavilənin” yaranmış vəziyyətdən suiistifadə və pis niyyətlə bağlanması göstərilmişdir. İddianın davamı olaraq ilkin iddia üzrə iddiaçı tərəflər arasında mülki münasibət olduğunu və ona 2011-ci ilin yay aylarında iki dəfə olmaqla 80.000. ümumilikdə 160.000 manat pul qaytardığını etiraf etmişdir. Daha sonra, ilkin iddia üzrə iddiaçı 300.000 manata yaxın xeyir və əsas pulun qaytarıldığını birbaşa olaraq iddia ərizəsində göstərir. Ardından iddia ərizəsində Cavabdeh hədə-qorxu gəldiyi üçün həbsdən azad edildikdən sonra 100.000 manat pul qaytardığını göstərmişdir. Tərəflər arasında münasibətlər işin mübahisəsiz halıdır və “X5” xx.xx.2017-ci il tarixli Müqaviləyə əsasən İddiaçı Cavabdeh bu müqavilə ilə 424.854 (dörd yüz iyirmi dörd min səkkiz yüz əlli dörd) ABŞ dolları məbləğində borcunun olduğunu bəyan və etiraf etmiş, müqavilədə göstərilən məbləği xx.xx.2022-ci il tarixədək tam həcmdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, hazıradək “X5” xx.xx.2017-ci il tarixli Müqavilənin şərtləri icra edilməmiş və pul vəsaiti Cavabdeh qaytarılmamışdır. Qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin bu hallarla bağlı iddia ərizəsində göstərdikləri Cavabdeh bu hallarla bağlı sübutetmə yükündən azad edir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh Bakir oğlunun cavabdeh İddiaçı qarşı borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə iddia müddəti keçdiyindən iddianın rədd edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək, qarşlıqlı iddia tələbinin təmin, ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, ilkin iddia əsassızdır və rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli “X5 müqavilə”nin surətindən görünür ki, ikinci tərəf birinci tərəfə 424.854 (dörd yüz iyirmi dörd min səkkiz yüz əlli dörd) ABŞ dolları məbləğində borcunun olduğunun bəyan və tam etiraf edir, həmin məbləği xx.xx.2022-ci il tarixədək hissə-hissə qaytarmaq şərtilə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işinin materiallarından görünür ki, şəxs barəsində cinayət işi 23 yanvar 2017-ci il tarixli qərara əsasən başlanmışdır. 01 fevral 2017-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında”qərara əsasən ********* saylı cinayət işi üzrə İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır. 02 fevral 2017-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə” qərara əsasən xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikası Stepanavan rayonunda anadan olmuş Azərbaycan Respublikası vətəndaşı ailəli, əvvəllər məhkum olunmayan, orta təhsilli, işləməyən ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 İddiaçı barəsində “həbs” tədbirinin seçilmiş, həbsdə saxlama müddətinin 04 (dörd) ay müddətinə müəyyən edilməsi və həbs etmənin əvvəlinin 31 yanvar 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. 20 may 2017-ci il tarixli “ibtidai istintaq müddətinin uzadılması haqqında” qərara əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə ibtidai istintaq müddəti 3 (üç) ay, yəni 23 avqust 2017-ci il tarixə kimi uzadılmışdır. 31 may 2017-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” qərara əsasən ********* saylı cinayət işi üzrə xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikası Stepanavan rayonunda anadan olmuş Azərbaycan Respublikası vətəndaşı ailəli, əvvəllər məhkum olunmayan, orta təhsilli, işləməyən ünvan 1 ünvaında qeydiyyatda olan, ünvan 2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirlənsirilən şəxs qismində cəlb olunmuş İddiaçı barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 23 avqust 2017-ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi haqqında” qərara əsasən ********* saylı cinayət işi üzrə başlanmış cinayət təqibinə və cinayət işinin icraatına xitam verilmişdir. İddiaçı və qardaşı X1 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan “dələduzluq” cinayət əməlinin tərkibi əlamətləri olmadığından barəsində cinayət təqibi üzrə icraata xitam verilmişdir. Cinayət işi materiallarında olan 27 yanvar 2017-ci il tarixli İddiaçı şahid qismində dindirmə protokolunun surətindən görünür ki, o, 2012-ci ilin iyun ayında Cavabdehla söhbət zamanı Anarın ona birgə işləmək, təsərrüfat materiallarının ticarətinə pul qoyub birgə qazanc əldə etməyi təklif etdiyini bidirmişdir. Söhbət zamanı o Anarın 150.000 manat verdiyi təqdirdə aylıq 5.000 manat qazanc verəcəyi barəsində razılaşmışlar. Bundan sonra 2013-cü ilin iyun ayına kimi Anar hissə-hissə olmaqla ona cəmi 150.000 manat pul verdi, hər ay Anarın aylıq faizini verirdi, o 2012-ci ilin iyun ayından başlayaraq 2016-cı ilin mart ayına kimi Anara ümumilikdə 282.000 manat faiz vermişdir. 2016-cı ilin mart ayından sonra işləri yaxşı getmədiyindən aralarında narazılıq yarandı, Anar da onun verməli olduğu faizləri cəmləyib sonda 476.000 ABŞ dolları verməli olduğunu bildirdi. 2016-cı ilin oktyabr ayında o Anar tərəfindən müxtəlif təzyiqlərə məruz qaldığı üçün ürəyində, təzyiqində narahatçılıq yaranmış buna görə də o Anarla görüşə bilməmişdir. Səhhəti ilə əlaqədar heç bir tibb müəssisəsinə müraciət etməmiş, evdə müalicə almışdır. Həmin ərəfələrdə xx.xx.2016-cı il tarixdə qardaşı Zamin Anarla görüşmüş və əlyazma yazıb Anarla razılaşmışdır. Cinayət işi materiallarında olan Cavabdeh ilə İddiaçı xx.xx.2017-ci il tarixli üzləşdirmədə dindirmə protokolunun surətindən görünür ki, İddiaçı şahid qismində verdiyi ifadələr ilə ziddiyyət təşkil edən ifadələr vermişdir. Belə ki, üzləşdirmə zamanı o, 2012-ci ilin iyun ayında Anarla birgə işləmək, təsərrüfat materiallarının ticarətinə pul qoyub birgə qazanc əldə etməyi təklif etdiyini bildirmişdir. Daha sonra verdiyi ifadələrində o göstərmişdir ki, 2012-ci ilin iyun ayından 2015-ci ilin iyul ayına kimi Anar hissə-hissə olmaqla ona cəmi 476.000 ABŞ dolları pul vermiş, o hər ay Anara qazanc vermişdir. Beləliklə o Anara ümumilikdə 147.500 manat qazanc vermişdir. Sonradan özünün başqa şəxsi problemləri olduğundan o Anara qazanc və götürdüyü pulu verə bilmədi, Anardan aldığı pulu şəxsi məsrəflərinə xərclədi və buna görə aralarında narazılıq yarandı. Etiraf etmişdir ki, sadəcə olaraq Anar pulu qaytarmayacağı təqdirdə onun barəsində şikayət edib, onu tutduracağını bildirmişdir. Ona görə də məcbur olub Anarı sakitləşdirmk üçün əlyazma yazıb Anara vermişdir. 01 fevral 2017-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi barədə” protokolun surətindən görünür ki, İddiaçı öz ifadəsində bildirmişdir ki, Cavabdeh 2002-ci ildən etibarən tanıyır, 2012-ci ildə Cavabdeh ilə birgə işlədiyini təklif etmişdir, o da razılaşmışdır. 2012-ci ilin iyun ayından 2015-ci ilin yanvar ayına kimi Cavabdeh hissə-hissə ona 476.000 ABŞ dolları mbələğində pul vermişdir, o da hər ay Cavabdeh qazanc verirdi. O İddiaçı ümumilikdə 147.500 manat qazanc vermişdir, qalan pulları isə şəxsi ehtiyaclarına sərf etmişdir. 2013-cü ilin ortalarından başlayaraq İddiaçı başqa problemləri yaranmışdır, ona görə də İddiaçı götürdüyü pulu və qazancı verə bilməmişdir. 2016-cı ilin yay aylarında Cavabdeh ondan pulunu tələb etmişdir. İddiaçı isə pul əvəzi olaraq anbarda qalan 44.000 manatlıq bolt-qayka məhsulunu ona vermişdir. İddiaçı bildirmişdir ki, Cavabdeh tərəfindən heç bir təzyiqlərə məruz qalmamışdır. Sadəcə olaraq Cavabdeh onun onun pulunu qaytarmayacağı təqdirdə İddiaçı barəsində şikayət edəcəyini bildirdiyi üçün qardaşı Zamin əlyazma yazmışdır, İddiaçı isə həmin əlyazmadakıları təsdiq edir. Cavabdeh ilə 356.000 ABŞ dollarının qaytarılması ilə bağlı qarşılıqlı razılığa gəlmişlər və istintaq orqanından həmin pulun hissə-hissə qaytaırlmasına şərait yaradılmasını xahiş edir. İş materiallarında olan mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh Bakir oğlu tərəfindən qarşılıqlı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 1085 manat rüsum ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya məktubunun və poçt qəbzinin surətindən görünür ki, xx.xx.2017-ci il tarixli “X5 müqavilə” üzrə öhdəliklərini 05 iş günü ərzində icra etməyini, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barəsində xəbərdarlıq edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş əlyazmaların mötəbərləyini müəyyən etmək mümkün olmadığından onlara sübut kimi qiymət verilərək tədqiq oluna bilməz. İlkin iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Məhkəmə yuxarıda istinad etdiyi qanunvericilik normalarının müddəalarını və işin faktiki hallarını təhlil edərək belə qənaətə gəlir ki, ilkin iddia üzrə İddiaçı barəsində Cavabdeh şikayəti üzrə cinayət işi başlanılsa da, onun barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri tətbiq edilsə də bu hal öz-özlüyündə şəxsi əqdi bağlamağa məcbur etmə (zorakılıq və ya hədələmə) kimi qiymətləndirilə bilməz. Belə ki, İddiaçı tərəfindən barəsində cinayət işi aparıldığı müddət ərzində ona qarşı zorakı hərəkətlər, hədələmə və ya cinayət işinin düzgün aparılmadığına dair hər hansı bir şikayətlər edilməmişdir. Digər tərəfdən, İddiaçı cinayət işinin araşdırması zamanı verdiyi ziddiyyətli ifadə və izahatlarını nəzərə alaraq məhkəmə, onun Cavabdeh 424.854 ABŞ dollar məbləğində borcunun olmadığına dair dəlilini həqiqətə uyğun olmayan dəlil kimi qiymətləndirir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli “X5 müqavilə”nin etibarlılığını şübhə altına alan halların mövcudluğu sübuta yetirilməmişdir. Odur ki, ilkin iddia əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı İddiaçıdan aldığı 424.854 (dörd yüz iyirmi dörd min səkkiz yüz əlli dörd) ABŞ dolları, mənəvi zərərə görə 42.485 (qırx iki min dörd yüz səksən beş) ABŞ dolları və ödənilmiş 1085 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh qaytarılması barədə qarşılıqlı iddiasına qiymət verərək belə qənaətə gəlir ki, qarşılıqlı iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli “X5 müqavilə” bağlanılmışdır. Lakin İddiaçı Cavabdeh tərəfindən ona ödənilmiş 424.854 ABŞ dolları məbləğində pulun ödənilməsinə dair üzərinə öhdəlik götürdüyünə baxmayaraq öhdəliyini icra etməmişdir. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Odur ki, qarşılıqlı iddia qismən təmin edilməli, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 424.854 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq Cavabdeh ödənilməlidir. Məhkəmə iddiaya 42.485 ABŞ dolları manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (MM 21.1-ci maddəsi). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (MM 21.2-ci maddəsi). ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. İddiaçı ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozaraq ona mənəvi sarsıntı, iztirab verdiyini əsaslandıran hər hansı bir dəlili və sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən qarşlıqlı iddianın məhkəməyə verilməsi üçün ödənilən dövlət rüsumunun məbləğindən, təmin edilmiş tələbin məbləğinə mütanasib olaraq, 1012.25 manat məbləğində pul vəsaiti ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu da cavabdehə aid edilməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən Cavabdeh İddiaçı qarşı borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə ərizəsinə qiymət verərək qeyd edir ki, ərizə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinə Mülki Məcəllədə müəyyən edilmiş müqavilələrə tətbiq edilən üç illik iddia müddəti tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi borcun etirafı müqaviləsi üzrə borclu İddiaçı etiraf etdiyi borcu xx.xx.2022-ci il tarixədək hissə-hissə qaytarmağa dair öhdəlik götürmüşdür. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakir oğlu “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış müqavilə üzrə icra müddəti xx.xx.2022-ci il tarixində bitdiyindən, qarşılıqlı iddia üzrə iddaçı müqavilə üzrə borcun ödənilməsi tələbi ilə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmədən müraciət etmişdir. Məhkəmə ilkin iddia üzrə Cavabdeh Bakir oğlunun nümayəndəsi və vəkili tərəfindən müqavilənin etibarsız hesab edilməsinə dair ilkin iddia ərizəsinə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə ərizəsinə münasibətdə qeyd edir ki, ərizə son çıxışlar edildikdən sonra verildiyinə görə məhkəmə tərəfindən həmin ərizəyə qiymət verilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Odur ki, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia əsassız olduğundan rədd, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessuaı Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşı Cavabdeh ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixli Bakı şəhəri 6 saylı Notariat kontorunda bağlanmış və reyetrdə 3M-1425 nömrə ilə qeydə alınmış “X5 müqavilə”nin etibarsız sayılması barədə iddiası rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödəniş gününə qüvvədə olan məzənnə ilə 424.854 (dörd yüz iyirmi dörd min səkkiz yüz əlli dörd) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 1012.25 (min on iki manat, iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5119/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5119/2022
09.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver